28.05.2014

Fotoaparatım,Mən və Çəkdiklərim 2


Fotoaparatım,Mən və Çəkdiklərim 2 postumla gəldim bu dəfə:)Həvəskar olaraq şəkil çəkməyi çox sevirəm.Hərçənd əla alınır deyə bilmərəm.Sizlərin təqdirinə qalmış)Vəəə fotoaparatımın obyektivindən
 çıxanlar ...



Sevimli Gün batımlarım...














Və də şəkillərdə donuq rəngləri çox bəyənirəm...Dram havası qatır...









Old But Gold :)




3 meyvədən nar)








Meyvə demişkən meyvələrdən davam edim))





Yeni ildə çəkmişdim))



Ahh bu pomidor))Bu pomidoru bəlkə yarım saat gözlətdim ki şəklini çəkim)))






Sevdiyim şəkillərdən biri))




 Çəkdiklərimin hər birini ayrı sevirəm ama bu fotonun məndə xüsusi yeri var...Düzü bu bitkinin mi desəm gülün mü desəm adını bilmirəm)))






     Davamı olacaq deyə düşünürəm))

14.05.2014

SOMA....



Başın Sağolsun Türkiyəm!














1 Fəsillik Fasilə...



    Neçə vaxtdır fərqinə vardım ki bloguma vaxt ayıra bilməmişəm.Qış bitdi,yaz gəldi artıq yaya gedirik.Mənsə blogumdan uzaq qalmışam.Hərçənd blog yazmağa qərar verəndə əsla yazılarıma qarşı laqeyd olmayacağımı deyirdim.Əslində laqeydlik deyil sadəcə biraz ara verdim- deyib özümü işin içindən çıxarma çabasındayam :) 
   Digər tərəfdən bu qədər müddətdir nə etdiyim haqqında fikirləşsəm önəmli bir şey olmadığını deyəcəm ama çox şeylərin dəyişdiyi dəqiqdir.Zatən həmiş belə olmur mu? 1 il əvvəli soruşsaq " köhnə hamam köhnə tas " deyərik ama hər şey olduğu kimi qalmır.
    Bir çox işlərimi,dərslərimi həll etdim..Yeni bir ikinci işimə başladım.Yenilikləri sevirəm ama yeni şeylərə adaptasiya olmaq mənə çətin və ağrılı gəlir.O da ümid edirəm zamanla düzələcək .Çoxlu film izlədim.Film haqqında postlarım isə qaralama olaraq qalir.Onları da qaydasına salmalıyam.Amma çox təəssüf ki bu ara istədiyim qədər kitab oxuya bilmədim.Kitab oxumaq üçün kitabı çantamda daşıyıb,yolda,avtobusda,metroda kitab oxuyarkən öz dayanacağımı belə buraxan,bir günə bir kitab bitirə bilən mən bu ara kitaba başlaya bilmirəm.Bunu da qaydasına qoymalıyam((
   Qışın soyuqluğunu yola verdik, yaz donumuzu açdı və bloguma qayıtmaq üçün tamamilə canlı hiss edirəm. Yeni fotolar çəkdim)) Növbəti postumu çəkdiyim fotolarla dolduracam))
    Yazı yazmaq üçün çox darıxmışam bu yazını yazarkən anladım...Növbəti postda görüşənədək..