16.09.2013

Welcome To Dongmakgol-Dongmakgola Xoş Gəldiniz(2005).



    - Köy Lideri! Dal-soo birkaç insan getirmiş! Dağın aşağısından!
+ Nereliler?
- Gel de gör! Kafalarında su kabakları ve ellerinde uzun çubuklar var



   1950-ci ildə Koreya Vətəndaş müharibəsi əsnasında, Üç Şimali Koreya, iki də Cənubi Koreya əsgərinin yolu dağ başında döyüşdən xəbərsiz bir kəndə düşər. Kənddə həmçinin, təyyarəsi düşən bir Amerikan pilot da vardır.Düşmən tərəflər qəsəbə sakinlərinə zərər verməmək üçün  kənddən ayrılana qədər zəruri atəşkəsə gedərlər.Və bu 3 tərəf bir müddət də olsa bu qəsəbədə bir yerdə yaşamaq məcburiyyətində qalacaqlar.



     Dram,komediya,müharibə janrında olan film 2005-ci ildə Cənubi Koreya tərəfindən lentə alınıb.
    Bir film döyüşün,müharibənin gərəksizliyini bu qədər mi gözəl izah edə bilər?Film o qədər sadə şəkildə müharibənin lazımsızlığını vurğulayır ki.Filmdə əslində həqiqətən də yaşananlar əks olunur.Eyni milləttən olan insanlar nəyə görə bir-birlərini öldürməyə məcburdur ki?Filmin əvvəlində əsgərlərdən biri "məni Cənuba döyüşə göndərdilər mən də gəldim" deyir.Müharibə döyüşü başladanlardan başqa heçkimə lazım deyil.Kaş ki dünyada bir birini öldürməyə istəkli bu qədər insan olmasa.



   Filmin əvvəlindəki incə zarafatlar sizi doyunca güldürüb təzəcə gülüş yanağınıza oturacaq ki,filmdə dram ağırlaşır və təbəssümünüz yarda qalır.
    
   Filmdən çıxarılacaq dərs: İnsani duyğuların dini, dili, irqi və rəngi yoxdur.



Amerikalidan necəsən deyə soruşularsa ))

- Masum köylüleri bu işe karıştırmayalım, başka bir yere gidelim!
+ Bize aldırmayın, sorun yok.


+ Hey, yaşlı karı, kımıldama!
- Öyleyse nereye sıçayım?

   Mütləq izlənilməsi lazım olan filmlərdəndir. İMDB 7,7/10