29.06.2013

Before Sunrise-Gün Doğmadan Əvvəl(1995)



           "Həyatda etdiyimiz hər şey əslində biraz daha sevilmək üçün deyil mi?"


   Fransız tələbə Celine ilə Amerikalı gənc  Jesse Budapeşt-Viyana qatarında bir cütlüyün davası ilə təsadüfən tanış olurlar və Viyanaya qədər bir birlərinə yoldaşlıq edirlər.Jesse isə Celine'ə ertəsin gün Viyanadan Amerikaya Təyyarə ilə qayıdacağını və gün boyu Viyana küçələrini gəzəcəyini və onun da gəlməsini xahiş edir.Jessenin Celini razı salma yolu isə çox maraqlı idi:

  -"Bunu söyləmədiyim üçün peşman ola bilərəm. Düşün indi, bundan illər sonra  evlənmisən və uşaqların olub. Həyatın monotonlaşmağa başlayır, həyat yoldaşından sıxılırsan. Məhz o gün geriyə baxıb həyatına girən adamları düşünürsən. Mən də onlardan biriyəm. Fərz et ki illər sonra mənə bəli demədiyinə görə peşman olursan və yaşaya biləcəyin şeylər  səni maraqlandırır. İndi mənimlə burda qatardan düş və xeyr desən nələr itirəcəyimizi görək. "

    Bu sözlərdən sonra Celine razılaşır və onlar həyatlarında unutmayacaqları 14 saat keçirəcəklər.(Kim razılaşmazdı ki :) )


     Film izlədiyim ən gözəl romantik filmlərdən idi.Sevgini o qədər gözəl göstəriblər ki  insanın aşiq olmaq istəyi yaranır.Filmin mövzusu isə bilindik romantik filmlərdən çox fərqlənir. Hər şeydən əvvəl filmdə qeyri adi sevgi hekayəsi görəcəyik.Təsəvvür et qatarda bir ilə tanış olursan və söhbət o qədər maraqlı və şirindir ki bunu uzatmaq üçün başqa şəhərdə  yenicə tanış olduğun biri ilə bir gün keçirməyi qəbul edirsən.Təbii bu məqamda filmin bəyənilməsi izləyənlərin sosial,mədəni,əxlaqi struktru ilə  yaxından bağlıdır. Elə bəlkə buna görədir ki bu filmi bəyənənlər qədər bəyənməyənlər də az deyil.




   Filmdə əsas diqqəti cəlb edən isə şübhəsiz dialoqlardır.İnsanın həmin dialoqları mətn halına salıb oxumağı gəlir :)


-"Birinin səndən ayrılmasının ən pis cəhəti bilirsən nədir? Ayrıldığın kəsləri nə qədər az düşündüyünü xatırlamağın və onların da səni nə qədər az düşündüklərini anlamaq. Bilirsən, onların kədər içində olduqlarını düşünmək istəyərsən amma onlar sanki "hey, getdiyin üçün məmnunam" deyirlər. "


 -Jesse: Dostumun bir uşağı olmuşdu və doğum evdə oldu. O da kömək edirdi. Tam da  doğum anında, uşağın ilk nəfəsini almağa çalışarkən, ilk həyat təcrübəsini reallaşdırmasını izləyirmiş.Tək düşüncəsi isə, o an bir gün öləcək olan bir şeyə baxdığı imiş. Bu düşüncəni başından ata bilmirdi ...

    -Celine: Məncə də bu çox doğrudur. Hər şey o qədər sonludur ki ... Amma səncə də zamanımızı və xüsusi anları bu qədər əhəmiyyətli edən də bu deyilmi?





      Amerikalı rejissor Richard Linklater çəkdiyi filmlərində qəhrəmanların fəlsəfi mübahisələri
ilə tanınır və bir çox filmləri tək bir gün içində keçir.  Rejissor , filmi çəkmə fikirinin bir gecə Filadelfiyada  yenicə tanış olub  uzun müddət gəzib söhbətləşdiyi biri sayəsində yarandığını da deyib.Çox maraqlıdı :)

     Filmin 2ci hissəsi də eyni rejissor tərəfindən 2004cü ildə ekranlaşdırılıb.Onu da izləyib mütləq haqqında yazacam.Hətta 3cü hissəsi də bu yay viziona girəcək.

