film etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
film etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1.02.2018

Uzun Bir Aradan Sonra...Salam

       Uzun bir aradan sonra-Salam.

       Deməli belə hardan başlamaq lazımdır onu da qərarlaşdırmamışam.Komputerin qarşısına keçərəm çətini başlamaqdır prinsipi ilə davam edirəm :)






 
       Səhv etmirəmsə sonuncu yazımı 2 il əvvəl yazmışam.Bu qədər uzun müddətlik ayrılacağımı düşünmürdüm amma yazılarım arasındakı məsafənin getdikcə uzamasının buna gətirib çıxaracağı bəlli idi. Nəsə mövzuya biraz depressiv başladım hərçənd daha müsbət əhvali ruhiyyə ilə başlamağı planlaşdırırdım :) Çox güman ki etdiyim məsuliyyətsizlik ya da sevdiyim bir şeyə qarşı laqeyidliyimdən dolayıdır.


   2 il müddətində bəzi yeniliklər baş verdi.Həyatımı yeni bir ailəyə, yeni bir ölkəyə daşıdım.







     Yəqin çoxlarında olur bəzən məşğul olmaqdan həzz aldığın şeylərdən bir müddət məşğul ola bilməmək və s.Depressiya olduğunu düşünmürəm  özünü inkişafla bağlıdır,bəlkə də zamanla ... Belə bir söz var "həyatdan aldığın həzz marağın qədərdir". Əsas odur maraq dairəmiz geniş olsun :)

   Bu 2 illik aradan sonra bloga yenidən  başlamağa qərar verməkdəki ən əsas səbəbim yeni həyata,ölkəyə alışma prosesimi və bu prosesin necə getdiyini , yeni mövzularımı ,təcrübələrimi bir yerlərdə qeyd etmək,bölüşmək ehtiyacıdır.Bu müddət ərzindəki boş zamanlarımda bir çox şeyi nəzərdən keçirdim.Bir çox film ( :) ) izlədim,musiqi dinlədim, gəzdim, təcrübə yaşadım . Və artıq blogumdayam :)Blogda bir qədər dəyişiklik etmək haqqında düşünürəm.Mövzulari biraz genişləndirib  foto və səyahət,və əlbəttə fimlər ,musiqilər qısası hərşey haqqında hərşey :)
 
   Səhifəmi bu qədər zaman sonra yenidən görmək uzun səyahətdən sonra doğma evimə qayıtmaq kimi oldu :) .Evdə heçbir dəyişiklik yoxdur,dəyişən sən və baxış bucağındır.


    Önsöz bölümümü bitirirəm.Növbəti hissədə görüşərik.:)
   

 


    

20.11.2014

I'm coming,I'm coming :D





   Mən Gəldim.Yeni Blog dizaynımla :) Blogda yeni bir şeylər edim həm blogum canlansın həm də mən artıq tənbəlliyimi atım bloga qayıdım dedim...Necə alınıb?Blogun fərahlıyıb bir növ :)

   Uzun müddətdir nə film,nə kitab ümumiyyətlə nə etdiyimi heç özüm də anlaya bilmirdim.Heç nə etmək istəmirdim.Axırda bu cür heçnəsizlik də bezdirdi və özümü yığışdırmalıyam deyə fikirləşdim.Sonra yadıma sevimli blogum düşdü)) Əvvəl temasını dəyişmək qərarına gəldim.Kitab rəfimə əl gəzdiridim.Oxumadığım bir çox kitabım qalıbmış onlara başlamağı qərarlaşdırdım.Yeni kitablar da almaq lazımdır.Film siyahımı nəzərdən keçirdim,yeni filmlərdən də məlumatsız qalmışdım.Bloguma da filmlərimdən yazılarımı əlavə etməliyəm axı :)Hə bir də mahnı playlistimi tamamilə yeniləmək istəyirəm.Kömək olsanız əla olar :) İdmana başladım.Sağlam yaşayaq mesajımı da verdim :D Yeni fotolarım var onları da paylaşacam Burada və Burada əvvəlki "şah əsərlərimi" görə bilərsiz :) Son zamanlar isə təhsillə bağlı müxtəlif fikirlər dolanır beynimdə.İxtisas dəyişmək kimi...Həyata keçirə biləcəm mi yoxsa sadəc xoş fikir kimi mi qalacaq bilmirəm.Biraz cəsarətsizlik kimi problemim var :)

    Bir neçə film izlədim bu arada arxa-arxaya...Onlar haqqında yazacam növbəti postda.Christopher Nolanın Filmi-İnterstellar filminə isə mütləq gedin.Hələki kino zallardadır.Mən yazana qədər bitmiş olar ona görə indidən xəbərdarlıq etdim :D
   Xəbərdalığımı da etdiyimə görə artıq gedə bilərəm)) Növbəti postda görüşənə qədər hələlik...

