5.11.2013

Bu Aralar Mən :)





   İlin bu fəsli yəni payız ərəfələri məncə kitab oxumaq üçün əla vaxtdır.Hətta yağış yağsa,hava buludlu-qapalı olsa bəh bəh kefim lap əla olur.Çoxları sevməz məsəlçün))Bax elə hal hazırda bu yazını bu cür buludlu,qapalı havada yazıram.Arxa fonda Lana Del Rey.Əhvalımı təsəvvür etmək çətin deyil)
   Bu aralar -payızım üçün kitablar aldım hərçənd heçcür başlaya bilmirəm.Hətta siyahıdakı filmlərimə belə başlaya bilmirəm.Çox maraqlıdır, deyəsən tükənmişlik sendromundayam))Yox yox buna son verəcəm elə indicə yazımı bitirim kitablarımdan birinə başlamalıyam.Bir yazımda isə kitablardan seçdiklərimi paylaşacam)
  Payızımda həmçinin- bir növ gəzinti deyək-Naxçıvana getdim gəzdim gəldim)Bir iki foto şəkil də paylaşım.


Ordan çıxmağa çalışan mən))






    Bu gördüyünüz maraqlı yerlər Naxçıvanda Əshabi-Kəhf adlanan  mağara-dağdır.Haqqında dini əfsanəsi də var.Belə deyirlər,rəvayət edirlər ki,bir qrup gənc təqiblərdən xilas olmaq üçün bu dağa-mağaraya gəlir və yatıb qalırlarmış.Allah onları yatırmış və bir neçə yüz il sonra oyanmışlar,amma və lakin gənclər oyanır və özlərinə yad olan dünyanı görüb yenidən əbədi yuxuya gedirlər.Təbii ki bunlar sadəcə rəvayətdir.Lakin bura olan marağı artırması faktı da danılmazdır.Gəzmək görmək üçün gözəl yer idi.
    Naxçıvana gedişim sevimli payızıma tuş gəlsin və mən maraqlı payız kollajı düzəltməyim?Olmaz!))


 



  Birdə bu aralar musiqi playerimdə bol bol Miri Yusif dinləyirəm.Bu adam payız insanı)Sizə də məsləhət mütləq dinləyin əsas da bax belə yağışlı tutqun havalarda.Əla gedir)

  Bax belə.Artıq film və kitab sezonumu açmaq vaxtı gəlib çatıb.Özünü topla, fikrini cəmlə Nurlana çətini başlayana qədərdir))Tam hazıram)
        Sizə də xoş,kitablı payızlar dostlar...


     
   

Hiç yorum yok:

Yorum Gönder