7.03.2016

Last King Of Scotland - Şotlandiyanın Sonuncu Kralı (2006)




     
"Bura Afrikadır.Şiddətə şiddətlə cavab verməlisən.Yoxsa öləcəksən."

     Son zamanlar  filmlərin əksəriyyəti tarixi hadisələr,gerçək olaylar,bioqrafiyalar üzərinə çəkilir. Elə 2015ci ildə filmlərin bir çoxu bu janrlarda idi və 2016cı ilin oscarını götürən filmi də  Katolik kilsələrinin uşaq istismarlarından bəhs edən Spotlgiht filmi oldu.Film haqqında daha ətraflı başqa bir postda yazmağı düşünürəm.

      Bu gün isə  bioqrafiyalara maraq saldığım vaxtlarda izlədiyim  Ugandalı İdi Aminin diktatorluğu dövründəki hadisələr əsasında çəkilmiş "Last king of Scotland" filmindən danışacağam.




     Tibb Universitetindən yeni məzun olmuş şotlandiyalı gənc  Nikolas Garrigan yeni macəralar yaşamaq, öz həkimlik təcrübəsinə başlamaq üçün Uqandaya yola düşür.Uqandaya gəldiyi qısa müddətdən sonra qəza nəticəsində ölkənin başçısı İdi Aminlə tanış olur.Şotlandiyaya qarşı xüsusi sevgisi olan və gənc həkimin xarakterindən təsirlənən İdi Amin, Nikolasa onun şəxsi həkimi olmağı təklif edir və beləliklə Nikolas təklifi qəbul edərək özünün də təsəvvür etmədiyi dövlət məsələlərinin içinə düşür.İlk zamanlar bu cür vəziyyət xoş olsa da daha sonra Nikolas özü də bilmədən  hakimiyyətin yaratdığı cinayətlərin ortağına çevrilir.Və burdan geri qayıtmaq  heç də asan deyil.
     


     Filmdə Afrikaya,hakimiyyət oyunlarına,insanların acınacaqlı həyatına avropalı birinin gözü ilə baxırıq və onunla birlikdə baş verənləri zamanla dərk edirik.

      Nikolas Garrigan xarakteri filmə Giles Fondanın romanından uyğunlaşdırılmışdır.Ancaq bu obrazı yaradarkən yazıçının ilham aldığı Robert Bop Astles adlı gerçək biri həqiqətən də var imiş.

      Filmin sonunda Nikolas özünü xilas edə bilir,tamaşaçı buna sevinir bəlkə də amma bu, hakimiyyətin,diktatorluğun orda hələ də canlar aldığı,insanları istismar etdiyi gerçəyini dəyişmir.Və biz də Nikolasla birlikdə təyyarədən Uganda torpaqlarına son bir dəfə baxırıq.
      Rejissor gerçək hadisələrin işığında, uydurulmuş ssenari ilə bizə tam olaraq İdi Amin və hakimiyyəti haqqında fikir verməsə də filmdən sonra mütləq araşdırmaq istəyi yaradır.




     Film bitdikdən sonra yadda qalan  Forest Whitakerin mükəmməl aktyorluq ifası ona elə həmin ilin oskarını gətirib.Film bir çox kinofestivallarda da mükafatlarını alıb.






 -"Qorxusunu göstərən bir adam zəifdir və kölədir."

-"Ölməkdən qorxursunuzsa, qorumağa dəyər bir həyatınız var deməkdir."

-"Ölməlisən amma ölməyəcəksən.Yoxsa burda baş verənləri dünyaya izah edə bilməzsən .Sənə inanacaqlar çünki sən ağ dərilisən."



   Bioqrafiya və tarixi sevirsinizsə mütləq izləyin.

  İMDB 7,7/10