31.12.2013

2014-ə Yeni Ümidlərlə


    Və 2013-cü ili də, başlarkən arzuladığımız mümkün qədər reallaşdırdığımız və reallaşdıra bilmədiyimiz hədəflər,arzularla tamamlayıb 2014-ə yeni inam,ümid,planlarla gedirik.Yeni ildə çox sevməyinizi,çox sevilməyinizi diləyirəm.Hər səhər sağlam bir bədəndə olduğunuzu hiss edərək sevinəcəyiniz il olsun.Özünüz çox sevdiyiniz,güzgüyə baxdığınız zaman gülümsədiyiniz bir il.
 İnsanların və həyatın çətinliklərinin bizi,sevdiklərimiz və münasibətlərimizi sınamadığı bir il olsun.Hərçənd bu o qədər də mümkün deyil amma sevdiklərimiz ilə çətinliklərə qarşı inamlar durmağı arzu edirəm.Və sevdiyiniz insanları qırmamağı.
 Peşman ola bilərəm deyərək etmək istədiyiniz şeylərdən çəkinməyin.Bu il yaxşıca əylənin,özünüzə vaxt ayırın,doğru bildikləriniz sizi yanıltmasın.Doğru yol yoxdur-qısa və uzun yollar vardır və bunun üçün kəsə getməyin.Heç bir yol sizi sürətləndirməz.Sadəcə özünüzə qulaq verin.Yeni dostlar əldə edin.Zəif, sizi yolunuzdan edən dostluqları geridə qoyun.Yaxın dostlarınız onsuzda sizinlə gələcək.
  Diləkləriniz,arzularınız olar olmaz bu əhəmiyyətli deyil.Bu il və ya qalan ömrünüzdə gülümsəmək üçün səxavətli olun.Və gülümsəyəcəyiniz səbəblərin bol olduğu bir il arzu edirəm.Münasibətlərimizdə daha anlayışlı,daha sakit olmağı...
    Uğurlu,xoşbəxt,sevgi dolu,sağlıqlı və istəkləriniz reallaşdırmaq üçün qazanclı bir il olması ümidi ilə. Bayramınız mübarək dostlar...

19.12.2013

Soyuq Əllər,İsti Ürək








     Artıq neçə gündür ki,Tarqovi kimi tanıdığımız Nizami küçəsində "Soyuq əllər,isti ürək" adlı sərgi,yarmarka keçirilir.Səhv etmirəmsə 1 həftə-10 gün davam edəcək olan yarmarkanın sonuncu günləridir(mövzuya qayıdacam)
    Həm yeni il qabağı hədiyyələr baxım,həm də yarmarkaya baş çəkim deyib düşdüm yollara)) Şəhərdə yeni il abu-havasını həmişə sevmişəm.Ümumiyyətlə yeni il ən sevimli bayramımdır.Bilmirəm bəlkə də yeni ümidlər,yeni arzuların reallaşmasına olan inama görədir.Amma sevirəm) İlk öncə yeni il üçün hazırlanmış hədiyyə mağazalarını gəzdim))

   Yeni il gecəsi masa dizaynı üçün əla aksesuarlar var idi.çox sevdim)Balaca yolkalara aşiq oldum))




Bu balaca toppuş şaxtababanın nə olduğunu soruşmadım amma məncə yolka bəzəyi idi))





   Bu yolka isə çoooox yeməli idi)))


Şokolad yolkasııı.Bu yolkadan evimdə istəyirəəmmm))

     Bu sırqalar həqiqətən çox şirin idi.Düzü mənim tərzim deyil amma çox bəyəndim.Əsil yeni il malı))Ən dəhşətlisi isə mən onları heç taxıb baxmadım da(



Sərgiyə keçməmişdən əvvəl kitab mağazalarında nə kimi endirimlər,yeni kitablar var deyib sonuncu olaraq "Ali Və Nino"ya girdim...

  Endirim filan görmədim.Fikirləşirəm daha doğrusu pozitiv yanım ümid edir ki, bayrama qədər hər hansı bir endirim edərlər!
    Burdan əlimi üzüb sərgiyə üz tutdum.





  Sərgi kimsəsiz uşaqlara yeni il qabağı yardım üçün təşkil olunub.Təqdir etdim.Sevindirici haldır.Amma böyük ümidlərlə getdiyim kitab yarmarkası məni çox məyus etdi(
  İlk öncə heçbir endirim yox idi.Düzdür başa düşülən haldır yardım məqsədi ilə təşkil olunan sərgidir amma istədiyim kitabları belə tapa bilmədim.Endirim var mı dedim "yalnız 1manatlıq kitablar var " dedi. Ha? .1-2 kitab seçib stenddən ayrıldım.
   
