4.03.2018

Almaniya Sərgüzəştləri Part 1


      Səyahətdə vəya başlamazdan əvvəl bir çox səhvlər edirik.Planlama ilə  bağlı,səyahət edəcəyimiz ölkə haqqında düzgün məlumatlanmaqla bağlı ,hava şəraitini gedəcəyimiz dövrdə düzgün dəyərləndirməməklə bağlı  və s. Bir də bu var: özünlə "yaxşıca  qənaət etdim " deyərək fəxrlə aldığın bilet ,otel rezervasiyası çox vaxt səni düşündüyün kimi qabağa salmır.Əksinə  olduqca çətin anlar yaşadır .İndi isə bu minvalda başımıza gələn hadisələrdən birini yazmaq istəyirəm.


      Elə isə başladıq :) Başlıq isə belədir-Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel. 



    " Plan sadədir: düşən kimi qaçmaq "


       Deməli 2017nin avqustunun sonlarında yaydan planlaşdırıb öncədən xəritəsini cızdığımız,bilet və qalacaq yerlər rezervasiya etdiyimiz 25 günlük avropa turuna çıxdıq.Başlayacağımız ölkə Almaniya idi.İlk şəhərimiz də təbii ki Berlin.Planımız Almaniyanin bir-iki şəhərini gəzib növbəti ölkələrə keçmək idi.Polşada yaşadığımız üçün elə yaxındır deyib avtobusla yollandıq Berlinə.Airbnb aplikasiyasını yeni keşf etdiyimiz səyahətimiz idi.Elə qalacağımız yerləri onun vasitəsiylə seçmişdik.Yeri gəlmişkən məncə əla aplikasiyadır.Xülasə gəlib çatdıq Berlinə-Avtovağzala.Elə ilk düşən kimi bir azərbaycanlı görüb yerli kimi salamlaşdıq :) Xəritəmizi açdıq və avtovağzaldan qalacağımız yerə yarımsaatlıq məsafəni necə və hardan gedəcəyimizə baxdıq.Yaxınlıqda dəmiryolu stansiyası var idi..Elə ən yaxşı variant da qatar olduğu üçün fikirləşmədik və stansiyaya girdik.Hardan hansı qatarın hara getdiyini dəqiqləşdirmək çətindir çünki   ilk gün üçün Almaniyada dəmiryolu şəbəkəsi olduqca qarışıqdır.Stanisyada dəmiryolu xəritəsindən gedəcəyimiz dayanacağın adını axtarirdiq.Kənardan  çiynində turist sumkası ilə transport xəttinə bələd olmadığımız görünmüş olmalıdır ki biri bizə yaxınlaşdı və həddindən artıq səmimiyyətlə hara getməli olduğumuz soruşdu  və çox rahatlıqla hansı qatara minməli olduğumuzu deyib böyük gülümsəmə ilə yanımızdan ayrıldı.Adam gəlib bizə yol göstərənə qədərki vaxtda xəritədə təxmini hardan gedəcəyimizi aşkarlamışdıq.Amma adamın bizə dediyi istiqamət tamamilə fərqli idi.Yoldaşım dedi ki  içimdəki mükəmməl yön hissim bizim haqlı olduğumuzu,adamın mənasız səmimi olduğunu  və  bizi aldatdığını, yanlış istiqamətləndirdiyini deyir.1-2 dəqiqəlik diskussiyadan sonra öz seçdiyimiz qatara mindik..Adam bizə səhv yol göstərmişdi.İndiyə  kimi hələ də başa düşməmişəm adamın məqsədi nə idi.Bu arada gedəcəyimiz yer üçün 2 qatar dəyişməli idik. Nə isə nəhayət gəldik çatdıq lazım olan stansiyaya.Sən demə burdan qalacağımız hostelə 15 dəqiqəlik yerimə  məsafəsi var. Bu 15 dəqiqəlik məsafəni unutmayaq hərşey bunla başlayacaq :) 

      Avqusta görə hava olduqca " sərin " idi.Qaldığımız otaq iki nəfərlik idi.Amma otaq haqqında danışmaq istəmirəm.Yadıma düşdükcə stres keçirirəm :) Onu deyə bilərəm ki o "sərin " havada çöldə yatsaq daha isti olardı  :)
      3 gün Berlində olduq.Olduqca gözəl şəhərdir.Berlinerdoma aşiq oldum.Möhtəşəm idi.Amma Berlin haqqında yazmayacağam. bu haqda daha sonra geniş bir post paylaşacağam.

