24.07.2014

Qəlbləri Uzaqlaşdıran Məsafə....


      Uzun müddət əvvəl hansısa filmdə  bir dialoqa rast gəlmişdim.Düzü o filmi yada salmaq üçün çox çalışdım amma təəssüf heç cür xatırlaya bilmədim.Bəlkə də mən səhv edirəm.Bu dialoqu çox sevmişdim.İnsanların nəyə görə qışqırdığını səbəbini gözəl izah edir...






       Hindli bir müdriklə tələbələri gəzişərkən Qanq çayının sahilində bir-biri ilə hirslə qışqıran ailə görürlər.Tələbələrinə dönüb " insanlar niyə bir-birləri ilə qışqıraraq danışarlar? " deyə sual verir.Tələbələrdən biri " çünki səssizliklərini qoruya bilmirlər və özlərini itirirlər " deyir.Müdrik " axı hirsləndiyimiz insan yanımızda ikən niyə qışqıraq? O adama demək istədiklərimizi daha alçaq səslə də deyə bilərik elə deyil mi? " deyə təkrar soruşur.
      Tələbələrindən səs çıxmadıqda isə izah etməyə başlayır: " İki insan bir-birlərinə qəzəbləndiyi zaman qəlbləri bir-birindən uzaqlaşır.Bu uzaq məsafədə bir-birlərini səslərini çatdırmaq üçün qışqırmaq məcburiyyətində qalırlar.Nə qədər çox hirslənib qəzəblənsələr aradakı məsafəni azaltmaq üçün bir o qədər çox qışqırırlar. "
    -"Yaxşı,bəs iki insan bir-birini sevərsə necə? "
    -" Bir-birlərinə qışqırmaq yerinə sakitcə danışarlar, çünki ürəkləri bir-birinə yaxındır, arada məsafə ya yoxdur ya da çox azdır."
   - " Yaxşı, iki insan bir-birini daha da çox sevsə necə? "
    -"Artıq danışmazlar, yalnız fısıldaşırlar çünki qəlbləri bir-birlərinə daha da yaxındır, artıq bir müddət sonra danışmalarına belə gərək qalmaz.Yalnız bir-birlərinə baxmaqları kifayət edər.Bax bir-birini gerçək mənada sevən iki insanın yaxınlığı belə bir şeydir. "
    Daha sonra müdrik tələbələrinə dönüb davam edir:
    " Bu səbəblə mübahisə etdiyiniz zaman qəlbləriniz arasına məsafə girməsinə  icazə verməyin.Aranıza məsafə qoyacaq sözlərdən uzaq durun.Əks halda məsafənin artdığı elə bir gün gəlir ki,geriyə dönüb bir-birinizə yaxınlaşacaq yolu  tapmaya bilərsiz. "






         Bəzən qışqırmaq,birilərinin xətrinə dəymək o an üçün bizi sakitləşdirə və ya haqlı olduğumuzu düşündürə bilir.Lakin sonradan yaranan peşmançılıq ağrılı olur.
        Kaşki məsafələri artırmadan peşmanlıq,qəlb qırmadan yaşamağa davam edə bilsək...

      

4 yorum:

  1. çox bəyəndim yazını .. )) çox maraqlı və öyrədici idi

    YanıtlaSil
  2. cox gozel coxxxx bu dialoq cox gozeldi

    YanıtlaSil
    Yanıtlar
    1. Ah həqiqətən mən də sevərək yazmışdım :) təşəkkürlər

      Sil