   Digər stendlərdə isə uşaqların əl işləri sərgilənirdi.Çox sevimli və çox gözəl əl işləri var idi.


40 m. yazısını şəkli əlavə edəndən sonra gördüm))
        Satıcı xala telefonla danışırdı bir onu eşitdim ki dedi günə 5 manat ödəyirik.Yəqin ki stendin günlük yer pulusunu deyirdi))


    Sərgidən ayrılanda artıq hava da yaxşıca soyumuşdu.Və isinmək üçün bir şeylər içmək əla oldu)Günün müzakirəsini etdik,dincəldik və artıq evə getmək vaxtı idi)




     Gözəl  bir gün idi.Sadəcə gəzməyi belə çox sevirəm özdə christmas ərəfələrində))Hər gün iş-dərs insanı yorur.Arada adi gəzmələr çıxmaq, qayğılardan xilas olmaq həm mənəvi həm fiziki rahatladır.
        Hər birinizə xoş, gözəl və bol təbəssümlü günlər dostlar))


7.12.2013

" Təhminə Və Zaur "

"Əgər adamlar başa düşsəydilər ki,beşmərtəbəli binanın altıncı mərtəbəsi ola bilər,onda nə vardı ki..."

      Son zamanlar bu filmi çox tez tez xatırlayıram.İstər Shopenin prelyudası istər Əlvida mahnısı istərsə dialoqları ilə yaddaşlarımıza həkk olunub.İlk dəfə Fortepiano müəllimim Shopenin bu prelyudasını mənim üçün səsləndirəndə "aa Təhminə və Zaurrr" demişdim.Daha sonralar isə sevərək dərs programıma götürmüş və imtahanda da ifa etmişdim.
   
      Uşaqlığımdan bu film mənim ağlımda bir qab qovrulmuş şabalıd,cərimə qəbzi vəZaurun anası ilə qalmışdı))
     
       Və filmdən yadımda qalan epizod,dialoqlar..

    -Deyir ki arvadım aydan arıdır,sudan duru.İntəhası gözəldir,gözələdə ki həmişə söz qoşarlar..
                                       *                        *                             *
   -İstedadlı oğlandır
   -Deyəsən şəhərdə bütün istedlar sizdə yığılıb
                                      *                         *                             *
   -Amma onu da deyim ki adamın Allahı var əlindən hər iş gəlir.Bişirsin-düşürsün,yaxşı süfrə açsın.
    -Qız üçün ən vacibi budu da...(Bu fikir hələ uzun müddət belə qalacaq.Dəyişilməz qanundur:) )
                                     *                          *                             *
    -Çünki sən kişi deyilsən
    -Əlbəttə,sənin üçün əsil kişi Spartakdı,Muxtardı,bazardakı qəssablardı
    -Nə demək istəyirsən?Onlar hamısı yəni mənim aşnam olub?Ürəyin necə istəyir elə də fikirləş amma bil-Kişi məleykəni fahişəyə çevirən deyil, kişi fahişəni məleykəyə çevirəndir!
    -Hə mən bunu bacarmadım
    -Elə isə rədd ol burdan get.Anan səni gözləyir alçaq! (və şillə)
                                  *                              *                             *
   -Həyatda hər şeyin axrı olduğu kimi bunun da axrı olur.İnan mənə həyatda ən çılğın ehtiras belə bir gün tükənir.Və əgər kişi ilə qadını ehirasdan başqa heçnə bağlamırsa bu sonra elə bir işgəncəyə gətirib çıxarır ki gəl görəsən.Yox əgər indi ayrılsanız ömrünüzün bu günlərini xoş bir xatirə kimi yad edəcəksiz.
                                
                                 *                               *                              *
-Hə Zaur getdi əlimizdən Təhminə
-Mənə Spartak xəbər verdi
-Ölmək istəmirdi,Heç ölmək istəmirdi
-Bu qədər ağrılarının qabağında zarafatından da qalmırdı.Deyirdi heç kəs məni çirkin qocalmış görməyəcək.Həkimi də bir cavan oğlan idi,ölümünə 1 gün qalmış təhminə zarafatla dedi ki heyf belə qəşəng oğlanın qabağında meyidim uzanacaq.

