16.08.2013

Şimdi Benimsin-Güneş Demirel




     Böyük ümidlərlə,həyəcan və sevgiylə başladığım kitab təəssüf ki, xəyal qırıqlığına uğratdı.600 səhifəlik kitab böyük bir itki idi.Kitabı bir online kitab mağazasında gördüm və ilk 3 səhifəsini oxuyub almağa qərar verdim.Çünki mövzusu bu gün də öz aktuallığını qoruyan təcavüz və Türkiyənin bir sıra bölgələrində törə adlanan hadisəylə bağlı idi.Həqiqətən  ilk səhifələrdə qəhrəmanın gözündən hadisələri görmək insanı sarsıtdı.Amma təəssüf ki yazıçı bu cür gözəl mövzunu davam etdirməyi bacarmayıb.Ortalara doğru söhbətlər,hadisələr o qədər bəsitləşdi ki.Kitab bir biri ilə əlaqəsiz,sonu olmayan qısa olaylar,məntiqsizliklərlə bol idi.Cümlələr qısa,monoton,sıxıcı.Qəhrəmanların emosiaları,hərəkətləri oxucuya düzgün çatdırılmırdı.Və yazıçıda zamanlama problemi gördüm.Bir paragrafda həm indiki həm də keçmiş zamanda atlamalar edir bu da oxucu üçün yorucu və anlaşılmazdır.Yazıçının yazı üslubunu da başa düşmədim.Bəzən sanki romandan çox şərh yazırmış kimi cümlələrlə rastlaşdım.
    Bu qədər mənfi təəssürat arasında heç mi müsbət bir şey olmaz:)Ola bilərdi ama olmamış yapamamış.

    Kitabın mövzusundan bəhs edim.Baş qəhrəmanlarımız Elif və Fırat ikisi də törə qurbanıdır.Belə ki Elifin qardaşı Diyarbakırda Fıratın nişanlısını sevib qaçırdır.Buna dözə bilməyən Fırat törələrin əmri ilə Elifi qaçırtmalı,Diyarbakıra gətirməlidir.Hansı yolla  olduğu isə məlumdur.Daha sonra etdiyi hərəkətdən peşman olar və vicdan əzabı çəkər bu da azmış kimi Elifə aşiq olar.Elif isə ömrünün sonuna qədər onu bağışlamaq fikrində deyil. Fıratın məhəbbəti,Elifin nifrəti və hadisələr bu cür başlayar.
    
     Daha sonra öyrəndim ki yazıçının ilk kitabıdır.Bəlkə buna görə güzəştə getmək olar.Amma bundan sonrakı hansısa kitabını almadan öncə bir xeyli fikirləşməliyəm :)
   

10.08.2013

Pinhani-Yitirmeden

Sadəcə bu mahnını paylaşmaq istədim.Saata baxıram hal hazırda 02:20 göstərir.Və arxa fonda bu mahnı.




Sevdiklərimizin həmişə qədrini bilsək və bir gün yanımızda ola bilməyəcəklərini xatırlasaq...İnsanıq və biz unudub unuduluruq . Pessimist oldu bu gecə nəsə.

Durup düşünmeye zamanın olur mu ? 
Yitirmeden anlamaz insan 
Sevdiklerin yolun sonunda 
Sarıl her fırsatında o insana 
Arkasından ağlayan olma 
Geri getirmez çok ağlasan da 

Durur, durur belki baş ucunda 
Annen baban kendi çapında 
Abin bile 47 yaşında 
Ömür, ömür sanki bir kara kutuymuş 
Gün gelince herkesin açılmış, 
Ama sorarsan hep geç kalınmış 

Güzel günlerimizin bittiğini sanma 
Belki bir daha böylesi olmaz 
Ama her bi gün güzel aslında 
Yakın durmanın zor olduğu ortada 
Uzak olmak her zaman en kolay, 
Ama en zoru yalnız olunca 


Uyur, uyur belki hep yanında 
İlk sevgilin kendi solunda 
Her hatıra asılı duvarında 
Ömür, ömür sanki bir kara kutuymuş 
Gün gelince herkesin açılmış 
Ama sorarsan hep geç kalınmış



7.08.2013

Fotoaparatım,Mən və Çəkdiklərim :)

Bu aralar getdiyim və olduğum yerlərdə yaman şəkil çəkmək marağına düşmüşəm.Düzü əvvələr sadəcə gördüklərimi çəkirdimsə daha sonra özüm maraqlı ola biləcək şəkillər axtarmağa başladım.Çox da sevdim :) Odur ki, həvəskar olaraq çəkdiklərimi paylaşmaq istəyirəm :)Bəyənməniz ümidi ilə.


