31.12.2014

İti Addımlarla 2015ə :)





     Blogum 2-ci Yeni İlini qeyd edir :) Həmişə il sonu ətrafımda soruşulur ya da deyirlər ilin necə keçdiyini.Kimisi üçün yaxşı,kimisi üçün pis və s. Amma bu suala heç vaxt cavab verə bilməmişəm.İlimin mənə nə gətirdiyini və nə apardığını,uğurlarımı,sevinclərimi,kədərlərimi heç vaxt il sonunda toplayıb " hmm bu il mənim üçün uğurlu oldu " deyə fikirləşməmişəm.Yeni də olsa hər il kimi bunun da sonu var.Xoşbəxt yaşamağı arzu etmək bunun arzularda olduğunu düşündürür mənə həmişə. Xoşbəxt yaşayın dostlar.
     Kaşki heç bitməsin deyəcəyimiz illər bizim olsun.Hədəfimiz nə olursa olsun...Hüzurlu,uğurlu bol təbəssümlü illərəə.Bayramınız Mübarək :))




13.12.2014

Ölmədən Öncə Görsəydik Ölməzdik :) Part 1



     Başlıq da çox qəribə oldu amma nə isə ))) Zatən mövzunu açıqlayım haqq verəcəksiniz.Söhbət isə dünyanın ən gözəl,insanın özünü nağıllar aləmində hiss edəcəyi,belə yerlər dünya üzərində həqiqətən də  varmı dedirtəcək,rəngli və mükəmməl aurası ilə mütləq gəzilməsi və görülməsi vacib olan şəhərlərdir.Yazını əslində hissəli yazmağı elə indicə qərarlaşdırdım.Yazana qədər bir postda cəmləyəcəyimi fikirləşmişdim.Məqsədim isə turistik bloglar kimi şəhərin adət-ənənələrini,mədəniyyətini göstərmək deyil (Əslində yazsammı ki :D ), sadəcə bu möhtəşəm gözəllikdəki şəhərləri cəmləyib sizlərlə paylaşmaqdı.Elə isə....
   
Sloveniya,Bled
       

     Sloveniya,Bled-Gördüyünüz ada Bled gölündədir.Qış mənzərəsi əsil qış nağıllarını xatırladır.Adada isə sadəcə kilsə yerləşir.Bu adada 99 pilləkən var və inanca görə yeni evli bəy, gəlini bu pilləkənin sonuna qədər daşımalıdır- uzun ömürlü sevgi, məhəbbət üçündür  :)




    
Laos,Vang Vieng

      

       Laos,Vang Vieng-Laos Asyanın kasıb ölkələrindəndir.Lakin turistlər məhz bu gözəlliyi görmək üçün Laosu mütləq ziyarət edirlər.Möhtəşəm dağlarla əhatə olunmuş qəsəbəyə isə əsasən gənc turistlər baş çəkirlərmiş.



Avstriya,Hallstatt



      Avstriya,Hallstatt- Eyni adlı gölün sahilində yerləşən Hallstatt qəsəbəsi Avstriyanın incisi adlanır.Avropanın ən qədim yaşayış yerlərindən biridir.Göl və heybətli dağların arasında yerləşən qəsəbə UNESCO-nun miras siyahısında yer alır.Hər fəsildə gözəl görünür amma qış mənzərəsi bu şəhərə lap yaraşıb.



Almanya,Mosel


     Almanya,Mosel-Almanyanın qərbində yerləşən Mosel vadisi əsil nağıllar diyarını xatırladır.Vadinin ətrafında isə balaca qəsəbələr yerləşir.Dünyanın ən yaxşı bəyaz şərabları da məhz burada hazırlanır.Mosel çayı Fransa,Luksemburq və Almanyadan keçib gedir.Foto isə sanki hansısa rəssamın portretindəndir ama bildiyiniz fotoapartla çəkilib) Heç inanmamıştım ama həqiqətən də bu cür gözəldir.




İndoneziya,Cemoro Lavang



     İndoneziya,Cemoro Lavang-Özəlliklə günəşin doğuşunu və daha sonra batışını izləmək üçün əla yerdir.Hələ də aktiv olan Bromo volkanını görmək üçün turistlərin səyahət etdikləri bu kənd möhtəşəm mənzərəsi ilə doğrudan da görülməyə layiqdir.