    Berlindən sonraki gedəcəyimiz şəhər Hamburg idi.Biletimiz səhər saat 8 ya da 9a idi  tam yadımda deyil.Həmin avtovağzala gedəcəkdik.Axşamdan 30-40 dəqiqə tez çatsaq rahat olar deyərək çıxmaq saatımızı dəqiqləşdirdik.Həm yerimə məsafəsinin 15 dəqiqə olmağını hesablamadıq həm də baş verən hadisənin ola biləcəyini :) Səhər rahatca stansiyamıza gəldik.( Bu arada Berlində  stansiyalar olduqca maraqlı idi .Bir neçəsi mənə  Harry Potter filmindəki stansiyanı xatırlatdı. ) Çatan kimi qatar gəldi gözləmədiyimiz üçün çox sevindik çünki qatarlar 10 dəqiqə arayla gəlir.Minidikdən 2 dəq sonra yoldaşımın üzündəki şok və həyəcanla mənə baxıb  " bilet almadıq " deməsiylə sevinc filan qalmadı :)  .Almadığımız yadımıza düşməzdi əgər hər iki tərəfdən gələn bilet yoxlayanları görməsəydik. İçəridə bilet almaq üçün avtomat da yoxdur.Olsa belə böyük ehtimalla bağlamış olurlar.Fikirləşdim aradan astaca arxaya keçək ama hara belimizdə dağ boyda sumkalarımızla birinci biz görünürük :) Dedim iki ayrı istiqamətə gedək.Çətini birini tutana qədərdir sonra heçkimi yoxlamırlar.Yoldaşım deyir yox e yox qanunu çeynəmişəm ödəməliyəm.Beni bırak sen git :)Gördüm tərpənmir sakitcə bəxtdən adamlar görmədən keçdim arxa qapıya .Və bu sırada uzaqdan adamların yoldaşımı necə əhatəyə aldığını müşahidə edirəm :)Tez tərpənmiş oldum.İki nəfərin cərimələnməsindənsə bir nəfəri qurban verməli olduq :) Cəriməsi səhv etmirəmsə 60 ya da 80 euro idi .Kefimizi pozmamağa çalışırıq çünki qarşıda hələ gəziləcək yerlər və 20 günümüz var.Qatardan düşdük və ikinci qatara minməliyik.Eyni hadisəni yaşamamaq üçün bilet alaq dedik.Konsert indi başlayacaq.Bilet avtomatlari işləmir ya səhər olduğu üçün idi ya da başqa səbəbdən idi.Tapdıqlarımız da kartla işləmir  və yalnız qəpik pul götürür .Üstümüzdə də kifayət qədər qəpik yoxdur.Avtobusun çıxmağına yarım saat qalır.Gedəcəyimiz stansiya sayısı 12 . Birtəhər bilet alıb mindik qatara.hər stansiyaya 2 dəqiqəyə çatsa 6 dəq qalır.Avtovağzalla dəmiryolu stansiyası arasındakı məsafə 400-500 metrdir.Plan sadədir: düşən kimi qaçmaq :) Amma nə deyib  Jhon Lennon həyat sən planlar qurarkən başına gələnlərdir. Nəisə biz stansiyamıza çatanda artıq 2 dəq qalmışdı.Qatar dayanan kimi özümüzü sürətlə çölə atdıq və belimizdəki ağır sumka ilə həyatımızım qaçışını gerçəkləçdirdik.Elə qaçaraq yolu keçəndə bir flixbus gördük ki avtovağzaldan çıxır çox  doğma göründü.ama hələ1 dəqiqəmiz var idi.Gəldik çatdıq ki avtobus yoxdur.Çıxan elə bizimki imiş.Daha ne etmək olar deyib 2-3 qat bahasın yarım saat sonra  gedən avtobusa biletimizi alıb Hamburga yola düşdük. 

     Sözümün canı həqiqətən ucuz olsun deyə etdiyimiz şeylər əksərən əlimizdə partlayır :) Məsəldə deyildiyi kimi astarı üzündən baha çıxır.Hələ növbəti postumda Almaniyadan İtaliya yenə qənaət edək deyerəkdən aldığımız bilet və hava limanına hansı zülümlərlə getməyimizdən və eyni minvalla İtalyadaki macəradan danışacam.Ancaq bunlar hamısı bizə təcrübə oldu artıq daha ağılla qərarlar verərək səyahət edirik.

     






   

     Uzun yazi oldu bilirəm .Ümid edirəm oxumaq  maraqlı olar.Bol səyahətli günlər dostlar  :)

Hiç yorum yok:

Yorum Gönder