14.11.2013

Kaş Ki...





Ağzımızdan çıxan cümlələrin nəticələri haqqında fikirləşməli olmasaq,qarşındakının cümləyə   
verəcəyi reaksiya həyatımızın ən əhəmiyyətli məsələsi halına gəlməsə,hisslərimizi açıqlayarkən bir   dəfə
  olsun qarşımızdakının yaradacağı təsirdən çox,istədiyimiz reaksiyanı ala bilməmək qorxusu    olmasa...Kaş  ki.

7.11.2013

Sadece Rastlantısal...

            Atilla Şanbayın bu şerini çox sevirəm."Beni tutan sen degilsin,Ben,O rastlantilardan        
             vazgecemiyorum..." Çox gözəldir.Dəfələrlə bezmədən oxuya bilərəm.Gözəl hisslərlə paylaşıram)








                            Sadece Rastlantısal.




Gidesim var buralardan




Gidemiyorum...
Olur ya,bir telefon acipta
Kahve icmek istersen,
Hemen gelebilecek kadar
yakininda olmak istiyorum...
Ve ruzgarin
Kokunu tasiya bildigi
mesafede kalmak...
Seninle ayri zamanlarda
Ayni kaldirimlara
basmak da guzel,
Belki bir kitapcida,
yeni cikan bir kitaba
Senden hemen sonra dokunmak...
Farkli gunlerde ayni vapura binmek,
Ayni memurdan jeton almak,
Ayni martiya simit atmak
Ama karsilasmamak...
Gazeteciden aldigim para ustunde,
Belki senin verdigin bir bozukluk vardir,
O parayi,bir cakil tasini
buyuklerin asla anlamadigi bir tutkuyla
Cebinde tasiyan bir cocuk gibi,
Cebinde tutmak...
Bir ustgecidin trabzaninda biraktigin
Avcunu,senden sonra
oksamak....
Iyi yikanmamis bir bardakla gelen cayi,
O bardagi daha once senin
kullandigini umarak,
Keyifle yudumlamak...
"Koca sehir bu rastlantilar icin cok buyuk"diyebilirsin...
Ama bu sehir,
sana ilk rastladigim gun de
Ayni buyuklukteydi...
NEYSE...
Gidesim var buralardan,
Gidemiyorum...
Beni tutan sen degilsin,
Ben,
O rastlantilardan vazgecemiyorum...
                                              

Atilla Şanbay....

5.11.2013

Bu Aralar Mən :)





   İlin bu fəsli yəni payız ərəfələri məncə kitab oxumaq üçün əla vaxtdır.Hətta yağış yağsa,hava buludlu-qapalı olsa bəh bəh kefim lap əla olur.Çoxları sevməz məsəlçün))Bax elə hal hazırda bu yazını bu cür buludlu,qapalı havada yazıram.Arxa fonda Lana Del Rey.Əhvalımı təsəvvür etmək çətin deyil)
   Bu aralar -payızım üçün kitablar aldım hərçənd heçcür başlaya bilmirəm.Hətta siyahıdakı filmlərimə belə başlaya bilmirəm.Çox maraqlıdır, deyəsən tükənmişlik sendromundayam))Yox yox buna son verəcəm elə indicə yazımı bitirim kitablarımdan birinə başlamalıyam.Bir yazımda isə kitablardan seçdiklərimi paylaşacam)
  Payızımda həmçinin- bir növ gəzinti deyək-Naxçıvana getdim gəzdim gəldim)Bir iki foto şəkil də paylaşım.


Ordan çıxmağa çalışan mən))






    Bu gördüyünüz maraqlı yerlər Naxçıvanda Əshabi-Kəhf adlanan  mağara-dağdır.Haqqında dini əfsanəsi də var.Belə deyirlər,rəvayət edirlər ki,bir qrup gənc təqiblərdən xilas olmaq üçün bu dağa-mağaraya gəlir və yatıb qalırlarmış.Allah onları yatırmış və bir neçə yüz il sonra oyanmışlar,amma və lakin gənclər oyanır və özlərinə yad olan dünyanı görüb yenidən əbədi yuxuya gedirlər.Təbii ki bunlar sadəcə rəvayətdir.Lakin bura olan marağı artırması faktı da danılmazdır.Gəzmək görmək üçün gözəl yer idi.
    Naxçıvana gedişim sevimli payızıma tuş gəlsin və mən maraqlı payız kollajı düzəltməyim?Olmaz!))