İtalya,Toskana



    İtalya,Toskana-Toskana sənətin beşiyi kimi qəbul edilir.Şəhəri ziyarətə gələnlər sanki 13-14cü əsrlərə səyahət edirlər.Balaca və şirin qəsəbələri,natural təbiəti və sıx meşələri ilə məşhur şəhər əsl tarixi sərgüzəşt vəd edirmiş.Çox gözəl görünür.


      İnanın bu Postu yazdığım ərəfədə lap özümü xəyallar aləmində hiss etdim:) Mövzu davam edəcək.Növbəti yazıda görüşənədək  ;)

24.11.2014

Bu Filmlər İzlənməli-İzlədiyim Son Filmlər


  Uzun müddət film izləmədikdən sonra indilərdə bunu konpensasiya etməyə başlamışam :)Və Anladım ki film gecələri üçün darıxmışam.Bu günki yazımda isə izlədiyim 3 film  5 film haqqında danışmaq istəyirəm.Beləliklə...


Hunger Games:Catching Fire-Aclıq Oyunları:Alovu Yaxalamaq
 (Fantastika-Macəra)




    Aclıq oyunları filminin 2.ci hissəsi olan Alovu yaxalamaq (Hər yerdə Alov Yanacaq kimi tərcümə olunub ama düzgün tərcümə olmadığı üçün bu adla əlavə etdim) 2013-cü ildə primyerası oldu.Lakin izləməmişdim.Noyabrın 21-i  3.cü hissə gəldiyindən bunu izləyib davamını da kinozalda izləyim deyə düşündüm  :)
   Filmin mövzusunu isə 1.ci filmi izləmədən anlamaq mənasız olar.Odur ki əgər 1.ci hissəni izləməisinizsə 2.ini izləməyin.Onu deyə bilərəm ki bu hissə əvvəlkindən daha yaxşı,dolğun və görkəmli alınıb.Daha sonra öyrəndim ki rejissor dəyişib.Aktyorlar da rollara daha yaxşı yaraşıblar nəinki 1.hissədə.Jennifer Lawrens iki film arasında bir çox nəaliyyətlər əldə etdi və buna nə qədər layiq 
olduğunu filmdəki performansından görmək olur.

    2.ci film 1.ci filmin bitdiyi yerdən davam edir.Katnnis və Peeta oyunlarda uğur qazandıqdan sonra zəfərlərini bəyan etmək üçün 12 bölgəni də ziyarət edirlər lakin bu ziyarətləri gözlənilənin əksinə iğtişaşlara və üsyanlara səbəb olur.Bu üsyanları yatırmaq üçün isə Snow yeni planlar hazırlayacaq.
   Film kitabdan fərqli olaraq 3 deyil 4 hissəli olacaq.Yəni sonuncu kitab iki hissəli halda çəkiləcək.Növbəti davam filmlərinin də uğurlu olmasını gözləyirəm.Lakin bu cür çox hissəli filmlər əsasən sonda o qədər də gözləniləni doğrultmur.
   
   " --Umut, korkudan güçlü tek şeydir "

    Film isə tövsiyyə olunandır :) IMDB 7,7/10
    
    
   


Oslo 31 August-Oslo 31 Avqust
 (Dram)




  
   Bu filmimiz isə 2011-ci il Norveç istehsalıdır.Filmə başlayarkən böyük ümidlərl başlamayın.Çünki filmdə heç bir hərəkət,aksion,macəra,sevgi -məhəbbət tapa bilməyəcəksiz.Bəlkə də məhz buna görədir ki bir çox tamaşaçı bu filmi bəyənməyib.
    Filmdə mövzu narkotik aludəçisi olan Andersin cəmiyyətə yenidən qazanılmasıdır.Rehabilitasiya mərkəzindən Anders iş görüşməsinə göndərilir.Lakin Andersin başqa  planları var.
     Film Andersin simasına narkotik bataqlığından özünü xilas edə bilmiş insanların yenidən gerçək həyata adaptasiyasının,qayıtmasının çətinliklərini izah edir.Anders əslində təhsilli,sağlam ailəsi,maddi həyatı qaydasında olan biridir.Lakin özünü yalnız hiss edən Anders üçün bu cəmiyyətə alışmaq o qədər də asan olmur.O, etrafdakı bu insanlarla eyni cəmiyyətdə,dostlarının eyni monoton həyatını yaşamaq istəmir.Və özünə görə bir çarə tapır...