Bağda gəzəndə bu kəpənəyi təsadüfən tuttdum.Çox gözəldi)))





Həmişə o günəşi tutmaq istəmişəm :))



Bu foto nəsə mənə vahiməli görünürdü ))



Orda tək duran balıqqulağı çox xoşuma gəlmişdi)



Şəkildə sonradan diqqətimi çəkən dənizdəki cütlük oldu.Təsadüfən alınıb))








Yağışdan sonra  :)




Burdakı Gün batımını çox sevdim))



Və ən sevdiyim şəkil :)





24.07.2013

Korea Əsintisi...



    Artıq yay tətilinin 2ci ayı da bitmək üzrədi.Yaman pis oluram :(  "Nə tez keçdi yay" sindromundayam.Və mən bu yay nə etdim? Gəzdim tozdum ama bununla yanaşı kitablarımı oxudum(hələ də davam edirəm),kinolarımı izlədim (ona da davam ama bu aralar durğunluq var nəsə ) vəəəə Koreanı kəşf etdim.:)






    Yəni bir dövlət kimi uzun müddətdi var :D ama mən Korea film və seriallarını kəşf etdim  :)Tanışlığım əslində hər görüb bəyəndiyim,haqqında maraq duyduğum şeyləri araşdırma həvəsim və xobbimlə başladı.Belə ki (Sanki sənədli film hazırlayıram aa :) ) bir gün tv.də milli kanallarımızın birində filmlər haqqında verliş gördüm və bu aralar nə filmlər var bir baxım deyib izləməyə başladım.Nəisə qısa kəsim (yəni hansı filmlər var idi filan danışmayım :) ) bitişdə artıq tv.ni söndürürdüm ki aparıcı " sonda isə son zamanlar çox sevilən və reyting alan Korea serialından soundtracki səsləndiririk" dedi.Bi durdum.Nə yaxşı Korea serialından soundtrack səsləndirirlər ki dedim öz özümə oturdum izlədim.Serialın adı da bizim dildə  Qadın ətri imiş.




     Belə bir film var  Al Paçinonun məşhur  ona oscar gətirən filmi.Fikirləşdim ki yəqin məhz həmin filmdən ilham alınıb.Əslində  isə həqiqətəndə sonralar öyrəndim ki elə imiş.Yəni sadəcə serialın adı baxımından və tango səhnələrinə görə.Yoxsa ssenari tam fərqlidir.Nəisə arxa fonda soundtrack və serialdan görüntülər var.Sevdim mahnını da serialdan titrləri də.Mamaya da başa salmağa çalışıram ki bax çox güman ki söhbət bundan gedir.Qız belədi oğlan belədi :)Ssenarisini yazdım bəyəndim və başladım internetdə bu serialı axtarmağa:).Aman Allah o serialı tapmaq mənim bir neçə günümü hətta həftə aldı desəm yalan olmaz.Məlum məsələdir ki filmlərdə filan tərcümələr çox fərqli olur.Ama nəhayət tapdım və izlədim.İlk dəfə idi Korea serialı izləyirdim həmdə orjinal dilində alt yazı ilə.Mən əvvəllər bütün qıyıq gözlüləri yapon hesab edirdim, heç də ayırmırdım. :)Amma elə deyil əlbəttə mən sadəcə yapon, çinli olaraq qruplaşdırıb aradaki fərqi də bilmirdim təbii.Əvvəl əvvəl çox gülünc gəlirdi danışıqları,hərəkət və mimikları:) Amma bir neçə seriyadan sonra öyrəşdim..Və mənə məlum oldu ki Korea serialları 16-20 seriya arası olur.Sevindirici haldır.Odur ki rahatlıqla və bəyənərək bitirdim.Çox çox sevdim.Fərqli mədəniyyətlə tanış olmaq,fərqli adət-ənənələri görmək çox maraqlı idi.Bu barədə başqa bir postda yazacam çünki çox maraqlıdır.Və bununla da Korea dünyasına ilk addımımı atdım:)
       İndi də bu seriallardan əl çəkə bilmirəm :)O qədər cana yaxındılar ki.Həmçinin filmlərini də izləməyi də unutmadım.Hətta artıq bir neçə sözlərini də bilirəm :) Və korealıları özümüzə çox yaxın hiss etdim belə ki korealılar da bizim ki mühafizəkar,böyük kiçik yeri bilən millətdir.Yəqin ki bu haqda yazdığım son postum olmayacaq.Çünki izlədiyim filmlər və seriallar haqqında yazmasam hörmətsizlik olar :)Tezliklə :) Davamı var...

