Korea filmleri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Korea filmleri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16.02.2014

Do Ga Ni(Silenced)-Səssizlik (2011)...Və Filmdən Sonrakı Səssizliyim



     Bu filmə başlamadan öncə ətrafında bir xeyli dolandım.Üstünə 6 film izlədim.Posterindən və oxuduğum şərhlərdən filmin ağır,dram olacağını bilirdim.Məhz buna görə izləmək üçün risk etmirdim.Amma nə qədər qaça bilərəm ki artıq deyib cəsarətimi topladım,oturdum filmin qarşısına  və play...
     
    Elə ilk dəqiqələrdə filmdəki ağır hava,tünd görüntü gələcəkdə bizi nələrin gözlədiyinin siqnalını verir.Film isə nədən bəhs edir.Kang İn Ho adlı müəllim vaxtilə dərs aldığı professorunun köməyi ilə yaşadığı şəhərdən uzaqda Moojin şəhərinə eşitmə əngəlli uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə rəsm dərsi keçməsi üçün göndərilir.Filmin adının artıq hardan gəldiyi məlumdur.Bir müddət sonra rəsm məllimi məktəbdə nələrinsə qaydasında olmadığı anlayır.Məktəbdə uşaqlar şiddətə və təcavüzə məruz qalır.Kag İn Ho və insan hüquqları qoruma mərkəzində çalışan See Yoo Jin bu hadisələri gün işığına çıxarmağa çalışacaq.Amma bu o qədər asandır mı?
   
       Filmin ən vurucu hissəsi isə hadisələrin yaşanmış real olaylara söykənməsidir.Əslində filmin  gerçəkləri bu cür açıqlığı ilə göstərməsi insanı izləyərkən daha da narahat edir.Bunlar həqiqətən baş verir lakin güc,vəzifə,pul bütün qanunları,ədaləti bərpa edən əsas amildir.Bunun qarşısını almaq isə gücsüzlər üçün çox çətin və əzablıdır.Film insanı qorxudur yəni bir insanın vicdanını satın almaq bu qədər asandır.Demək ki ən zəif nöqtəmiz pul olmuş,vəzifə olmuş,şöhrət olmuş.Məhkəmə binasına girərkən bu yazının üzərinə diqqət çəkilir."azadlıq,bərabərlik,ədalət"..Axı hansı ədalət?film boyu çox əsəbləşdim.Filmi saxladım.Amma bu bütün dünyada baş verən bu cür hadisələri saxlamır.Və buna göz  yumulur.Hansı ədalət?
    
       Nəhayət filmin sonu.Film "həyat filmlərdəki kimi xoşbəxt sonluqla bitmir" deyir sanki...
  
    "Mübarizə etməmizə səbəb dünyanı dəyişdirmək deyil, dünyanın bizi dəyişdirməsinə icazə verməmək üçündür"





       Filmdəki rollarını ifa edən uşaqlara isə həqiqətən böyük alqış düşür.Filmi izləyərkən onların filmdən 
sonrakı psixologiyalarını necə bərpa etdikləri mənə çox maraqlıdır.Rollarının haqqını verdilər.






         Filmi isə mütləq izləyin.Heç nəyi dəyişə bilməsək belə....
          İmdB 7.9/10
     

15.10.2013

Miracle In Cell No.7-7 Nömrəli Hücrədə möcüzə(2013)




   Gecə filmi bitirib yazmaq idi niyyətim amma fikirləşdim ki yox mən filmin təsiri ilə sağlam düşüncələrlə yaza bilməyəcəm.Gecə oturdum filmin başına.Zatən fraqmentdən əyləncəli film olduğunu sanmışdım.Düzdü əyləncəsi,gülüşü bol film idi.Amma qətiyyən fraqmentə aldanmaq olmaz.Koreyalılar insanı ağlatmağı əla bacarır.(Koreya filmlərini sevirəm)) Hətta bu yazımda Koreya ilə necə tanış olmağımdan bəhs etmişdim) 
 Filmi ilk olaraq I am Sam filminə bənzəttim.Düzdü o filmdə də çox ağlamışdım.Mən nə qədər ağlayırmışam))
    Film əqli zəif ata və balaca şirin bir qızın dramından bəhs edir.Əqli zəif ata etmədiyi bir cinayətlə günahlandırılır və ölüm cəzası ilə həbsxanaya göndərilir.Burada o, 5 məhkumla bir hücrəni bölüşür və bir şəbəkə liderinin həyatını xilas edir.Bu yaxşılığının əvəzində isə ondan nə istədiyini soruşur.Və təbii ki qızını görmək istəyir.Nə qədər çətin olsa da qızı ona qutu ilə hədiyyə gələcək))



    Hər şey bir kənara bu balaca qızın istedadına,aktyorluq qabiliyyətinə heyran qaldım.Gələcəkdə böyük uğurlar qazanacağına şübhə yox.




     Ata rolunu canlandıran aktyora da böyük alqış düşür.Rolunu əla ifa edirdi.
     Ümumiyyətlə bütün casting,aktyorlar çox xoşuma gəldi.
     Filmdə bir o qədər vurucu dialoqlar olmasa da o qədər təsirli idi ki,heç bir sözə ehtiyac yox idi.Lakin sevdiyim səhnələrdən screen etdim.


Başqa məktəbə göndərmək istəyirlər(
Burda ekranı göz yaşımdan görə bilmirdim((



  Bütün filmi sırf sonda ata ilə qızının səhnəsinə görə izləmək olardı.Film boyu bir neçə məntiq xətaları olsa da filmin mövzusu,ssenarisinə görə hər şeyi keçmək olar.
  Filmin soundtracki olduğunu düşünmürəm amma çox gözəl ifadır.Soundtracki olsa da olurmuş))






   Çox danışmaq istəmirəm.mütləq izlənməli filmlərdəndir.Amma izləyərkən mənim kimi səhvlik etməyin və bir qutu salfetka götürün) İMDB 7,9/10