10.07.2013

The Stoning Of Soraya-Sorayanı Daşlamaq(2008)


  "Olmayın riyakarlıq edənlərdən,
Bir yandan yüksək səslə Quranı dilləndirərkən
Bir yandan əxlaqsızlığını gizlədiyini zənn edənlərdən..."  (Şirazi)
                                                                

Film haqqında elə film bitən kimi yazmağa başladım.Əslində nə yazacağımı da bilmirəm.Hələ də filmin təsirindəyəm.Bəlkə də bir çoxları bu filmi izləyib.Mən yeni izləyib bitirdim.Haqqında çox oxumuşdum ama vaxt ayırıb da izləməmişdim.Əslində isə xüsusi olaraq vaxt ayrılıb izlənməli idi.
   İranda Şah dövrü bitib və yeni hakimiyyət başlayıb.Təbii ki öz yeni qanunları ilə hansı ki, istənilən vaxt kimlərisə 2 şahidlə edam etmək,məhkum etmək mümkündür.Bir gün öz vətəninə qayıdan İran əsilli Fransız jurnalist Freidounenin bir kəndin yaxınlığında maşını xarab olur və maşınını təmir etmək üçün kəndə gəlir.Onun jurnalist olduğunu başa düşən Zəhra arxasınca onu təqib edir.Çünki bir gün öncə bacısı qızı kəndlilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.Və Zəhra bu vəhşiliyi bütün dünyaya göstərmək, eşitdirmək istəyir.




   Film 1986-cı ildə İranda baş vermiş real hadisədəndir.İran əsilli Freidoune Sahebjam romanı əsasında çəkilmişdir.
   Soraya 4 uşaq anasıdır.Və əri tərəfindən döyülür,oğlanları da atanın təsiri ilə anadan soyudulmuşdur.Ali(Sorayanın  əri) qonşu kənddə həbsxanada işləyir və edama məhkum birinin 14 yaşlı qızına göz qoyur qarşılığında isə təbii ki adamı edamdan xilas edəcək.Çox arvadlılıq qanunidir ama Ali 2 ailəyə baxmaq istəməz və boşanmaq istəyər.Soraya isə qızlarının ac qalmaması üçün boşanmaz.Hal belə olduqda tək çarə isə- arvadını sədaqətsizliklə günahlandırır,2 yalançı şahid də tutaraq şəriətin qanunları ilə daşlanaraq öldürülməlidir.Təbii ki haqq kişilərin tərəfindədir və Allahın əmri ilə Sorayanın daşlanması şəriət tərəfindən yaradılan məhkəmədə də qəbul olunur.



   Bu qədər asandır əslində bir insanın həyatı haqqında hökm çıxarmaq.Sorayanı daşlamağa apararkən insanların bayram qeyd edərcəsinə ölüm istəmələri və bu etdiklərini də Allahın qanununa uyğun olduğuna inanmaq yoxsa inandırılmaq?!Din adı ilə insanları heyvan kimi idarə etmək və bunu haqlı çıxarmaq üçün edilən min bir hoqqabazlıq.Ən dəhşətlisi isə qadınlı,uşaqlı hərkəsin bunu adi qəbul etməsidi.Elə adicə uşaqların qadına atmaq üçün daş yığdıqları səhnə o qədər adi görünür ki.Və qanundur ilk daşı ata atmalıdır."O artıq mənim qızım deyil" deyir ata.Sonra 2ci daşı "ər" atmalıdır.Və təbii ki övladların.Sorayanın daşlanmadan əvvəl "Bir insana bunu necə edərsiniz?" sözün qarşılıq olaraq "Allahın əmridir bu" cavabı, dinin,inancların necə şərh edildiyini gözlər önünə sərir.
 

    Filmə başlayan ilk dəqiqələrdə artıq sizi nəyin gözlədiyini bilirsiniz.Axı bu ki insanlıq,din deyil.Bəzən televiziyada hansısa cinayətkarı görürük və "ölməlidi beləsi" dediyimiz olur.Biz də insanlıqdan çıxırıq?Filmdən sonra fikirlərim o qədər qarma-qarışıq oldu ki."Mən günahsızam" sözü o qədər dəyərsizləşdi ki bu fimdə.Əslində Amerika filmi olması, biraz da Qərbin bu mövzuya önyargılı olduğu da bir gerçəkti.Məhz buna görə də bir çox kinotənqidçi tərəfindən tənqid olunub.Amma olanların da doğru olduğu yalan deyil.



    - Bir kişi öz qadınını günahlandırırsa, qadın öz günahsızlığını sübut etməlidir. Bu qanundur. Ancaq bir qadın öz ərini günahlandırırsa o zaman qadın ərinin günahkar olduğunu sübut etməlidir. Fərqi anlayırsan?
- Hə, aydındır. Bütün qadınlar günahkar, kişilər isə günahsızdır.

        Hələ Sorayanın daşlanmaq üçün evdən çıxarılarkən dediyi cümlə, bundan da o tərəfi var mı?

    -Ölümdən qorxmuram, ama daşlanaraq ölmək ağrılı olsa gərək.

    Film haqqında daha da danışmaq istəmirəm çünki sadəcə izləmək lazımdır.Mən fikirləşirəm ki hər şeydən əvvəl insan yaxşılığı,mərhəməti sadəcə, insan olduğu üçün,vicdanı üçün etməlidir.Hansısa qanunlara,savaba görə yox.
   Mütləq izlənilməsi və izlətdirilməsi lazım olan filmdir.İzləyin və izlətdirin.İMDb bal 7.8

Hiç yorum yok:

Yorum Gönder