27.08.2014

"Hər Şey Qaydasındadır"...






      Bəzən səbəbli və ya səbəbsiz kefsizlik, biriləriylə anlaşamamaq kimi hallar olur.Hər zaman yaxşı olmaq kimi bir qayda yoxdur.Lakin  yaxşı olmadığını,mənəvi durğunluq olduğunu ətrafa göstərmək istəməzsən.Evdən çıxdığın an saxta gülüş maskasını geyinmək zorundasan.Ətrafa hər şey yaxşıdır, mənə görə narahat olmayın maskası...Bəzən də o maskanı cırıb atıb necəsən sualına yaxşıyam cavabı vermək istəməz- deyiləm,problemim var demək istəyirsən.Amma sonra qarşındakının necəsən sualının sadəcə bir formallıq daşıdığını,yaxşı deyiləm - cavabını gözləmədiyini,bu cavabı alsa belə səmimiyyət göstərirmişcəsinə niyə,nə olub? sualının da bir məcburiyyət olduğunu anlayırsan.Bəzən ama bəzən "hər şey qaydasındadır"  gülüşü,təbəssümü etməkdən sıxılmaq....Deyəsən deppresiv oldu.Amma yenə də "hər şey qaydasındadır"....



2 yorum:

  1. çox tanış cümlələr.... Ən çox da səbəbsiz olması bu halın məni əsəbləşdirir. Sanki heç bir problemim olmasa da özümü bərbad hiss etdiyim anlar. Hansiki bəzən özüm də hiss edirəm ki əsəbləşib içimdəki bu səbəbsiz narahatlığı atmağa bəhanə axtarıram..

    YanıtlaSil
    Yanıtlar
    1. Razıyam.hətta bəzən birilərni acılamaq istəyi olur...

      Sil