 



  Birdə bu aralar musiqi playerimdə bol bol Miri Yusif dinləyirəm.Bu adam payız insanı)Sizə də məsləhət mütləq dinləyin əsas da bax belə yağışlı tutqun havalarda.Əla gedir)

  Bax belə.Artıq film və kitab sezonumu açmaq vaxtı gəlib çatıb.Özünü topla, fikrini cəmlə Nurlana çətini başlayana qədərdir))Tam hazıram)
        Sizə də xoş,kitablı payızlar dostlar...


     
   

15.10.2013

Miracle In Cell No.7-7 Nömrəli Hücrədə möcüzə(2013)




   Gecə filmi bitirib yazmaq idi niyyətim amma fikirləşdim ki yox mən filmin təsiri ilə sağlam düşüncələrlə yaza bilməyəcəm.Gecə oturdum filmin başına.Zatən fraqmentdən əyləncəli film olduğunu sanmışdım.Düzdü əyləncəsi,gülüşü bol film idi.Amma qətiyyən fraqmentə aldanmaq olmaz.Koreyalılar insanı ağlatmağı əla bacarır.(Koreya filmlərini sevirəm)) Hətta bu yazımda Koreya ilə necə tanış olmağımdan bəhs etmişdim) 
 Filmi ilk olaraq I am Sam filminə bənzəttim.Düzdü o filmdə də çox ağlamışdım.Mən nə qədər ağlayırmışam))
    Film əqli zəif ata və balaca şirin bir qızın dramından bəhs edir.Əqli zəif ata etmədiyi bir cinayətlə günahlandırılır və ölüm cəzası ilə həbsxanaya göndərilir.Burada o, 5 məhkumla bir hücrəni bölüşür və bir şəbəkə liderinin həyatını xilas edir.Bu yaxşılığının əvəzində isə ondan nə istədiyini soruşur.Və təbii ki qızını görmək istəyir.Nə qədər çətin olsa da qızı ona qutu ilə hədiyyə gələcək))



    Hər şey bir kənara bu balaca qızın istedadına,aktyorluq qabiliyyətinə heyran qaldım.Gələcəkdə böyük uğurlar qazanacağına şübhə yox.




     Ata rolunu canlandıran aktyora da böyük alqış düşür.Rolunu əla ifa edirdi.
     Ümumiyyətlə bütün casting,aktyorlar çox xoşuma gəldi.
     Filmdə bir o qədər vurucu dialoqlar olmasa da o qədər təsirli idi ki,heç bir sözə ehtiyac yox idi.Lakin sevdiyim səhnələrdən screen etdim.


Başqa məktəbə göndərmək istəyirlər(
Burda ekranı göz yaşımdan görə bilmirdim((



  Bütün filmi sırf sonda ata ilə qızının səhnəsinə görə izləmək olardı.Film boyu bir neçə məntiq xətaları olsa da filmin mövzusu,ssenarisinə görə hər şeyi keçmək olar.
  Filmin soundtracki olduğunu düşünmürəm amma çox gözəl ifadır.Soundtracki olsa da olurmuş))






   Çox danışmaq istəmirəm.mütləq izlənməli filmlərdəndir.Amma izləyərkən mənim kimi səhvlik etməyin və bir qutu salfetka götürün) İMDB 7,9/10

    

8.10.2013

Payız havasında...



  Başlıq qəribə ola bilər ama bu mahnını da hansı başlıqda paylaşa bilərdim biləmədim :)
  Payız havasında əsasəndə yolda,avtobusda qulaqlıqla bu mahnıya qulaq asmaq çox gözəldir.Mütləq sınaqdan keçirdin ))
    

      Son sözüm kalmadı söyleyecek sana 
Sadece bir kaç küçük sitem
Belki onlarda eriyip gidecek
Mutlu olduğunu bilsem
Göz görmeyince gönül katlanır derler
Ondan biraz uzak olsam yeter

Ama hiç yalnız bırakmaz anılar
Çünkü en çok mesafeyi severler

Ben bir kaç parça anıyla sarhoş oldum bugün
Ve mutluluğum kaldı dağlar ardında
Çünkü yoksun yanımda neyleyim İstanbul'u sonbaharda
Sen çünkü yoksun yanımda neyleyim İstanbul'u sonbaharda

Şimdi hiç gücüm yok sana geri dön demeye
Çünkü ayrılık var sözlerinde
Hem zaten başkasını bulmuşsundur
Hakkım yok rahatsız etmeye

Ben bir kaç parça anıyla sarhoş oldum bugün
Ve mutluluğum kaldı dağlar ardında
Çünkü yoksun yanımda neyleyim İstanbul'u sonbaharda
Sen çünkü yoksun yanımda neyleyim İstanbul'u sonbaharda