     Filmdə hər hansısa hadisənin baş verəcəyini gözləməyin.Onlar sadəcə səhərə qədər gəzəcək,söhbət edəcək və sizə gözəl bir sevgi hekayəsi bəxş edəcəklər.Sonda isə səhər gəzdikləri yerləri yenidən görmək qəribə hisslər yaratdı.Və maraqlıdır  görəsən 6 aydan sonra onlar görüşdülər mi? :)

    Filmi inanıram ki, romantik filmləri sevməyənlər də bəyənərək izləyəcək.Aşiq olmaq üçün isə bu filmi qaçırmayın :) İyi seyirlər...


25.06.2013

Hindistandan Seçmələr-Son İzlədiyim Hind Filmləri



          Uzun müddətdən sonra hind filmi izləmək həvəsinə düşdüm.Və axtarışa başladım.Tanıyanlar bilir ki, hind filmi izləyəcəmsə mütləq Shahrukh Khan filmləri izləyərəm.Digər filmləri də izlədiyim olur ama onun yeri ayrı tabii :)Çoxlarının hind filmlərinə qarşı önyargıları var."Hind filmi həyatta izləmərəm,sevmirəm" deyənlər çox görürəm.Halbuki bir çox hind filmi effektlərlə bəzənmiş,özənti Hollywood filmlərindən qat qat yaxşıdır.Ən əsas da  o duyğunu ekrandan izləyiciyə çox gözəl ötürə bilirlər.
         Yenicə kəşf etdiyim (daha doğrusu tanıdığım ama izləmədiyim) Aamir Khanın(bu da Khanmış nə təsadüf :D )filmlərini bu aralar yaman ard-arda izləməyə başlamışam.

xarizmatik bir foto da əlavə edim :)



Həqiqətəndə çox istedadlı aktyormuş da xəbərim yoximiş :)) Bu yazımda Aamir Khanın izlədiyim  2 filmindən danışmaq istəyirəm.Beləliklə ilk film

Taare Zameen Par(Like Stars On Earth)-Yerdəki Ulduzlar-(2007)



"Nankor insan, hər şeyin qiymətini bilən, lakin heç bir şeyin dəyərini bilməyən insandır"
        Qısaca filmin mövzusu:
      Ishaan adındakı kiçik uşaq qurduğu xəyal dünyasında yaşayan dərslər ilə əlaqəsi olmayan bir şagirddir .. Davamlı müəllimlərindən gələn şikayətlər ailəsinin kiçik uşağı internat məktəbinə verməsinə səbəb olacaq .. Əslində Ishaanın digər uşaqlardan heç bir əskiyi yoxdur  yalnız ona qarşı maraq göstərməyən müəllimlər və ailəsi vardır .. Dyslexia (öyrənmə pozuqluğu) xəstəliyi olan uşaqla yeni getdiyi internat məktəbindəki rəsm müəllimi Shankar Nikumbh  yaxından maraqlanar və onu cəmiyyətə qazandırmaq üçün əlindən gələni edər..
    Son zamanlarda Hindistanda kino sahəsində əməlli inkişaf var deyə bilərəm.Hindistan bu filmləri ilə -biz yalnız sevgi məhəbbət filmləri çəkmirik həmdə ailə-dram da göstərə bilirik deyir.İshaan adlı 8 yaşındakı əsas qəhrəmanımız türklər demiş özündən böyük aktyorlara taş çıxardacaq dərəcədə gözəl oynayır.
AhAh o ağladı,mən ağladım :(

    Film təhsil sistemini tənqid edir.Bu sistem ucbatından uşaqlar təəssüf ki xəyal etdikləri dünyanı yaşaya bilmir və hər zaman bir yarış halında olmağa məcburdular.İmtahanları keçmək,sinif birincisi olmaq və s.Filmdə bu hadisələr çox gözəl vurğulanıb.Nə təsadüfdür ki Aamir Khanın yazacağım digər filmi də elə bu mövzudadır.

"Yarışlara bu kadar meraklıysanız,çocuk değil yarış atı yetiştirin"

     Bir faktı da qeyd edim ki, bu film Aamir Khanın ilk rejissorluq işidir həmçinin prodüser də özüdür.Bollywoodun Oscarı sayılan Filmfare mükafatlarında ən yaxşı film,ən yaxşı rejissor və bu balaca İshaan isə ən yaxşı oğlan aktyor seçilib(illərdir onu ala bilməyənlər var afərin :))..
    Filmdəki mahnılar isə çox gözəldir.Ana haqqındakı mahnının sözləri o qədər mənalı və duyğuludu ki dəfələrlə dinləmək olar:

Beni kalabalıklar arasına terketme.
Eve dönüş yolunu unutturma.
Beni çok uzaklara gönderme,
beni unutacağın yerlere.
O kadar kötü müyüm anne?
O kadar kötü mü... Anneciğim!
   Bütün sözləri yaza bilmədim ama mütləq dinləyin. 