                              *                                   *                               *

-Biraz Təhminədən danış
-Nə danışım axı,Heç elə bil dünyada belə adam yox imiş.Yaxşı adam idi olduqca mehriban.Səni sevirdi özüdə çox sevirdi.Sənin getməyin ona böyük zərbə oldu
-Bilirəm
-Elə hey səni xatırlayırdı ölən günəcən
-Nə deyirdi?
-Deyirdi zaur satdı məni onlara
-Kimə?
-Bilmirəm deyirdi onlara
-Sağol Mədinə

  Sonda isə Təhminə və Zaur filmindən ölümsüz soundtrack...Əlvida
     






30.11.2013

Lap Elə Ölməyim Gəlir...







Mən “tez unudulan insanlar” siyahısındanam
intihar məktubu oxunmadan cırılan
qarğışları sırğa edib qulağıma taxmışam
amma mən sənin üçün bu şəhərdə ən çox darıxan adamam

ölüb getməyim elə də narahat eləmir məni sevgili
onsuzda mən, tez unudulanlardanam
yaşasaydım əslində, bir-iki artıq nəfəsin ziyanı olmazdı

sadəcə,
elə gözəl ağlayırsan ki, 
lap elə ölməyim gəlir.


Əli Xəyyam....

25.11.2013

Papillon-Kəpənək(1973)





  "Burdan kaçmanın bir yolunu bulursam benimle gelir misin?"

     Baş rollarda Dustin Hoffman və Steve McQueenin iştirak ilə çəkilən möhtəşəm bir film.Film Henri Channierenin başına gələn gerçək hadisələrlə yazdığı roman əsasında çəkilmişdir, Henri Channierenin Fransız qiyamı dövründə yaşadığı məhkumluğundan bəhs edən otobioqrafik dramdır.Kəpənək ləqəbi ilə tanınan Henri günahsız yerə birini öldürməklə cəzalandırılaraq Fransada həbsxana adasına göndərilir.Və onun ağlındakı tək fikir qaçmaqdır.Bu sırada o Louis Dega ilə tanış olur.Henrinin qaçmaq üçün pula,Deganınsa onu qorumaq üçün birinə ehtiyacı var.Bununla başlayan dostluqları,həbsxanada baş verən hadisələr və qaçma çabaları.


    
    
        Bəzi insanlar var onların azadlığını əsla əlindən almaq olmaz.Nə etsən də mütləq azadlığı üçün əlindən gələni edəcək.Həyatında hər şeydən imtina etsə də azadlığıni güzəştə getməyəcək .Henri də məhz həmin insanlardan biridir.Film elə də hərəkətli,aksionlu film deyil sakit mövzulu dramdır.Amma buna baxmayaraq bir an belə darıxıb,sıxılmağa imkan vermir.
       
       Henrinin hücrədə qalması,"protein" almaq üçün həşərat yeməsi,cüzamlılar adası,hindular,yenidən 5 il hücrə-azadlıq üçün daha nələr dözmək olar ki?

       Hücrədə olarəkən saçlarını kəsmək üçün qapıdan başlarını çıxaranda yandakı hücrədəki qoca "necə görünürəm?" sualını veririr bizim Henriyə.Henri də yaxşı görünürsən deyir.Gələn dəfə isə qocanın hücrəsi kilidli olur.2il sonra da, Henri yandakı hücrə qonşusundan soruşur "necə görünürəm?" deyə.Niyə bilmirəm amma bu səhnə ağlımda yaman ilişib qalıb.Əsil ironiya.

   
      
      




       
    Və o məşhur səhnə. "səni həyatını boşa keçirməklə itham edirəm"  


    

     İllərcə əsarət həyatı yaşamış,həbsxananın bütün iyrənc şəraitinə dözmüş,dəfələrlə qaçmaq üçün əlindən gələni etmiş bir məhkum...Bir tərəfdə azadlığı üçün hər şeyini,həyatını fəda edə biləcək bir adam,digər tərəfdə isə məhbusluğu,əsarəti qəbul etmiş bir insan.
    
     Gerçək bir həyatdan ilhamlanaraq çəkilən bu möhtəşəm film tam mənasıyla səbri,ruhdan düşməməyi,möhkəm iradəni və azadlığa qaçışı göstərir.

     --Derler ki ; ” Burada bir kelebek kanat çırpsa, Atlantik’te fırtınaya sebep olabilir. ” İşte biz her birimiz, tıpkı o kelebek gibiyiz, fakat bir farkla; Bizim kelebeğimiz fırtınaya sebep olmaz! O, kanatlarını açar fırtınaya karşı koyar.  

