"Belki de mutluluk sadece kovalayabildiğimiz bir
şeydir. Belki de onu asla yakalayamayacağız."
Bu filmi heç vaxt əvvəldən sona
qədər izləməmişdim və həmişə mütləq izləyərəm deyib ertələyirdim.Nəhayət bugün
bir film seçək izləyək dedik "kuzenimlə") Nə izləsək dedik və birdən
ağlıma uzun müddətdir geciktirdiyim Will Smithin bu möhtəşəm filmi
düşdü.Axır ki izlədim.Bilirəm gecikmişəm amma nə gözəl film idi bu
belə.Utandım,heyfsləndim bu qədər gec izlədiyim üçün.Və də real həyatdan
götürülmüş film olması bir digər müsbət cəhəti idi.Yəqin ki bu film haqqında
bilməyən yoxdur))Amma mənim kimi əgər gecikən və təsadüfən səhifəmdən
keçən varsa deyə film haqqında qısaca)
Ailəsini ayaqda tutmağa çalışan bir
atanın həyatla çətin mübarizəsindən bəhs edir film.Yaxşı ata olan Chris Gardner
işində problemləri olan,eyni zamanda yaxşı həyat yoldaşıdır.Lakin maddi
sıxıntılara daha da dözə bilməyən arvadı onu tərk edər.Bu da azmış kimi az
sonra evdən də atılar.Kimsəsizlər evində,metrolarda qalaraq və həm də işləyərək
yaşamalıdır.Oğlunun sevgisi isə ata üçün bu mübarizədə hər şeydir.
Filmdə Chris Thomas
Jeffersonun "Istiqlal Bəyənnaməsi"ndən (the declaration of
independence) statlar misal gətirir-Xoşbəxt olma haqqı.Düşünürəm filmin adı da
məhz burdan gəlir.Və filmin çəkilişlərində 250 evsiz iştirak edib.Bunu da
öyrəndim ki Amerikada evsizlərin 12%-i işləyən insanlardır.
Filmi izləyərkən insanda
güclü inam və ümid yaranır həqiqətən.Buna misal olaraq Chrisin oğlu ilə
basketball oynayarkən oğluna verdiyi məsləhət.Bir yerə qeyd edib hər gün ya da
ən ümidsiz vaxtda oxunmalıdır.
-Kiminsə sənə sən
bacara bilməzsən deməsinə imkan vermə hətta mənim də.Bir xəyalın varsa onu
qorumalısan.İnsanlar heç nə edə bilmir və sənin də edə bilməyəcəyinə sənə
inandırar.Bir şey etmək istəyirsənsə get və onu zorla al...
Ata il oğlun
sevgisi filmdə əla görünürdü.Bəlkə də həqiqətən ata-oğul olmaqlarından irəli
gəlir deyə bilmərəm ama hər ikisi də öz rollarını əla ifa edirdi.Hələ metro
tualetində oğlu eşitməsin deyə ağlamamaq üçün özünü sıxdığı səhnə :(
Və də ən sevdiyim hissə.Ataya yaşamaq və mübarizə aparmaq üçün bundan
əlavə nə səbəb ola bilər ki?
Hər şeyi ilə mükəmməl film idi.Həyatdan,içimizdən bir film.Mübarizə aparmaqdan,nəyəsə yenidən başlamaqdan bezib yoruluruq ama yenə də davam etmək lazım olduğunu göstərən əla film idi.
Mütləq izlənməli filmlər silsiləsindən)) İMdb 7.8/10
bu filmi o qədər çox bəyənmişdim ki.. VVill Smit və oğlu.. Bu aktyorun ən bəyəndiyim filmidir. Həyata olan ümidim artırır.. ;)
YanıtlaSilhə eynən.amma kaşki həyatda da fillmlərdəki kimi xoşbəxt sonluq olsa...Will smith isə dogrudan əla aktyordur
Sil