3 saatlıq filmdir bunu üçün ola bilər  yer yer darıxdırsın,ama izləməyə dəyər :)


     3 İdiots-3 Axmaq (2009)


"Mükemmeli yakalamaya uğraş,o zaman başarı zaten seni kovalar"

        Çox sevdim mən bu filmi :)Uzun müddət izləməyi geciktirmişdim.Peşmanlığım anlatılamaz :).Məhz bu filmə görə Aamir Khanın digər filmlərini də izləməyə qərara aldım.  Hər şey mükəmməl idi.Aktyorlar,Ssenari,mahnılar,dialoqlar hər şey əla idi.Bu film üçün o qədər şey demək olar ki.


   Film Hindistanın ən yaxşı mühəndislik məktəbinə başlayan tələbələrin həyatını ekranlara gətirir.Sistemin daim yarış üzərinə qurulu olduğu,hər kəsin ən yaxşı olmağa çalışdığı bir məktəbdə, sistemi dəyişdirməyə çalışan bir tələbə və onun ən yaxın 2 yoldaşının başlarından keçənlər.Film-əslində həyatda nə istəyirik sualının verdirir həqiqətən.
      Film təhsil sistemini tənqid edir və şagirdlər üzərində psixoloji təzyiqin nələr edə biləcəyini,həyatları necə məhv edə biləcəyinə çox gözəl göstərir. Ailə təzyiqi və digər psixolojik faktorlar üzündən bir çoxları qabiliyyəti və ya istədiyi sahədə deyil də fərqli bir sahədə oxumaq məcburiyyətində qalır.Çünki həmin sahələr prestijlidir,gəlir gətirir və s. başqa səbəblər.Filmdə fotograf olmaq istəyən Farhanla Ranconun dialoqu isə əslində hərşeyi deyir:

---"Fotografcılıgı seviyorsun ama mühendislikle evlisin"

---Burada yeni fikirler ya da icatlar konuşulmuyor.Notlar konuşuluyor,meslekler,Amerikaya yerleşme.Nasıl iyi not alınacağı öğretiliyor,mühendislik değil...




 Filmin əsas sloganı isə  müzakirəsiz "All is Well" olmalıdır məncə.Film yanaqlarınızı ağrıdacaq qədər güldürüb,boğazınızı göynədəcək qədər duyğulandırır.Bu ikisini isə o qədər gözəl qarışdırıb ki,3 saatın necə keçdiyin heç başa düşməyəcəksiniz.Filmin mahnıları da çox maraqlı idi.Çox vaxt özümdən bilirəm ki mahnı hissələrini ötürürük amma bu filmdə mahnılar,kliplər özünü izlətdirir))Buyurun filmin stimul verən mahnısı və klipi:)

  




    Film 1 saniyə belə darıxmağa imkan vermir.Əminliklə deyə bilərəm ki, bəyənəcəksiniz.3 dostun düşdüyü vəziyyətlər,hadisələr sizi gülmə krizinə salacaq cinsdəndir :)







    Maraqlı fakt odur ki filmin sonunda Hindistanda az tanınmış insanların real ixtiraları istifadə olunub.Bir digər maraqlı məlumat isə Aamir Khan bu rolunda 44 yaşındadır.(Heç göstərmir Maşallah :D )
    Film Hindistanda bütün zamanların ən yüksək kassa rekordunu qırıb.Həmçinin Film xarici bazarda da ən yüksək gəlir əldə edən ilk Bollywood filmidir.Ən yaxşı film və ən yaxşı rejissor nominasiyaları üzrə qalib olmuşdur.İMDB top 250 siyahısına 8.0 xalla düşən ikinci hind filmidir.

       Mütləq izləyin.Peşman olarsınız,çox şey itirərsiniz. :)İyi seyirlər...





Kağıt(Kağız)-2010...Hangi Kağıt Hayattan Daha Değerlidir?

    Və ilk blog yazımla başlayıram.Vətənə millətə xeyirli uğurlu olsun :)Ilk yazıma isə son zamanlar izlədiyim və məndə xüsusi yeri olan "Kağıt" filmi ilə başlamaq istədim.