   --Ne kadar hızlı koşarsan koş, asla vicdanından kaçamazsın
   

          Hər şeyi ilə mükəmməl bir film idi.Mütləq izlənməli filmlərdən) Kitabını da ən qısa zamanda oxumağı düşünürəm.
          İyi seyirlər 8.0/10



      

        

22.11.2013

The Pursuit Of Happyness-Ümidini İtirmə(2007)











"Belki de mutluluk sadece kovalayabildiğimiz bir şeydir. Belki de onu asla  yakalayamayacağız."

    Bu filmi heç vaxt əvvəldən sona qədər izləməmişdim və həmişə mütləq izləyərəm deyib ertələyirdim.Nəhayət bugün bir film seçək izləyək dedik "kuzenimlə") Nə izləsək dedik və birdən ağlıma uzun müddətdir geciktirdiyim Will Smithin bu möhtəşəm  filmi düşdü.Axır ki izlədim.Bilirəm gecikmişəm amma nə gözəl film idi bu belə.Utandım,heyfsləndim bu qədər gec izlədiyim üçün.Və də real həyatdan götürülmüş film olması bir digər müsbət cəhəti idi.Yəqin ki bu film haqqında bilməyən yoxdur))Amma mənim kimi əgər gecikən və  təsadüfən səhifəmdən keçən varsa deyə film haqqında qısaca)
   Ailəsini ayaqda tutmağa çalışan bir atanın həyatla çətin mübarizəsindən bəhs edir film.Yaxşı ata olan Chris Gardner işində problemləri olan,eyni zamanda yaxşı həyat yoldaşıdır.Lakin maddi sıxıntılara daha da dözə bilməyən arvadı onu tərk edər.Bu da azmış kimi az sonra evdən də atılar.Kimsəsizlər evində,metrolarda qalaraq və həm də işləyərək yaşamalıdır.Oğlunun sevgisi isə ata üçün bu mübarizədə hər şeydir.
      Filmdə Chris  Thomas Jeffersonun "Istiqlal Bəyənnaməsi"ndən (the declaration of independence) statlar misal gətirir-Xoşbəxt olma haqqı.Düşünürəm filmin adı da məhz burdan gəlir.Və filmin çəkilişlərində 250 evsiz iştirak edib.Bunu da öyrəndim ki Amerikada evsizlərin 12%-i işləyən insanlardır.
      Filmi izləyərkən insanda güclü inam və ümid yaranır həqiqətən.Buna misal olaraq Chrisin oğlu ilə basketball oynayarkən oğluna verdiyi məsləhət.Bir yerə qeyd edib hər gün ya da ən ümidsiz vaxtda oxunmalıdır.









-Kiminsə sənə sən bacara bilməzsən deməsinə imkan vermə hətta mənim də.Bir xəyalın varsa onu qorumalısan.İnsanlar heç nə edə bilmir və sənin də edə bilməyəcəyinə sənə inandırar.Bir şey etmək istəyirsənsə get və onu zorla al...







Ata il oğlun sevgisi filmdə əla görünürdü.Bəlkə də həqiqətən ata-oğul olmaqlarından irəli gəlir deyə bilmərəm ama hər ikisi də öz rollarını əla ifa edirdi.Hələ metro tualetində oğlu eşitməsin deyə ağlamamaq üçün özünü sıxdığı səhnə :(







     Və də ən sevdiyim hissə.Ataya yaşamaq və mübarizə aparmaq üçün bundan əlavə nə səbəb ola bilər ki?





































Hər şeyi ilə mükəmməl film idi.Həyatdan,içimizdən bir film.Mübarizə aparmaqdan,nəyəsə yenidən başlamaqdan bezib yoruluruq ama yenə də davam etmək lazım olduğunu göstərən əla film idi.
  Mütləq izlənməli filmlər silsiləsindən)) İMdb 7.8/10







18.11.2013

İdentity-Kimlik (2003)




"Dün merdivenden çıkarken,aslında orada olmayan biriyle karşılaştım. Bugün de orada değildi. Keşke dedim, keşke gitse..."

      
                     Rejissorluğunu James Mangoldun etdiyi psixoloji-gərilim filmi olan “İdentity”  2003-cü ildə ərsəyə gəlib.Jhon Cusack,Amanda Peet,Ray Liotta və digərlərinin iştirakı ilə həqiqətən əsil gərilim yaradan psixoloji film idi.2003cü ildə çəkilməsinə baxmayaraq mən yeni izləməyə nail oldum.Psixoloji gərilim filminə görə əla aktyor komandası olan,ilk saniyəsindən izləyicini özünə bağlayan,davamlı olaraq  insanda sual yaradan çox maraqlı film idi.