    

   


   
   

6.06.2014

Romantik Bi Film-Dostlarla :))

    
"Bi küçük Eylül meselesi var,hall edemiyorum"


        Yay fəslini bir o qədər sevməm.Sadəcə tətillər,gəzmələr olduğu üçün həvəslə gözləyirəm hər il...Uzun müddətdi dostlarla havaların isinməyini gözləyirdik ki, bir yerdə bir şeylər edək) Hər kəsə işindən dərsindən icazə aldırıb görüşdük nəhayət...Planlamışdıq bu həftəsonu film izləyəcəyik.Seçimimiz "Bi Küçük Eylül Meselesi" oldu.Yol boyu  Kanatlarım Var Ruhumda mahnısını oxuya oxuya kinoteatra gəldik, biletlərimizi aldıq))







    Bəli,bəli 7 bilet aldıq)) Və balaca məsləhət əgər romantik film izləmək fikrinə düşmüsünüzsə o filmə qətiyyən 7 nəfər özdə dostlarla getməyin :) Çünki film tam bir komediyaya çevrilə bilir)))Və də əgər filmi bəyənməyib,film boyu deyinən biri varsa o film dadından yenməz) Filmi izlədik (?) Çox sevdim filmi.Hərçənd bir daha izləsəm sağlam başla çox çox daha sevə bilərəm )) Mahnıları,mövzusu,görüntüsü və ən əsas da sonu ilə əla film idi.Engin Akyürek sevdiyim aktyorlardandır.Filmdəki rolu və ifası isə möhtəşəm idi..İzləməyə dəyər...
   Dostlarla romantik bi filmi məhv etsək də əla gün idi)...Fərq etməz sevdiyimiz insanlarla birlikdə olmaq,əylənə bilmək əsil xoşbəxtlikdir...

"Sen de gül eğlen
Öyle acıklı konuşma
Hayat ne ki sonuçta
Anlık bir buluşma...."


"Geçmişe Gitmem Küsüm Gözyaşlarıyla
Daha Güçlüyüm Ben Hatalarımla..."

    


13.01.2014

La Tête En Friche (My Afternoons With Margueritte)-Qəribə dostluq (2010)





     Şübhəsiz Fransız filminin böyük aktyrorlarından biridir Gerard Depardieu.Bir çox rollarda, filmlərdə möhtəşəm aktyorluqu ilə sevilən aktyor bu dəfə balaca Fransa qəsəbəsində yaşayan, kiçik bağçasında məhsul yetişdirib satan,anası ilə uşaqlıqdan problemləri olan və bir gün həyatı bəsit,bulanıq görərkən bir qadının kitabları ilə onu dərk etməyə başlayan Germain Chazes adlı qəhrəmanı canlandırır.Demək olar filmin mövzusunu da danışdım)
  
     Mövzusu baxımından bir o qədər iddialı deyil və rejissor dramı çox ağır tutmadığı üçün çox sadə  və səmimi film alınıb.Marie-Sabine Roger adlı yazıçının eyni adlı romanı əsasında çəkilib.Kitabını oxumağı çox istədim düzü.

       Film bir az durğun keçsə də bir müddət sonra özünü izlətdirməyi bacarır.

 Və bir də filmdən seçdiklərim.




       Germainin kitablardan sonra artıq həyatın bulanıq və bəsit olmadığını anladığı an..


      
      Filmin sonunda Germain Margueritte haqqında şerə bənzər bir şeylər deyir.Mən o hissəni çox sevdim.Ən çox da bu ifadə "Şimdi gitme daha vakit var bekle.Bana yaşamından bir şeyler daha kat".



          
          "Ona şans eseri parkta rastlamıştım. Fazla yer tutmuyordu,tüylü bir güvercin kadardı.. Kelimelerin isimlerin arasında kaybolmuştu,bana sayfaları gözlerimin önünde canlanan kitaplar verdi. Şimdi gitme daha vakit gelmedi gelmedi küçük çiçeğim..Bana kendinden birşeyler daha kat, bana yaşamından birşeyler daha kat.. Bekle ! Aşk hikayelerinde yalnızca aşk yoktur.Bazılarında tek bir seni seviyorum bile bulunmaz, yinede birbirimizi seviyoruz!"

          Film bir o qədər tanınmadığı üçün izləyicisi də çox deyil.Amma buna baxmayaraq bu iki cütlüyün dostluğunu izləməyə dəyər.
         Boş vaxtında səmimi,isti bir film axtarışında olanlar üçün)) IMdb 7.1/10

25.11.2013

Papillon-Kəpənək(1973)





  "Burdan kaçmanın bir yolunu bulursam benimle gelir misin?"