  --bir sabah uyandınız ve birileri diyor ki size, sabah kahvaltısında zeytin yemek yasak. ne olurdu?
  +sabah kahvaltısında zeytin yemeyiz
  --yanlış, her yasak kendi isyancısını yaratır. zeytinseverler bir örgüt kurarlardı. üzerinde zeytin dalı amblemi olan bir bayrakları olurdu. zeytinlere özgürlük diye bir marşları olurdu belki. şimdi soruyorum size zeytinseverler ayaklanıp dağa çıksa, dağa çıkan mı suçlu, yoksa zeytini yasaklayanlar mı?




      Sinan Çetinin rejissorluğu ilə ərsəyə gələn türk filmi "Kağıt" 70 ci illərdə baş verən bir hadisədən bəhs edir.Sadəcə hansısa hadisə?Yox film əsil qanun,dövlət reallığiını bir gəncin və məmurun simasında göstərir.əvvəlcə film haqqında qısaca:
       “ Her yasak kendi isyancısını doğurur
     sözü ilə başlayan uzun metrajlı filmdə, Mehdi adlı atası xəstə, qoca və təqaüddə olan gömrük mühafizə məmuru (Ahmet Mekin) olan Əmrah (Öner Erkan), ailəsinin və atasının çox istədiyi əczacı olmaq  yerinə rejissor olaraq film çəkmək istəyir. Lakin 1977 ci ildə o dövrün Türkiyə'sində bu bir qədər çətindir.Film çəkmək üçün lazım olan icazələri Ankara'dan dəfələrlə almaq istəməsinə baxmayaraq, televiziya senzura heyətinin sədri olan Müzeyyen Gürkaya (Asuman Dabak) əvvəlcə filmin çəkilişlərinin onsuz da, icazə almadan başlaması səbəbiylə icazə vermir və daha sonra axmaq qanunları qarşısına bir əngəl olaraq çıxarır.Və olaylar da məhz belə başlayır.

     


        Film həqiqtən vermək istədəyi mesajları çox gözəl göstərib.Baş roldakı Öner Erkanı həmişə komik obrazlarda gördüyüm üçün əvvəl yadırğadım.Ama ilərləyən dəqiqələrdə bütün hünərlərini yaxşı mənada göstərdi desək yanılmaram.Hətta filmdə gözlərim də doldu.Yaxşı, yaxşı ağlamışam :D Filmdə ən çox sevdiyim səhnə isə belə idi .Yox  Spoiler olmayacaq :) .Deməli polis aktrisanı gözaltına alıb və sorğu sual edir.Aktrisanın verdiyi cavab isə türklər demiş tam kapak olur :D
   -Koskoca Türkiye Cumhuriyetini bu film mi devirecek yani,bir film devirecekse bırakın devirsin.
 
           Filmin sonunda Emrahın anasıyla telefonda danışdığı səhnə isə çox duyğusal idi.




Xalqını qorumaq üçün var olan dövlətlərin,qanunlarıyla eyni xalqı necə məhv etdiyini göstərən 2010-cu il Dram janrındakı bu filmi izləməyinizi tövsiyyə edirəm.Sonda filmdən sevdiyim dialoq ve replikaları bölüşürəm.İyi seyirlər :) Bal 7/10
  ---Farkında mısın Müzeyyen? Hiçbir iş yapmayan biriyle devletin hiçbir sorunu yok.


  ---Devlet nedir? Bize hizmet etmek zorunda olan bir alet, bir ütü, bir şofben gibi bir şey değil midir? Hiç, kutsal bir ütü olabilir mi? Neden siz kutsalsınız, neden sizin düğmeniz altı aydan başlıyor? Benim annemin diktiği düğmenin, sizin düğmeniz karşısında hiçbir ehemmiyeti yok mu?


---Bugün benim kurtuluş günüm. Hani olur ya Sivas'ın kurtuluşu, Erzurum'un kurtuluşu. Sadece şehirler özgürleşmez Müzeyyen Hanım. İnsanlar da özgürleşir. Sen hürriyet ne demek biliyor musun Müzeyyen? Onu öğreneceksin. Hürriyetin ne demek olduğunu..


---"20. yüzyılda devletlerin "yasal kağıt"larıyla öldürülen sivil insan sayısı 268 milyondur." - R.J. Rummel