29.06.2013

Before Sunrise-Gün Doğmadan Əvvəl(1995)



           "Həyatda etdiyimiz hər şey əslində biraz daha sevilmək üçün deyil mi?"


   Fransız tələbə Celine ilə Amerikalı gənc  Jesse Budapeşt-Viyana qatarında bir cütlüyün davası ilə təsadüfən tanış olurlar və Viyanaya qədər bir birlərinə yoldaşlıq edirlər.Jesse isə Celine'ə ertəsin gün Viyanadan Amerikaya Təyyarə ilə qayıdacağını və gün boyu Viyana küçələrini gəzəcəyini və onun da gəlməsini xahiş edir.Jessenin Celini razı salma yolu isə çox maraqlı idi:

  -"Bunu söyləmədiyim üçün peşman ola bilərəm. Düşün indi, bundan illər sonra  evlənmisən və uşaqların olub. Həyatın monotonlaşmağa başlayır, həyat yoldaşından sıxılırsan. Məhz o gün geriyə baxıb həyatına girən adamları düşünürsən. Mən də onlardan biriyəm. Fərz et ki illər sonra mənə bəli demədiyinə görə peşman olursan və yaşaya biləcəyin şeylər  səni maraqlandırır. İndi mənimlə burda qatardan düş və xeyr desən nələr itirəcəyimizi görək. "

    Bu sözlərdən sonra Celine razılaşır və onlar həyatlarında unutmayacaqları 14 saat keçirəcəklər.(Kim razılaşmazdı ki :) )


     Film izlədiyim ən gözəl romantik filmlərdən idi.Sevgini o qədər gözəl göstəriblər ki  insanın aşiq olmaq istəyi yaranır.Filmin mövzusu isə bilindik romantik filmlərdən çox fərqlənir. Hər şeydən əvvəl filmdə qeyri adi sevgi hekayəsi görəcəyik.Təsəvvür et qatarda bir ilə tanış olursan və söhbət o qədər maraqlı və şirindir ki bunu uzatmaq üçün başqa şəhərdə  yenicə tanış olduğun biri ilə bir gün keçirməyi qəbul edirsən.Təbii bu məqamda filmin bəyənilməsi izləyənlərin sosial,mədəni,əxlaqi struktru ilə  yaxından bağlıdır. Elə bəlkə buna görədir ki bu filmi bəyənənlər qədər bəyənməyənlər də az deyil.




   Filmdə əsas diqqəti cəlb edən isə şübhəsiz dialoqlardır.İnsanın həmin dialoqları mətn halına salıb oxumağı gəlir :)


-"Birinin səndən ayrılmasının ən pis cəhəti bilirsən nədir? Ayrıldığın kəsləri nə qədər az düşündüyünü xatırlamağın və onların da səni nə qədər az düşündüklərini anlamaq. Bilirsən, onların kədər içində olduqlarını düşünmək istəyərsən amma onlar sanki "hey, getdiyin üçün məmnunam" deyirlər. "


 -Jesse: Dostumun bir uşağı olmuşdu və doğum evdə oldu. O da kömək edirdi. Tam da  doğum anında, uşağın ilk nəfəsini almağa çalışarkən, ilk həyat təcrübəsini reallaşdırmasını izləyirmiş.Tək düşüncəsi isə, o an bir gün öləcək olan bir şeyə baxdığı imiş. Bu düşüncəni başından ata bilmirdi ...

    -Celine: Məncə də bu çox doğrudur. Hər şey o qədər sonludur ki ... Amma səncə də zamanımızı və xüsusi anları bu qədər əhəmiyyətli edən də bu deyilmi?





      Amerikalı rejissor Richard Linklater çəkdiyi filmlərində qəhrəmanların fəlsəfi mübahisələri
ilə tanınır və bir çox filmləri tək bir gün içində keçir.  Rejissor , filmi çəkmə fikirinin bir gecə Filadelfiyada  yenicə tanış olub  uzun müddət gəzib söhbətləşdiyi biri sayəsində yarandığını da deyib.Çox maraqlıdı :)

     Filmin 2ci hissəsi də eyni rejissor tərəfindən 2004cü ildə ekranlaşdırılıb.Onu da izləyib mütləq haqqında yazacam.Hətta 3cü hissəsi də bu yay viziona girəcək.

     Filmdə hər hansısa hadisənin baş verəcəyini gözləməyin.Onlar sadəcə səhərə qədər gəzəcək,söhbət edəcək və sizə gözəl bir sevgi hekayəsi bəxş edəcəklər.Sonda isə səhər gəzdikləri yerləri yenidən görmək qəribə hisslər yaratdı.Və maraqlıdır  görəsən 6 aydan sonra onlar görüşdülər mi? :)

    Filmi inanıram ki, romantik filmləri sevməyənlər də bəyənərək izləyəcək.Aşiq olmaq üçün isə bu filmi qaçırmayın :) İyi seyirlər...


Hiç yorum yok:

Yorum Gönder