      Filmi bəyənib bəyənməmək izləyənlərin filmi necə dəyərləndirdiyinə qalır.Mən filmi bəyəndim.Yüksək gözlənti ilə başlamayın.Sakit,yavaş və sonu bəlli olan bir filmdir. İMDB 7,6/10

12 years a slave-12 illik əsarət
(Dram-Biografiya-Tarixi)

  


     Və haqqında ən çox danışmaq istədiyim lakin spoiler olmaması üçün danışa bilməyəcəyim film.2014-cü ilin ən yaxşı film nominasiyası üzrə Oskar qazanan film rejissor Steve Mcqueen tərəfindən ərsəyə gəlib.Steve Mcqueenin Papillon filmi haqqında Burada yazmışdım.Bu dəfə isə rejissor olaraq filmindən danışacağam.
     Film New Yorkda azad zənci kimi yaşayan Solomon Northupun qaçırılaraq 12 il kölə kimi yaşadığı dövrdən bəhs edir.Elə film də Northupun qələmə aldığı eyni adlı kitabına əsaslanaraq çəkilmişdir.Həmçinin  ən yaxşı uyğunlaşdırılmış film(Best Adapted Screenplay) kimi də Oskar alıb.
     Bəzi filmlər vardır haqqında səhifələrcə şey yazıla biləcək,oxumadan belə mütləq izləmək lazım olan filmlər,kült filmlər.Bax bu film tam da kült olacaq filmdir.Əvvəldən sona kimi vurğuladığı mövzunu o qədər möhtəşəm hiss etdirir ki izləyiciyə bir an belə sıxılmağa filmdən qopmağa imkan vermir.Filmin hər dəqiqəsi hər səhnəsi üçün danışardım ama bunu oxudunuzsa bu dəqiqə filmi izləməyə başlayın.İrqçiliyin bu qədər iyrənc olduğu bir dünyada yaşamış olmaq.Tək irq deyil dil, din, milliyyətin insanın taleyinə yön verməsi.Film boyunca bunları düşünüb durdum: İnsan yer üzündəki ən qorxunc canlıdır.

   "--Ben hayatta kalmak istemiyorum.Ben yaşamak istiyorum "
  
   Mütləq izlənəsi və arxivə əlavə olunası film. İMDB 8,2/10


Seven-Yeddi
(Drama-Cinayət-Gizəm)





   1996-cı il istehsalı film Morgan Freeman və Brad Pittin qüsursuz rolları ilə rejissor David Fincher əsil Şah əsər yaradıb. Film Ən yaxşı fantastıka nominasiyasinda Oskara namizəd olsa da mükafatı Apollo 13 filmi sahibləndi.
   Mövzusu isə qısaca belədir.2 dedektiv son zamanlarda ortaya çıxan və ardıcıl olaraq cinayətlər törədən bir qatilin izindədirlər.Bu qatil isə sadə qatil deyil.O, Xristian inanclarına görə 7 ölümcül günah edənləri öz üsülları ilə sadəcə cəzalandırır.



   

     ”--Her sokak köşesinde, her evde, ölümcül bir günah görüyoruz ve hoşgörüyoruz. Hoşgörüyoruz çünkü sıradan, çünkü olağan. Sabah, öğle ve aksam hoşgörüyoruz."

     "--İnsanların dikkatini çekmek için onların omuzlarına dokunmanız artık yeterli değil. onlara bir balyozla vurmanız gerekiyor."


