25.06.2013

Hindistandan Seçmələr-Son İzlədiyim Hind Filmləri



          Uzun müddətdən sonra hind filmi izləmək həvəsinə düşdüm.Və axtarışa başladım.Tanıyanlar bilir ki, hind filmi izləyəcəmsə mütləq Shahrukh Khan filmləri izləyərəm.Digər filmləri də izlədiyim olur ama onun yeri ayrı tabii :)Çoxlarının hind filmlərinə qarşı önyargıları var."Hind filmi həyatta izləmərəm,sevmirəm" deyənlər çox görürəm.Halbuki bir çox hind filmi effektlərlə bəzənmiş,özənti Hollywood filmlərindən qat qat yaxşıdır.Ən əsas da  o duyğunu ekrandan izləyiciyə çox gözəl ötürə bilirlər.
         Yenicə kəşf etdiyim (daha doğrusu tanıdığım ama izləmədiyim) Aamir Khanın(bu da Khanmış nə təsadüf :D )filmlərini bu aralar yaman ard-arda izləməyə başlamışam.

xarizmatik bir foto da əlavə edim :)



Həqiqətəndə çox istedadlı aktyormuş da xəbərim yoximiş :)) Bu yazımda Aamir Khanın izlədiyim  2 filmindən danışmaq istəyirəm.Beləliklə ilk film

Taare Zameen Par(Like Stars On Earth)-Yerdəki Ulduzlar-(2007)



"Nankor insan, hər şeyin qiymətini bilən, lakin heç bir şeyin dəyərini bilməyən insandır"
        Qısaca filmin mövzusu:
      Ishaan adındakı kiçik uşaq qurduğu xəyal dünyasında yaşayan dərslər ilə əlaqəsi olmayan bir şagirddir .. Davamlı müəllimlərindən gələn şikayətlər ailəsinin kiçik uşağı internat məktəbinə verməsinə səbəb olacaq .. Əslində Ishaanın digər uşaqlardan heç bir əskiyi yoxdur  yalnız ona qarşı maraq göstərməyən müəllimlər və ailəsi vardır .. Dyslexia (öyrənmə pozuqluğu) xəstəliyi olan uşaqla yeni getdiyi internat məktəbindəki rəsm müəllimi Shankar Nikumbh  yaxından maraqlanar və onu cəmiyyətə qazandırmaq üçün əlindən gələni edər..
    Son zamanlarda Hindistanda kino sahəsində əməlli inkişaf var deyə bilərəm.Hindistan bu filmləri ilə -biz yalnız sevgi məhəbbət filmləri çəkmirik həmdə ailə-dram da göstərə bilirik deyir.İshaan adlı 8 yaşındakı əsas qəhrəmanımız türklər demiş özündən böyük aktyorlara taş çıxardacaq dərəcədə gözəl oynayır.
AhAh o ağladı,mən ağladım :(

    Film təhsil sistemini tənqid edir.Bu sistem ucbatından uşaqlar təəssüf ki xəyal etdikləri dünyanı yaşaya bilmir və hər zaman bir yarış halında olmağa məcburdular.İmtahanları keçmək,sinif birincisi olmaq və s.Filmdə bu hadisələr çox gözəl vurğulanıb.Nə təsadüfdür ki Aamir Khanın yazacağım digər filmi də elə bu mövzudadır.

"Yarışlara bu kadar meraklıysanız,çocuk değil yarış atı yetiştirin"

     Bir faktı da qeyd edim ki, bu film Aamir Khanın ilk rejissorluq işidir həmçinin prodüser də özüdür.Bollywoodun Oscarı sayılan Filmfare mükafatlarında ən yaxşı film,ən yaxşı rejissor və bu balaca İshaan isə ən yaxşı oğlan aktyor seçilib(illərdir onu ala bilməyənlər var afərin :))..
    Filmdəki mahnılar isə çox gözəldir.Ana haqqındakı mahnının sözləri o qədər mənalı və duyğuludu ki dəfələrlə dinləmək olar:

Beni kalabalıklar arasına terketme.
Eve dönüş yolunu unutturma.
Beni çok uzaklara gönderme,
beni unutacağın yerlere.
O kadar kötü müyüm anne?
O kadar kötü mü... Anneciğim!
   Bütün sözləri yaza bilmədim ama mütləq dinləyin. 

