24.11.2014

Bu Filmlər İzlənməli-İzlədiyim Son Filmlər


  Uzun müddət film izləmədikdən sonra indilərdə bunu konpensasiya etməyə başlamışam :)Və Anladım ki film gecələri üçün darıxmışam.Bu günki yazımda isə izlədiyim 3 film  5 film haqqında danışmaq istəyirəm.Beləliklə...


Hunger Games:Catching Fire-Aclıq Oyunları:Alovu Yaxalamaq
 (Fantastika-Macəra)




    Aclıq oyunları filminin 2.ci hissəsi olan Alovu yaxalamaq (Hər yerdə Alov Yanacaq kimi tərcümə olunub ama düzgün tərcümə olmadığı üçün bu adla əlavə etdim) 2013-cü ildə primyerası oldu.Lakin izləməmişdim.Noyabrın 21-i  3.cü hissə gəldiyindən bunu izləyib davamını da kinozalda izləyim deyə düşündüm  :)
   Filmin mövzusunu isə 1.ci filmi izləmədən anlamaq mənasız olar.Odur ki əgər 1.ci hissəni izləməisinizsə 2.ini izləməyin.Onu deyə bilərəm ki bu hissə əvvəlkindən daha yaxşı,dolğun və görkəmli alınıb.Daha sonra öyrəndim ki rejissor dəyişib.Aktyorlar da rollara daha yaxşı yaraşıblar nəinki 1.hissədə.Jennifer Lawrens iki film arasında bir çox nəaliyyətlər əldə etdi və buna nə qədər layiq 
olduğunu filmdəki performansından görmək olur.

    2.ci film 1.ci filmin bitdiyi yerdən davam edir.Katnnis və Peeta oyunlarda uğur qazandıqdan sonra zəfərlərini bəyan etmək üçün 12 bölgəni də ziyarət edirlər lakin bu ziyarətləri gözlənilənin əksinə iğtişaşlara və üsyanlara səbəb olur.Bu üsyanları yatırmaq üçün isə Snow yeni planlar hazırlayacaq.
   Film kitabdan fərqli olaraq 3 deyil 4 hissəli olacaq.Yəni sonuncu kitab iki hissəli halda çəkiləcək.Növbəti davam filmlərinin də uğurlu olmasını gözləyirəm.Lakin bu cür çox hissəli filmlər əsasən sonda o qədər də gözləniləni doğrultmur.
   
   " --Umut, korkudan güçlü tek şeydir "

    Film isə tövsiyyə olunandır :) IMDB 7,7/10
    
    
   


Oslo 31 August-Oslo 31 Avqust
 (Dram)




  
   Bu filmimiz isə 2011-ci il Norveç istehsalıdır.Filmə başlayarkən böyük ümidlərl başlamayın.Çünki filmdə heç bir hərəkət,aksion,macəra,sevgi -məhəbbət tapa bilməyəcəksiz.Bəlkə də məhz buna görədir ki bir çox tamaşaçı bu filmi bəyənməyib.
    Filmdə mövzu narkotik aludəçisi olan Andersin cəmiyyətə yenidən qazanılmasıdır.Rehabilitasiya mərkəzindən Anders iş görüşməsinə göndərilir.Lakin Andersin başqa  planları var.
     Film Andersin simasına narkotik bataqlığından özünü xilas edə bilmiş insanların yenidən gerçək həyata adaptasiyasının,qayıtmasının çətinliklərini izah edir.Anders əslində təhsilli,sağlam ailəsi,maddi həyatı qaydasında olan biridir.Lakin özünü yalnız hiss edən Anders üçün bu cəmiyyətə alışmaq o qədər də asan olmur.O, etrafdakı bu insanlarla eyni cəmiyyətdə,dostlarının eyni monoton həyatını yaşamaq istəmir.Və özünə görə bir çarə tapır...