    
     Deməli filmin mövzusu belədir.Bir-birini tanımayan 10 insan fırtına səbəbi ilə bir moteldə gecələməli olurlar.Aralarında limuzin sürücüsü,aktrisa,yeni evli cütlük,məhkumla polis və s. var.Və ardı arası kəsilməyən cinayətlər başlayar...İlk anda film klassik “qatil kimdir?” filmlərinə bənzəyir.Düzü filmin bir yerinə qədər bu sualı mütləq ki izləyici cavablandırmağa çalışır.Filmi bu fikirlə izləməyə davam edirik ki, film öz axarını dəyişir.
    Filmdə həqiqətən irəlidə nə baş verəcəyini təxmin etmək çox çətindir.Və onu da qeyd edim ki əgər filmə ilk dəqiqədən diqqətlə adaptasiya olmasanız sonunu anlamaq çətin olacaq.Sonu bəlli olmayan filmləri çox sevirəm və bu filmi də bu kategoriyaya əlavə etmək olar. 

    Artıq film bitti hər şey qaydasına düşdü dediyimiz anda yeni birşey baş verir və biz ağzı açıq vəziyyətə ekrana baxaraq qalırıq.Yəni filmi sona qədər izləyin))
    Və film boyu nədənsə məkanı, yəni moteli Alfred Hichcockun "Psycho" filmindəki motele bənzətdim.Bəlkə də bütün motellər eynidir deyə bilmərəm ama vahiməsiylə və s.elə hey psycho filmi haqqında fikirləşirdim.Əgər yolum Amerikadan keçsə bu filmlərin ucbatından çətin ki moteldə gecələyim))
    

Bizim film))




Bənzətdiyim psycho..

             Film haqqında biraz da danışacaq olsam dözməyib spoiler verəcəm)Odur ki mütləq izləyin.Özüdə çalışın qaranlıqda və gecə :)  İMDb 7.2/10
           

16.11.2013

Stepmom-Ögey Ana (1998)








    Luke, həyat yoldaşı Jackie ilə yollarını ayırdıqdan sonra yeni bir həyat qurmaq qərarına gəlir və gənc sevgilisi İsabel ilə birlikdə yaşamağa başlayır.Luke, 12 yaşında qızı və 7 yaşında oğlunu da öz yanına alır.Lakin uşaqlar Luke'un bütün səylərinə baxmayaraq İsabeli heç cür sevə bilmirlər və İsabel üçün də eyni vəziyyət keçərlidir.Luke və Jackie ayrıldıqdan sonra Jackienin linfa xərçəngi yenidən təkrarlanır.

     Baş rollarını Julia Roberts və Susan Sarandonun ifa etdiyi komediya-dram janrında film analıq mövzusunda çəkilmiş gözəl filmlərdən biri idi.





    " Həyat çətin şeylərlə doludur. Bəzən haqsızdır , amma seçim sənin əlindədir ya çətin şeyləri alar həyatını
asanlaşdırarsan və ya daha pis edərsən. "  Filmi izah edəcək ən gözəl ifadə elə məhz Jakienin bu ifadəsidir bəlkədə.Həyatın tam ortasından götürülmüş bu hekayə çox əhəmiyyətli mesajlar verir.Ən əhəmiyyətlisi isə əgər hadisələr düzgün mövqedən baxmağı bacarırıqsa çox daha xoşbəxt ola bilərik istənilən halda.Həyatlarımız və ya başqalarının həyatı nə vaxt bizim həyatımızdan daha çox önəm daşıyır?birilərinin xoşbəxtliyi sənin həyatından,ölümündən daha dəyərli ola bilərmi?Bütün bunların tək cavabı varsa o da sadəcə ana sevgisidir.Əgər anasansa həyatın, övladlarının xoşbəxtliyindən daha önəmli deyil.Bax bu filmdə bunu bir daha anladım.






-Ana sən ölürsən?
-Yox mən sənin qəlbində olacam.istədiyin zaman mənimlə danışa bilrsən mən sənə cavab verə bilməsəm belə.
-Axı bu kifayət eləmir...

        

Sonda filmin sevdiyim mahnisi Ain't no mountain high enough əla ifadır)





 Sadə mövzusu ilə sevərək izlətdirən,sevgini öyrədən film-mütləq izləyin.