    Filmin sonu üçün belə izləməyə dəyər.İMDB 8,7/10

İnterstellar
(Elmi Fantastika)





    Və sonuncu film :) Bu film haqqında isə lap isti isti danışacağam.Çünki filmin Premyerası lap yenilərdə olub.Bu Yazımda xəbərdarlıq etmişdim mütləq filmi izləməyə gedin deyə :) Və məncə hələ də kino zallardadır.İzləyin bitmədən.
    Filmin  rejissoru çox sevdiyim Christopher Nolandır.Senarisi də özünə aiddir.Bu adam həmişə filmləri ilə tamaşaçını sözün əsl mənasında ağzı açıq qoyur.Filmdəki möhtəşəm hekayə,əjdaha bəstəkar Hans Zimmerin arxa fondakı musiqisi,vizual effektlər inanın izləməyə dəyər.Hərçənd zalda filmi izləyərkən anlamayan tamaşaçılar zalı tərk etdi.Düşünürəm filmdən öncə planetlər arası zaman,qara dəlik,qravitasiya,astronomiya haqqında maraqlanmaq lazımdır.Ki film haqqında fikir əldə edə biləsiz.
    Rejissor aktyorlar özlərini həqiqətən kosmosda hiss etsinlər deyə ətrafa kompyuterlərlə görüntülər yerləşdirib.
   Mövzu isə qısaca belədir.Yer üzündə quraqlıq və iqlim dəyişiklikləri həyat üçün təhlükə yaradır.Bu da insan irqinin tükənməsinə gətirib çıxara bilər.Bunun qarşısını almaq və insanlığı xilas etmək üçün isə Nasa yeni bir Qara dəlik kəşf edir.Əsas məqsəd buraya daxil olaraq 4.cü boyuta keçmək və həyat sahəsi tapmaqdır.Nasa üçün bunu edəcək kəşfiyyatçılar burada keçən hər 1 saatın dünyada 7 saata bərabər olduğunu gözə alaraq daha sürətli və cəsur olmalıdırlar.
   
  "--Bu dünya bir hazine fakat bir süredir bize ayrılmamızı söylüyor."
   Film ilin ən yaxşı filmi olaraq oskara namizəd olacaq deyə söhbət var.Olsa və oskarı götürsə tam haqqı ilə alacaq.
    
    Mütləq izləyin dostlar.IMDB 9/10
    
    Sonda Hans Zimmerin İnterstellar filmi üçün yazdığı möhtəşəm soundtracklə sizdən ayrılıram. Ümidvaram bu yazımda  izləyəcəyiniz filmlər siyahınıza əlavə edə biləcəyiniz filmlər tapa bildiniz.




  
   Növbəti filmlərdə görüşərik :)


20.11.2014

I'm coming,I'm coming :D





   Mən Gəldim.Yeni Blog dizaynımla :) Blogda yeni bir şeylər edim həm blogum canlansın həm də mən artıq tənbəlliyimi atım bloga qayıdım dedim...Necə alınıb?Blogun fərahlıyıb bir növ :)

   Uzun müddətdir nə film,nə kitab ümumiyyətlə nə etdiyimi heç özüm də anlaya bilmirdim.Heç nə etmək istəmirdim.Axırda bu cür heçnəsizlik də bezdirdi və özümü yığışdırmalıyam deyə fikirləşdim.Sonra yadıma sevimli blogum düşdü)) Əvvəl temasını dəyişmək qərarına gəldim.Kitab rəfimə əl gəzdiridim.Oxumadığım bir çox kitabım qalıbmış onlara başlamağı qərarlaşdırdım.Yeni kitablar da almaq lazımdır.Film siyahımı nəzərdən keçirdim,yeni filmlərdən də məlumatsız qalmışdım.Bloguma da filmlərimdən yazılarımı əlavə etməliyəm axı :)Hə bir də mahnı playlistimi tamamilə yeniləmək istəyirəm.Kömək olsanız əla olar :) İdmana başladım.Sağlam yaşayaq mesajımı da verdim :D Yeni fotolarım var onları da paylaşacam Burada və Burada əvvəlki "şah əsərlərimi" görə bilərsiz :) Son zamanlar isə təhsillə bağlı müxtəlif fikirlər dolanır beynimdə.İxtisas dəyişmək kimi...Həyata keçirə biləcəm mi yoxsa sadəc xoş fikir kimi mi qalacaq bilmirəm.Biraz cəsarətsizlik kimi problemim var :)

    Bir neçə film izlədim bu arada arxa-arxaya...Onlar haqqında yazacam növbəti postda.Christopher Nolanın Filmi-İnterstellar filminə isə mütləq gedin.Hələki kino zallardadır.Mən yazana qədər bitmiş olar ona görə indidən xəbərdarlıq etdim :D
   Xəbərdalığımı da etdiyimə görə artıq gedə bilərəm)) Növbəti postda görüşənə qədər hələlik...