3 saatlıq filmdir bunu üçün ola bilər  yer yer darıxdırsın,ama izləməyə dəyər :)


     3 İdiots-3 Axmaq (2009)


"Mükemmeli yakalamaya uğraş,o zaman başarı zaten seni kovalar"

        Çox sevdim mən bu filmi :)Uzun müddət izləməyi geciktirmişdim.Peşmanlığım anlatılamaz :).Məhz bu filmə görə Aamir Khanın digər filmlərini də izləməyə qərara aldım.  Hər şey mükəmməl idi.Aktyorlar,Ssenari,mahnılar,dialoqlar hər şey əla idi.Bu film üçün o qədər şey demək olar ki.


   Film Hindistanın ən yaxşı mühəndislik məktəbinə başlayan tələbələrin həyatını ekranlara gətirir.Sistemin daim yarış üzərinə qurulu olduğu,hər kəsin ən yaxşı olmağa çalışdığı bir məktəbdə, sistemi dəyişdirməyə çalışan bir tələbə və onun ən yaxın 2 yoldaşının başlarından keçənlər.Film-əslində həyatda nə istəyirik sualının verdirir həqiqətən.
      Film təhsil sistemini tənqid edir və şagirdlər üzərində psixoloji təzyiqin nələr edə biləcəyini,həyatları necə məhv edə biləcəyinə çox gözəl göstərir. Ailə təzyiqi və digər psixolojik faktorlar üzündən bir çoxları qabiliyyəti və ya istədiyi sahədə deyil də fərqli bir sahədə oxumaq məcburiyyətində qalır.Çünki həmin sahələr prestijlidir,gəlir gətirir və s. başqa səbəblər.Filmdə fotograf olmaq istəyən Farhanla Ranconun dialoqu isə əslində hərşeyi deyir:

---"Fotografcılıgı seviyorsun ama mühendislikle evlisin"

---Burada yeni fikirler ya da icatlar konuşulmuyor.Notlar konuşuluyor,meslekler,Amerikaya yerleşme.Nasıl iyi not alınacağı öğretiliyor,mühendislik değil...




 Filmin əsas sloganı isə  müzakirəsiz "All is Well" olmalıdır məncə.Film yanaqlarınızı ağrıdacaq qədər güldürüb,boğazınızı göynədəcək qədər duyğulandırır.Bu ikisini isə o qədər gözəl qarışdırıb ki,3 saatın necə keçdiyin heç başa düşməyəcəksiniz.Filmin mahnıları da çox maraqlı idi.Çox vaxt özümdən bilirəm ki mahnı hissələrini ötürürük amma bu filmdə mahnılar,kliplər özünü izlətdirir))Buyurun filmin stimul verən mahnısı və klipi:)

  




    Film 1 saniyə belə darıxmağa imkan vermir.Əminliklə deyə bilərəm ki, bəyənəcəksiniz.3 dostun düşdüyü vəziyyətlər,hadisələr sizi gülmə krizinə salacaq cinsdəndir :)







    Maraqlı fakt odur ki filmin sonunda Hindistanda az tanınmış insanların real ixtiraları istifadə olunub.Bir digər maraqlı məlumat isə Aamir Khan bu rolunda 44 yaşındadır.(Heç göstərmir Maşallah :D )
    Film Hindistanda bütün zamanların ən yüksək kassa rekordunu qırıb.Həmçinin Film xarici bazarda da ən yüksək gəlir əldə edən ilk Bollywood filmidir.Ən yaxşı film və ən yaxşı rejissor nominasiyaları üzrə qalib olmuşdur.İMDB top 250 siyahısına 8.0 xalla düşən ikinci hind filmidir.

       Mütləq izləyin.Peşman olarsınız,çox şey itirərsiniz. :)İyi seyirlər...





3 yorum:

  1. 3 idiots u men de izlemisem gulmeli kinodu

    YanıtlaSil
  2. he mence de gulmeli ve eylenceli filmdi)

    YanıtlaSil
  3. Əla filmlərdir

    YanıtlaSil