10.07.2013

The Stoning Of Soraya-Sorayanı Daşlamaq(2008)


  "Olmayın riyakarlıq edənlərdən,
Bir yandan yüksək səslə Quranı dilləndirərkən
Bir yandan əxlaqsızlığını gizlədiyini zənn edənlərdən..."  (Şirazi)
                                                                

Film haqqında elə film bitən kimi yazmağa başladım.Əslində nə yazacağımı da bilmirəm.Hələ də filmin təsirindəyəm.Bəlkə də bir çoxları bu filmi izləyib.Mən yeni izləyib bitirdim.Haqqında çox oxumuşdum ama vaxt ayırıb da izləməmişdim.Əslində isə xüsusi olaraq vaxt ayrılıb izlənməli idi.
   İranda Şah dövrü bitib və yeni hakimiyyət başlayıb.Təbii ki öz yeni qanunları ilə hansı ki, istənilən vaxt kimlərisə 2 şahidlə edam etmək,məhkum etmək mümkündür.Bir gün öz vətəninə qayıdan İran əsilli Fransız jurnalist Freidounenin bir kəndin yaxınlığında maşını xarab olur və maşınını təmir etmək üçün kəndə gəlir.Onun jurnalist olduğunu başa düşən Zəhra arxasınca onu təqib edir.Çünki bir gün öncə bacısı qızı kəndlilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.Və Zəhra bu vəhşiliyi bütün dünyaya göstərmək, eşitdirmək istəyir.




   Film 1986-cı ildə İranda baş vermiş real hadisədəndir.İran əsilli Freidoune Sahebjam romanı əsasında çəkilmişdir.
   Soraya 4 uşaq anasıdır.Və əri tərəfindən döyülür,oğlanları da atanın təsiri ilə anadan soyudulmuşdur.Ali(Sorayanın  əri) qonşu kənddə həbsxanada işləyir və edama məhkum birinin 14 yaşlı qızına göz qoyur qarşılığında isə təbii ki adamı edamdan xilas edəcək.Çox arvadlılıq qanunidir ama Ali 2 ailəyə baxmaq istəməz və boşanmaq istəyər.Soraya isə qızlarının ac qalmaması üçün boşanmaz.Hal belə olduqda tək çarə isə- arvadını sədaqətsizliklə günahlandırır,2 yalançı şahid də tutaraq şəriətin qanunları ilə daşlanaraq öldürülməlidir.Təbii ki haqq kişilərin tərəfindədir və Allahın əmri ilə Sorayanın daşlanması şəriət tərəfindən yaradılan məhkəmədə də qəbul olunur.



   Bu qədər asandır əslində bir insanın həyatı haqqında hökm çıxarmaq.Sorayanı daşlamağa apararkən insanların bayram qeyd edərcəsinə ölüm istəmələri və bu etdiklərini də Allahın qanununa uyğun olduğuna inanmaq yoxsa inandırılmaq?!Din adı ilə insanları heyvan kimi idarə etmək və bunu haqlı çıxarmaq üçün edilən min bir hoqqabazlıq.Ən dəhşətlisi isə qadınlı,uşaqlı hərkəsin bunu adi qəbul etməsidi.Elə adicə uşaqların qadına atmaq üçün daş yığdıqları səhnə o qədər adi görünür ki.Və qanundur ilk daşı ata atmalıdır."O artıq mənim qızım deyil" deyir ata.Sonra 2ci daşı "ər" atmalıdır.Və təbii ki övladların.Sorayanın daşlanmadan əvvəl "Bir insana bunu necə edərsiniz?" sözün qarşılıq olaraq "Allahın əmridir bu" cavabı, dinin,inancların necə şərh edildiyini gözlər önünə sərir.
 

    Filmə başlayan ilk dəqiqələrdə artıq sizi nəyin gözlədiyini bilirsiniz.Axı bu ki insanlıq,din deyil.Bəzən televiziyada hansısa cinayətkarı görürük və "ölməlidi beləsi" dediyimiz olur.Biz də insanlıqdan çıxırıq?Filmdən sonra fikirlərim o qədər qarma-qarışıq oldu ki."Mən günahsızam" sözü o qədər dəyərsizləşdi ki bu fimdə.Əslində Amerika filmi olması, biraz da Qərbin bu mövzuya önyargılı olduğu da bir gerçəkti.Məhz buna görə də bir çox kinotənqidçi tərəfindən tənqid olunub.Amma olanların da doğru olduğu yalan deyil.



    - Bir kişi öz qadınını günahlandırırsa, qadın öz günahsızlığını sübut etməlidir. Bu qanundur. Ancaq bir qadın öz ərini günahlandırırsa o zaman qadın ərinin günahkar olduğunu sübut etməlidir. Fərqi anlayırsan?
- Hə, aydındır. Bütün qadınlar günahkar, kişilər isə günahsızdır.

        Hələ Sorayanın daşlanmaq üçün evdən çıxarılarkən dediyi cümlə, bundan da o tərəfi var mı?

    -Ölümdən qorxmuram, ama daşlanaraq ölmək ağrılı olsa gərək.

    Film haqqında daha da danışmaq istəmirəm çünki sadəcə izləmək lazımdır.Mən fikirləşirəm ki hər şeydən əvvəl insan yaxşılığı,mərhəməti sadəcə, insan olduğu üçün,vicdanı üçün etməlidir.Hansısa qanunlara,savaba görə yox.
   Mütləq izlənilməsi və izlətdirilməsi lazım olan filmdir.İzləyin və izlətdirin.İMDb bal 7.8