5.02.2015

Ölmədən Öncə Görsəydik Ölməzdik :) Part 2



   Növbəti Ölmədən Öncə Görməli postumla qarşınızdayam dostlar. Birinici hissəni oxumaq üçün Buradan daxil ola bilərsiniz.İkinici hissədə isə bizi daha gözəl yerlər gözləyir :) Beləliklə...




Zermett,İsveçrə



Zermatt,İsveçrə-Zermatt İsveçrənin ən məşhur dağçılıq və xizək sürmə mərkəzlərindənn biridir.Turistik bölgə olduğu üçün qəsəbənin əsasını otellər və qonaqlar üçün evlər təşkil edir.İlin 4 fəsli üçün də əlverişli ,gözəl təbiəti var lakin əsasən qış aylarında turistlər daha çox olur.Odur ki getmək istəsək gərək aylar öncədən rezervasiya etdirək :)




  
Manarola,İtaliya


   Manarola,İtaliya-İtaliyada yerləşən ən məşhur qəsəbələrdən biridir.Sadə qəsəbə evlərinin maraqlı düzülüşü və mühiti ilə hər il çoxlu turist cəlb edir özünə.Qəsəbədə şose yolu yoxdur.Sadəcə tunellər açılmış dəmiryolu ilə kənd,qəsəbələr arasında nəqliyyat istifadə olunur.Hə bir də qayıqlar...




Damuls,Avstriya



Damuls,Avstriya-Qış aylarının ən gözəl yaşandığı yerlərdən biri daha-Damuls.Xizək sürmə üçün ən yaxşı mövsüm istrahət mərkəzlərindən biridir.Burada istrahət etməyi düşünənlər isə mütləq aylar öncədən otellərdə yer ayırtmalıdır.Nağıllar aləmindən bir hissəyə oxşayır.





Xinyi,Çin


Xinyi,Çin-Qeyri-adi dağların əhatəsində mükəmməl tətil üçün ən vaz keçilməz qəsəbələrdən biridir.Hər mövsüm öz gözəlliyi,təbiəti ilə müxtəlif mənzərələrə ev sahibi olan Xinyi subtropik iqlimdə yerləşir.




Sirakava -Go,Yaponiya


Sirakava-Go,Yaponiya-Sirakava Go Honshu adasında ucqar dağ rayonunda yerləşən tarixi kənddir.UNESCO-nun dünya miras siyahısında yer alan Yaponiyanın məşhur kəndi digər bölgələrdən daha uzun qış yaşayır.Buradakı binalar xüsusilə ipəkçiliklə məşğul olmaq üçün uyğunlaşdırılmışdır.Tarixi evləri,gözəl qış mənzərəsi ilə bu kənd hər il bir çox ölkələrdən turist cəlb edir.
    
    Hər dəfə bu yerlər haqqında oxuduqca lap o yerlərə getmək istəyirəm)))Ümid edirəm alınar))

   Daha bir postun sonuna gəldim.Tezliklə növbəti yazılarda görüşənədək :))

Hiç yorum yok:

Yorum Gönder