      Filmi bəyənib bəyənməmək izləyənlərin filmi necə dəyərləndirdiyinə qalır.Mən filmi bəyəndim.Yüksək gözlənti ilə başlamayın.Sakit,yavaş və sonu bəlli olan bir filmdir. İMDB 7,6/10

12 years a slave-12 illik əsarət
(Dram-Biografiya-Tarixi)

  


     Və haqqında ən çox danışmaq istədiyim lakin spoiler olmaması üçün danışa bilməyəcəyim film.2014-cü ilin ən yaxşı film nominasiyası üzrə Oskar qazanan film rejissor Steve Mcqueen tərəfindən ərsəyə gəlib.Steve Mcqueenin Papillon filmi haqqında Burada yazmışdım.Bu dəfə isə rejissor olaraq filmindən danışacağam.
     Film New Yorkda azad zənci kimi yaşayan Solomon Northupun qaçırılaraq 12 il kölə kimi yaşadığı dövrdən bəhs edir.Elə film də Northupun qələmə aldığı eyni adlı kitabına əsaslanaraq çəkilmişdir.Həmçinin  ən yaxşı uyğunlaşdırılmış film(Best Adapted Screenplay) kimi də Oskar alıb.
     Bəzi filmlər vardır haqqında səhifələrcə şey yazıla biləcək,oxumadan belə mütləq izləmək lazım olan filmlər,kült filmlər.Bax bu film tam da kült olacaq filmdir.Əvvəldən sona kimi vurğuladığı mövzunu o qədər möhtəşəm hiss etdirir ki izləyiciyə bir an belə sıxılmağa filmdən qopmağa imkan vermir.Filmin hər dəqiqəsi hər səhnəsi üçün danışardım ama bunu oxudunuzsa bu dəqiqə filmi izləməyə başlayın.İrqçiliyin bu qədər iyrənc olduğu bir dünyada yaşamış olmaq.Tək irq deyil dil, din, milliyyətin insanın taleyinə yön verməsi.Film boyunca bunları düşünüb durdum: İnsan yer üzündəki ən qorxunc canlıdır.

   "--Ben hayatta kalmak istemiyorum.Ben yaşamak istiyorum "
  
   Mütləq izlənəsi və arxivə əlavə olunası film. İMDB 8,2/10


Seven-Yeddi
(Drama-Cinayət-Gizəm)





   1996-cı il istehsalı film Morgan Freeman və Brad Pittin qüsursuz rolları ilə rejissor David Fincher əsil Şah əsər yaradıb. Film Ən yaxşı fantastıka nominasiyasinda Oskara namizəd olsa da mükafatı Apollo 13 filmi sahibləndi.
   Mövzusu isə qısaca belədir.2 dedektiv son zamanlarda ortaya çıxan və ardıcıl olaraq cinayətlər törədən bir qatilin izindədirlər.Bu qatil isə sadə qatil deyil.O, Xristian inanclarına görə 7 ölümcül günah edənləri öz üsülları ilə sadəcə cəzalandırır.



   

     ”--Her sokak köşesinde, her evde, ölümcül bir günah görüyoruz ve hoşgörüyoruz. Hoşgörüyoruz çünkü sıradan, çünkü olağan. Sabah, öğle ve aksam hoşgörüyoruz."

     "--İnsanların dikkatini çekmek için onların omuzlarına dokunmanız artık yeterli değil. onlara bir balyozla vurmanız gerekiyor."


    Filmin sonu üçün belə izləməyə dəyər.İMDB 8,7/10

İnterstellar
(Elmi Fantastika)