    

   


   
   

31.08.2014

Yayın Son Gün Batımı,Buludlar Və Can Yücel...





Gün batımını sevdiyimi demişdim?
Və də Can Yüceli....







BAĞLANMAYACAKSIN...





Bağlanmayacaksın bir şeye, öyle körü körüne
“O olmazsa yaşayamam.” demeyeceksin.
Demeyeceksin işte.
Yaşarsın çünkü.
Öyle beylik laflar etmeye gerek yok ki.
Çok sevmeyeceksin mesela. O daha az severse kırılırsın.


Ve zaten genellikle o daha az sever seni,
Senin onu sevdiğinden.
Çok sevmezsen, çok acımazsın.
Çok sahiplenmeyince, çok ait de olmazsın hem.
Hatta elini ayağını bile çok sahiplenmeyeceksin.
Senin değillermiş gibi davranacaksın.
Hem hiçbir şeyin olmazsa, kaybetmekten de
korkmazsın.


Onlarsız da yaşayabilirmişsin gibi davranacaksın.
Çok eşyan olmayacak mesela evinde.
Paldır küldür yürüyebileceksin.
İlle de bir şeyleri sahipleneceksen,
Çatıların gökyüzüyle birleştiği yerleri sahipleneceksin.
Gökyüzünü sahipleneceksin,
Güneşi, ayı, yıldızları…
Mesela kuzey yıldızı, senin yıldızın olacak.
“O benim.” diyeceksin.

Mutlaka sana ait olmasın istiyorsan bir şeylerin…
Mesela gökkuşağı senin olacak.
İlle de bir şeye ait olacaksan, renklere ait
olacaksın.
Mesela turuncuya, ya da pembeye.
Ya da cennete ait olacaksın.
Çok sahiplenmeden, Çok ait olmadan yaşayacaksın.

Hem her an avuçlarından kayıp gidecekmiş gibi, Hem
de hep senin kalacakmış gibi hayat.
İlişik yaşayacaksın. Ucundan tutarak…






Heç bir mənzərə gün batımı qədər möhtəşəm deyil...Bir də doğuşu var o möhtəşəm mənzərənin...



27.08.2014

"Hər Şey Qaydasındadır"...






      Bəzən səbəbli və ya səbəbsiz kefsizlik, biriləriylə anlaşamamaq kimi hallar olur.Hər zaman yaxşı olmaq kimi bir qayda yoxdur.Lakin  yaxşı olmadığını,mənəvi durğunluq olduğunu ətrafa göstərmək istəməzsən.Evdən çıxdığın an saxta gülüş maskasını geyinmək zorundasan.Ətrafa hər şey yaxşıdır, mənə görə narahat olmayın maskası...Bəzən də o maskanı cırıb atıb necəsən sualına yaxşıyam cavabı vermək istəməz- deyiləm,problemim var demək istəyirsən.Amma sonra qarşındakının necəsən sualının sadəcə bir formallıq daşıdığını,yaxşı deyiləm - cavabını gözləmədiyini,bu cavabı alsa belə səmimiyyət göstərirmişcəsinə niyə,nə olub? sualının da bir məcburiyyət olduğunu anlayırsan.Bəzən ama bəzən "hər şey qaydasındadır"  gülüşü,təbəssümü etməkdən sıxılmaq....Deyəsən deppresiv oldu.Amma yenə də "hər şey qaydasındadır"....



12.08.2014

R.I.P Robin Williams-Robin Viliams xatirəsinə...




 
       Daha bir səhəri məni çox kədərləndirən bir xəbərlə açdım.Təəssüf...Təəssüf edirəm və üzülürəm yorulan,vaz keçən,getmək istəyənlərə...Artıq onun kimi mükəmməl bir aktyoru izləyə bilməmək üzdü məni..

       Ölümü ilə deyil möhtəşəm filmləri və rolları ilə yaddaşlarımızda qalacaq möhtəşəm insan hüzur içində yat...




26.07.2014

Gap Dong-Bunu Sevdim..




          Yox əslində fikrim sevdiyim,möhtəşəm senarisi ilə heyran qaldığım bu drama haqqında yazmaq deyil) Daha doğrusu dramanı təhlil etməyəcəm.Amma izləməyən varsa 1 dəqiqə belə itirmək lazım deyil.Elə indicə başlayın.
        