     Baş rollarda Dustin Hoffman və Steve McQueenin iştirak ilə çəkilən möhtəşəm bir film.Film Henri Channierenin başına gələn gerçək hadisələrlə yazdığı roman əsasında çəkilmişdir, Henri Channierenin Fransız qiyamı dövründə yaşadığı məhkumluğundan bəhs edən otobioqrafik dramdır.Kəpənək ləqəbi ilə tanınan Henri günahsız yerə birini öldürməklə cəzalandırılaraq Fransada həbsxana adasına göndərilir.Və onun ağlındakı tək fikir qaçmaqdır.Bu sırada o Louis Dega ilə tanış olur.Henrinin qaçmaq üçün pula,Deganınsa onu qorumaq üçün birinə ehtiyacı var.Bununla başlayan dostluqları,həbsxanada baş verən hadisələr və qaçma çabaları.


    
    
        Bəzi insanlar var onların azadlığını əsla əlindən almaq olmaz.Nə etsən də mütləq azadlığı üçün əlindən gələni edəcək.Həyatında hər şeydən imtina etsə də azadlığıni güzəştə getməyəcək .Henri də məhz həmin insanlardan biridir.Film elə də hərəkətli,aksionlu film deyil sakit mövzulu dramdır.Amma buna baxmayaraq bir an belə darıxıb,sıxılmağa imkan vermir.
       
       Henrinin hücrədə qalması,"protein" almaq üçün həşərat yeməsi,cüzamlılar adası,hindular,yenidən 5 il hücrə-azadlıq üçün daha nələr dözmək olar ki?

       Hücrədə olarəkən saçlarını kəsmək üçün qapıdan başlarını çıxaranda yandakı hücrədəki qoca "necə görünürəm?" sualını veririr bizim Henriyə.Henri də yaxşı görünürsən deyir.Gələn dəfə isə qocanın hücrəsi kilidli olur.2il sonra da, Henri yandakı hücrə qonşusundan soruşur "necə görünürəm?" deyə.Niyə bilmirəm amma bu səhnə ağlımda yaman ilişib qalıb.Əsil ironiya.

   
      
      




       
    Və o məşhur səhnə. "səni həyatını boşa keçirməklə itham edirəm"  


    

     İllərcə əsarət həyatı yaşamış,həbsxananın bütün iyrənc şəraitinə dözmüş,dəfələrlə qaçmaq üçün əlindən gələni etmiş bir məhkum...Bir tərəfdə azadlığı üçün hər şeyini,həyatını fəda edə biləcək bir adam,digər tərəfdə isə məhbusluğu,əsarəti qəbul etmiş bir insan.
    
     Gerçək bir həyatdan ilhamlanaraq çəkilən bu möhtəşəm film tam mənasıyla səbri,ruhdan düşməməyi,möhkəm iradəni və azadlığa qaçışı göstərir.

     --Derler ki ; ” Burada bir kelebek kanat çırpsa, Atlantik’te fırtınaya sebep olabilir. ” İşte biz her birimiz, tıpkı o kelebek gibiyiz, fakat bir farkla; Bizim kelebeğimiz fırtınaya sebep olmaz! O, kanatlarını açar fırtınaya karşı koyar.  

   --Ne kadar hızlı koşarsan koş, asla vicdanından kaçamazsın
   

          Hər şeyi ilə mükəmməl bir film idi.Mütləq izlənməli filmlərdən) Kitabını da ən qısa zamanda oxumağı düşünürəm.
          İyi seyirlər 8.0/10



      

        

10.07.2013

The Stoning Of Soraya-Sorayanı Daşlamaq(2008)


  "Olmayın riyakarlıq edənlərdən,
Bir yandan yüksək səslə Quranı dilləndirərkən
Bir yandan əxlaqsızlığını gizlədiyini zənn edənlərdən..."  (Şirazi)
                                                                

Film haqqında elə film bitən kimi yazmağa başladım.Əslində nə yazacağımı da bilmirəm.Hələ də filmin təsirindəyəm.Bəlkə də bir çoxları bu filmi izləyib.Mən yeni izləyib bitirdim.Haqqında çox oxumuşdum ama vaxt ayırıb da izləməmişdim.Əslində isə xüsusi olaraq vaxt ayrılıb izlənməli idi.
   İranda Şah dövrü bitib və yeni hakimiyyət başlayıb.Təbii ki öz yeni qanunları ilə hansı ki, istənilən vaxt kimlərisə 2 şahidlə edam etmək,məhkum etmək mümkündür.Bir gün öz vətəninə qayıdan İran əsilli Fransız jurnalist Freidounenin bir kəndin yaxınlığında maşını xarab olur və maşınını təmir etmək üçün kəndə gəlir.Onun jurnalist olduğunu başa düşən Zəhra arxasınca onu təqib edir.Çünki bir gün öncə bacısı qızı kəndlilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.Və Zəhra bu vəhşiliyi bütün dünyaya göstərmək, eşitdirmək istəyir.