    Və sonuncu film :) Bu film haqqında isə lap isti isti danışacağam.Çünki filmin Premyerası lap yenilərdə olub.Bu Yazımda xəbərdarlıq etmişdim mütləq filmi izləməyə gedin deyə :) Və məncə hələ də kino zallardadır.İzləyin bitmədən.
    Filmin  rejissoru çox sevdiyim Christopher Nolandır.Senarisi də özünə aiddir.Bu adam həmişə filmləri ilə tamaşaçını sözün əsl mənasında ağzı açıq qoyur.Filmdəki möhtəşəm hekayə,əjdaha bəstəkar Hans Zimmerin arxa fondakı musiqisi,vizual effektlər inanın izləməyə dəyər.Hərçənd zalda filmi izləyərkən anlamayan tamaşaçılar zalı tərk etdi.Düşünürəm filmdən öncə planetlər arası zaman,qara dəlik,qravitasiya,astronomiya haqqında maraqlanmaq lazımdır.Ki film haqqında fikir əldə edə biləsiz.
    Rejissor aktyorlar özlərini həqiqətən kosmosda hiss etsinlər deyə ətrafa kompyuterlərlə görüntülər yerləşdirib.
   Mövzu isə qısaca belədir.Yer üzündə quraqlıq və iqlim dəyişiklikləri həyat üçün təhlükə yaradır.Bu da insan irqinin tükənməsinə gətirib çıxara bilər.Bunun qarşısını almaq və insanlığı xilas etmək üçün isə Nasa yeni bir Qara dəlik kəşf edir.Əsas məqsəd buraya daxil olaraq 4.cü boyuta keçmək və həyat sahəsi tapmaqdır.Nasa üçün bunu edəcək kəşfiyyatçılar burada keçən hər 1 saatın dünyada 7 saata bərabər olduğunu gözə alaraq daha sürətli və cəsur olmalıdırlar.
   
  "--Bu dünya bir hazine fakat bir süredir bize ayrılmamızı söylüyor."
   Film ilin ən yaxşı filmi olaraq oskara namizəd olacaq deyə söhbət var.Olsa və oskarı götürsə tam haqqı ilə alacaq.
    
    Mütləq izləyin dostlar.IMDB 9/10
    
    Sonda Hans Zimmerin İnterstellar filmi üçün yazdığı möhtəşəm soundtracklə sizdən ayrılıram. Ümidvaram bu yazımda  izləyəcəyiniz filmlər siyahınıza əlavə edə biləcəyiniz filmlər tapa bildiniz.




  
   Növbəti filmlərdə görüşərik :)


20.11.2014

I'm coming,I'm coming :D





   Mən Gəldim.Yeni Blog dizaynımla :) Blogda yeni bir şeylər edim həm blogum canlansın həm də mən artıq tənbəlliyimi atım bloga qayıdım dedim...Necə alınıb?Blogun fərahlıyıb bir növ :)

   Uzun müddətdir nə film,nə kitab ümumiyyətlə nə etdiyimi heç özüm də anlaya bilmirdim.Heç nə etmək istəmirdim.Axırda bu cür heçnəsizlik də bezdirdi və özümü yığışdırmalıyam deyə fikirləşdim.Sonra yadıma sevimli blogum düşdü)) Əvvəl temasını dəyişmək qərarına gəldim.Kitab rəfimə əl gəzdiridim.Oxumadığım bir çox kitabım qalıbmış onlara başlamağı qərarlaşdırdım.Yeni kitablar da almaq lazımdır.Film siyahımı nəzərdən keçirdim,yeni filmlərdən də məlumatsız qalmışdım.Bloguma da filmlərimdən yazılarımı əlavə etməliyəm axı :)Hə bir də mahnı playlistimi tamamilə yeniləmək istəyirəm.Kömək olsanız əla olar :) İdmana başladım.Sağlam yaşayaq mesajımı da verdim :D Yeni fotolarım var onları da paylaşacam Burada və Burada əvvəlki "şah əsərlərimi" görə bilərsiz :) Son zamanlar isə təhsillə bağlı müxtəlif fikirlər dolanır beynimdə.İxtisas dəyişmək kimi...Həyata keçirə biləcəm mi yoxsa sadəc xoş fikir kimi mi qalacaq bilmirəm.Biraz cəsarətsizlik kimi problemim var :)

    Bir neçə film izlədim bu arada arxa-arxaya...Onlar haqqında yazacam növbəti postda.Christopher Nolanın Filmi-İnterstellar filminə isə mütləq gedin.Hələki kino zallardadır.Mən yazana qədər bitmiş olar ona görə indidən xəbərdarlıq etdim :D
   Xəbərdalığımı da etdiyimə görə artıq gedə bilərəm)) Növbəti postda görüşənə qədər hələlik...