          Postumdakı əsas məqsəd isə bax bu dialoqu yazmaqdı.Serialın son bölümündə,son dəqiqələrində  seçimlər haqqında etdikləri söhbət....


-Birilərinin çətin qərarlarımı mənim yerimə verməsini istəyərdim.

-İnsan həyatı boyu seçimlər edir.Lakin ironik şəkildə əslində bu seçimlər seçim deyil məcburiyyətdir.Heç kim qərar verməmək azadlığına sahib deyil.

-Doğrudur, elə ya da belə bir seçim etmək məcburiyyətindəyik.Bu da üzləşməyimiz lazım olan bir cəfadır.

-Çətin qərarlar qarşısında asan olanı seçdikcə insan ürəyi mənliyini daha çox unutmağa başlayır.

-Həyatda 100% doğru olan bir cavab yoxdur.Nəyin doğru nəyin yanlış olduğunu ölçmədən qərar vermək isə ağılsızlıq olardı onsuz da.









    

24.07.2014

Qəlbləri Uzaqlaşdıran Məsafə....


      Uzun müddət əvvəl hansısa filmdə  bir dialoqa rast gəlmişdim.Düzü o filmi yada salmaq üçün çox çalışdım amma təəssüf heç cür xatırlaya bilmədim.Bəlkə də mən səhv edirəm.Bu dialoqu çox sevmişdim.İnsanların nəyə görə qışqırdığını səbəbini gözəl izah edir...






       Hindli bir müdriklə tələbələri gəzişərkən Qanq çayının sahilində bir-biri ilə hirslə qışqıran ailə görürlər.Tələbələrinə dönüb " insanlar niyə bir-birləri ilə qışqıraraq danışarlar? " deyə sual verir.Tələbələrdən biri " çünki səssizliklərini qoruya bilmirlər və özlərini itirirlər " deyir.Müdrik " axı hirsləndiyimiz insan yanımızda ikən niyə qışqıraq? O adama demək istədiklərimizi daha alçaq səslə də deyə bilərik elə deyil mi? " deyə təkrar soruşur.
      Tələbələrindən səs çıxmadıqda isə izah etməyə başlayır: " İki insan bir-birlərinə qəzəbləndiyi zaman qəlbləri bir-birindən uzaqlaşır.Bu uzaq məsafədə bir-birlərini səslərini çatdırmaq üçün qışqırmaq məcburiyyətində qalırlar.Nə qədər çox hirslənib qəzəblənsələr aradakı məsafəni azaltmaq üçün bir o qədər çox qışqırırlar. "
    -"Yaxşı,bəs iki insan bir-birini sevərsə necə? "
    -" Bir-birlərinə qışqırmaq yerinə sakitcə danışarlar, çünki ürəkləri bir-birinə yaxındır, arada məsafə ya yoxdur ya da çox azdır."
   - " Yaxşı, iki insan bir-birini daha da çox sevsə necə? "
    -"Artıq danışmazlar, yalnız fısıldaşırlar çünki qəlbləri bir-birlərinə daha da yaxındır, artıq bir müddət sonra danışmalarına belə gərək qalmaz.Yalnız bir-birlərinə baxmaqları kifayət edər.Bax bir-birini gerçək mənada sevən iki insanın yaxınlığı belə bir şeydir. "
    Daha sonra müdrik tələbələrinə dönüb davam edir:
    " Bu səbəblə mübahisə etdiyiniz zaman qəlbləriniz arasına məsafə girməsinə  icazə verməyin.Aranıza məsafə qoyacaq sözlərdən uzaq durun.Əks halda məsafənin artdığı elə bir gün gəlir ki,geriyə dönüb bir-birinizə yaxınlaşacaq yolu  tapmaya bilərsiz. "






         Bəzən qışqırmaq,birilərinin xətrinə dəymək o an üçün bizi sakitləşdirə və ya haqlı olduğumuzu düşündürə bilir.Lakin sonradan yaranan peşmançılıq ağrılı olur.
        Kaşki məsafələri artırmadan peşmanlıq,qəlb qırmadan yaşamağa davam edə bilsək...