   Film 1986-cı ildə İranda baş vermiş real hadisədəndir.İran əsilli Freidoune Sahebjam romanı əsasında çəkilmişdir.
   Soraya 4 uşaq anasıdır.Və əri tərəfindən döyülür,oğlanları da atanın təsiri ilə anadan soyudulmuşdur.Ali(Sorayanın  əri) qonşu kənddə həbsxanada işləyir və edama məhkum birinin 14 yaşlı qızına göz qoyur qarşılığında isə təbii ki adamı edamdan xilas edəcək.Çox arvadlılıq qanunidir ama Ali 2 ailəyə baxmaq istəməz və boşanmaq istəyər.Soraya isə qızlarının ac qalmaması üçün boşanmaz.Hal belə olduqda tək çarə isə- arvadını sədaqətsizliklə günahlandırır,2 yalançı şahid də tutaraq şəriətin qanunları ilə daşlanaraq öldürülməlidir.Təbii ki haqq kişilərin tərəfindədir və Allahın əmri ilə Sorayanın daşlanması şəriət tərəfindən yaradılan məhkəmədə də qəbul olunur.



   Bu qədər asandır əslində bir insanın həyatı haqqında hökm çıxarmaq.Sorayanı daşlamağa apararkən insanların bayram qeyd edərcəsinə ölüm istəmələri və bu etdiklərini də Allahın qanununa uyğun olduğuna inanmaq yoxsa inandırılmaq?!Din adı ilə insanları heyvan kimi idarə etmək və bunu haqlı çıxarmaq üçün edilən min bir hoqqabazlıq.Ən dəhşətlisi isə qadınlı,uşaqlı hərkəsin bunu adi qəbul etməsidi.Elə adicə uşaqların qadına atmaq üçün daş yığdıqları səhnə o qədər adi görünür ki.Və qanundur ilk daşı ata atmalıdır."O artıq mənim qızım deyil" deyir ata.Sonra 2ci daşı "ər" atmalıdır.Və təbii ki övladların.Sorayanın daşlanmadan əvvəl "Bir insana bunu necə edərsiniz?" sözün qarşılıq olaraq "Allahın əmridir bu" cavabı, dinin,inancların necə şərh edildiyini gözlər önünə sərir.
 

    Filmə başlayan ilk dəqiqələrdə artıq sizi nəyin gözlədiyini bilirsiniz.Axı bu ki insanlıq,din deyil.Bəzən televiziyada hansısa cinayətkarı görürük və "ölməlidi beləsi" dediyimiz olur.Biz də insanlıqdan çıxırıq?Filmdən sonra fikirlərim o qədər qarma-qarışıq oldu ki."Mən günahsızam" sözü o qədər dəyərsizləşdi ki bu fimdə.Əslində Amerika filmi olması, biraz da Qərbin bu mövzuya önyargılı olduğu da bir gerçəkti.Məhz buna görə də bir çox kinotənqidçi tərəfindən tənqid olunub.Amma olanların da doğru olduğu yalan deyil.



    - Bir kişi öz qadınını günahlandırırsa, qadın öz günahsızlığını sübut etməlidir. Bu qanundur. Ancaq bir qadın öz ərini günahlandırırsa o zaman qadın ərinin günahkar olduğunu sübut etməlidir. Fərqi anlayırsan?
- Hə, aydındır. Bütün qadınlar günahkar, kişilər isə günahsızdır.

        Hələ Sorayanın daşlanmaq üçün evdən çıxarılarkən dediyi cümlə, bundan da o tərəfi var mı?

    -Ölümdən qorxmuram, ama daşlanaraq ölmək ağrılı olsa gərək.

    Film haqqında daha da danışmaq istəmirəm çünki sadəcə izləmək lazımdır.Mən fikirləşirəm ki hər şeydən əvvəl insan yaxşılığı,mərhəməti sadəcə, insan olduğu üçün,vicdanı üçün etməlidir.Hansısa qanunlara,savaba görə yox.
   Mütləq izlənilməsi və izlətdirilməsi lazım olan filmdir.İzləyin və izlətdirin.İMDb bal 7.8