4.03.2018

Olimpos-Gizli Cənnət I Hissə

    Qarşıdan yay gəlir və artıq indidən yayı harda necə keçirməklə bağlı araştırmalara başlamaq vaxtıdır :) Axtarışlarınıza  bir variant da mən əlavə etmək istəyirəm bəlkə köməklik edə bildim.Haqqında danışmaq istədiyim yer isə Olimposdur.

    Möhtəşəm təbii gözəllikləri,tarixi və plajı ilə Antalyada mütləq görülməli yerlərdən biri- Olimpos Kemerdən hardasa 25-28 km qərbdə yerləşən antik Likiya şəhəridir.E.ə 300 ildə inşa edilib.Bugünə qədər də qalıntıları qalmaqdadır.Sahildən dənizə qədərki ərazidə açıq hava muzeyi var.Təsəvvür edin dənizə muzeyin içindən keçərək gedirsiniz.




Olimpos harabeleri

   Olympos sözünün mənası köhnə yunan dilində " ulu dağ " deməkdir.Likiya bölgəsinin ən böyük şəhəri olub və adı əvvəllər olympos dağı olan "Tahtalı Dağ"dan gəlirmiş.Bu dağ şəhərin 10 km şimalında yerləşir və dağın ətəyində bügünkü gündə  "Yanartaş" adıyla bilinən heç sönməyən alovlar qalxır.Turistlər üçün turlar təşkil olunur  amma dağın alovlar çıxan hissəsinə gedib çatmaq bir qədər yorucudur.Təbiliyini qorumaq üçün normal pilləkən və ya qalxmağa kömək edəcək birşey yoxdur .Dağ ətəyi alovdan dolayı isti olduğundan əqrəblər də olduqca çoxdur.Lakin gəlib o yüksəkliyə çatanda ,ulduzlarla dolu olan səmanın və alovun birikdə ahəngli görüntüsü bir qədər yorğunluğu unutdurur.Ulduzlar deyirəm çünki turlar məhz  bu görüntü üçün  axşam təşkil olunur.Lakin qalxdığımız o qədər məsafəni bir daha geri qayıtmaq qalxmağımıza dəyərdi mi deyə sual yaradır.  



  Olympos liman şəhər olduğu üçün   III əsrdə piratların nəzarətində olub və tez tez hücumlara məruz qalıb.Bu səbəbdən şəhər yoxsullaşıb və  nüfuzu azalıb. XV əsrdə Osmanlı dövründə quldurlar şəhəri tərk edib.




   

     İndi isə  necə getdik,harda qaldıq , bilet,hotel rezervasiyası, airportdan hotele transport və s. haqqında danışacam.
    


     Biz yay tətilini  həm dəniz olsun,həm gəzək ,təbiətin içində olaq,həm də aktiv istrahət keçirək,günümüzü oteldə keçirməyək  deyə planlaşdırdıq.Və yoldaşım Olimposu tapdı :) Növbəti etap  harada qalacağımız idi.
   Olimpos  tarixi önəm daşıdığı üçün bu ərazidə  tikinti qadağandır.Buna görə də Olimpos öz ağac evləri ilə məşhurdur.






    Lakin ağac evləri seçərkən təmizlik olsun,qurd-böcək olmasın  və s. kimi titzlikləriniz varsa diqqətli olun seçəcəyiniz pansiyon otellerin tripadvisor və s. kimi yerlərdə şərhlərini oxuyun.Ağac evləri olduğu üçün bəzən təmizlik problemi ola bilir. Məhz bu səbəbdən işimizi şansa buraxmaq istəmədik (daha doğrusu mən :) çünki yoldaşımın və əksər oğlanların harda qalmaqları ilə bağlı problemləri olmur :) ) və sahilə 2 km uzaqlıqda şirin bir butik hotel tapdıq.2 nəfərlik otaq gündə iki dəfə yeməklə birlikdə təxmini 100 azn idi.Online otelimizi bron etdik.Ucus biletini isə olduqca ucuz almışdıq indi yadımda deyil :) Bakı-İstanbul-Antalya və geriyə.Bir məsələ var idi.Antalya hava limanından Olimposa necə getmək? Avtovağzala gedib ordan saatbaşı çıxan avtobuslarla getmək olar və ya taksilər də bir qədər baha qiymətə sizi mənzil başına çatdırar.Biz daha tez və münasib olanı seçdik :) Otelin servisi  münasib qiymətə bizi qarşılayıb otelimizə gətirdi.Bizi gətirən dayı söhbət etməyi olduqca  sevirdi.Olimposa çatmamıs artıq haqqında o qədər gözəl şeylər danışdı ki seçimimizdə yanılmadığımıza inandıq :)
   

    Qaldığımız yer çox gözəl idi.Balaca amma rahat,təmiz,mehriban kollektiv.Otelin sahibi hər axşam balıqları özü bişirir və gəzib bir bir stollarla maraqlanıb, dadlı bişirib bişirmədiyini soruşurdu.Yeməkdən sonra isə ya canlı musiqi dinləmək ya da açıq havada film izləmək imkanı da var idi.Bizsə axşamlar əsasən türk tavlasında azərbaycansayağı nərd oynayırdıq :)

    




           
     2ci hissədə Olimposda gəziləcək yerlərdən,turlardan, Batık şehirden danışacağam .Ümid edirəm bəyənərək oxuyacaqsınız.Bol səyahətli günlər dostlar :)

Hiç yorum yok:

Yorum Gönder