16.02.2014

Do Ga Ni(Silenced)-Səssizlik (2011)...Və Filmdən Sonrakı Səssizliyim



     Bu filmə başlamadan öncə ətrafında bir xeyli dolandım.Üstünə 6 film izlədim.Posterindən və oxuduğum şərhlərdən filmin ağır,dram olacağını bilirdim.Məhz buna görə izləmək üçün risk etmirdim.Amma nə qədər qaça bilərəm ki artıq deyib cəsarətimi topladım,oturdum filmin qarşısına  və play...
     
    Elə ilk dəqiqələrdə filmdəki ağır hava,tünd görüntü gələcəkdə bizi nələrin gözlədiyinin siqnalını verir.Film isə nədən bəhs edir.Kang İn Ho adlı müəllim vaxtilə dərs aldığı professorunun köməyi ilə yaşadığı şəhərdən uzaqda Moojin şəhərinə eşitmə əngəlli uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə rəsm dərsi keçməsi üçün göndərilir.Filmin adının artıq hardan gəldiyi məlumdur.Bir müddət sonra rəsm məllimi məktəbdə nələrinsə qaydasında olmadığı anlayır.Məktəbdə uşaqlar şiddətə və təcavüzə məruz qalır.Kag İn Ho və insan hüquqları qoruma mərkəzində çalışan See Yoo Jin bu hadisələri gün işığına çıxarmağa çalışacaq.Amma bu o qədər asandır mı?
   
       Filmin ən vurucu hissəsi isə hadisələrin yaşanmış real olaylara söykənməsidir.Əslində filmin  gerçəkləri bu cür açıqlığı ilə göstərməsi insanı izləyərkən daha da narahat edir.Bunlar həqiqətən baş verir lakin güc,vəzifə,pul bütün qanunları,ədaləti bərpa edən əsas amildir.Bunun qarşısını almaq isə gücsüzlər üçün çox çətin və əzablıdır.Film insanı qorxudur yəni bir insanın vicdanını satın almaq bu qədər asandır.Demək ki ən zəif nöqtəmiz pul olmuş,vəzifə olmuş,şöhrət olmuş.Məhkəmə binasına girərkən bu yazının üzərinə diqqət çəkilir."azadlıq,bərabərlik,ədalət"..Axı hansı ədalət?film boyu çox əsəbləşdim.Filmi saxladım.Amma bu bütün dünyada baş verən bu cür hadisələri saxlamır.Və buna göz  yumulur.Hansı ədalət?
    
       Nəhayət filmin sonu.Film "həyat filmlərdəki kimi xoşbəxt sonluqla bitmir" deyir sanki...
  
    "Mübarizə etməmizə səbəb dünyanı dəyişdirmək deyil, dünyanın bizi dəyişdirməsinə icazə verməmək üçündür"





       Filmdəki rollarını ifa edən uşaqlara isə həqiqətən böyük alqış düşür.Filmi izləyərkən onların filmdən 
sonrakı psixologiyalarını necə bərpa etdikləri mənə çox maraqlıdır.Rollarının haqqını verdilər.






         Filmi isə mütləq izləyin.Heç nəyi dəyişə bilməsək belə....
          İmdB 7.9/10
     

14.01.2014

Ailəm Üçün Şer...The Cranberries-Ode To My Family

    Dinləyərkən o an məni alıb aparan mahnıları sevirəm..Bu gecənin mahnısı The Cranberries-Ode to my family-1994....İndi bu musiqini radioda eşitdim yadıma düşdü. saat 01:55...Sözlərini sevirəm,musiqisini sevirəm,verdiyi hissi sevirəm..



'Cause we were raised to see life as fun and take it if we can 
Çünki biz həyatı əyləncə olaraq görmək və edə biliriksə onu qazanmaq üçün gəlmişik...

    Dinləyin və zövq alın dostlar...

13.01.2014

La Tête En Friche (My Afternoons With Margueritte)-Qəribə dostluq (2010)





     Şübhəsiz Fransız filminin böyük aktyrorlarından biridir Gerard Depardieu.Bir çox rollarda, filmlərdə möhtəşəm aktyorluqu ilə sevilən aktyor bu dəfə balaca Fransa qəsəbəsində yaşayan, kiçik bağçasında məhsul yetişdirib satan,anası ilə uşaqlıqdan problemləri olan və bir gün həyatı bəsit,bulanıq görərkən bir qadının kitabları ilə onu dərk etməyə başlayan Germain Chazes adlı qəhrəmanı canlandırır.Demək olar filmin mövzusunu da danışdım)
  
     Mövzusu baxımından bir o qədər iddialı deyil və rejissor dramı çox ağır tutmadığı üçün çox sadə  və səmimi film alınıb.Marie-Sabine Roger adlı yazıçının eyni adlı romanı əsasında çəkilib.Kitabını oxumağı çox istədim düzü.

       Film bir az durğun keçsə də bir müddət sonra özünü izlətdirməyi bacarır.

 Və bir də filmdən seçdiklərim.




       Germainin kitablardan sonra artıq həyatın bulanıq və bəsit olmadığını anladığı an..


      
      Filmin sonunda Germain Margueritte haqqında şerə bənzər bir şeylər deyir.Mən o hissəni çox sevdim.Ən çox da bu ifadə "Şimdi gitme daha vakit var bekle.Bana yaşamından bir şeyler daha kat".



          
          "Ona şans eseri parkta rastlamıştım. Fazla yer tutmuyordu,tüylü bir güvercin kadardı.. Kelimelerin isimlerin arasında kaybolmuştu,bana sayfaları gözlerimin önünde canlanan kitaplar verdi. Şimdi gitme daha vakit gelmedi gelmedi küçük çiçeğim..Bana kendinden birşeyler daha kat, bana yaşamından birşeyler daha kat.. Bekle ! Aşk hikayelerinde yalnızca aşk yoktur.Bazılarında tek bir seni seviyorum bile bulunmaz, yinede birbirimizi seviyoruz!"

          Film bir o qədər tanınmadığı üçün izləyicisi də çox deyil.Amma buna baxmayaraq bu iki cütlüyün dostluğunu izləməyə dəyər.
         Boş vaxtında səmimi,isti bir film axtarışında olanlar üçün)) IMdb 7.1/10

31.12.2013

2014-ə Yeni Ümidlərlə


    Və 2013-cü ili də, başlarkən arzuladığımız mümkün qədər reallaşdırdığımız və reallaşdıra bilmədiyimiz hədəflər,arzularla tamamlayıb 2014-ə yeni inam,ümid,planlarla gedirik.Yeni ildə çox sevməyinizi,çox sevilməyinizi diləyirəm.Hər səhər sağlam bir bədəndə olduğunuzu hiss edərək sevinəcəyiniz il olsun.Özünüz çox sevdiyiniz,güzgüyə baxdığınız zaman gülümsədiyiniz bir il.
 İnsanların və həyatın çətinliklərinin bizi,sevdiklərimiz və münasibətlərimizi sınamadığı bir il olsun.Hərçənd bu o qədər də mümkün deyil amma sevdiklərimiz ilə çətinliklərə qarşı inamlar durmağı arzu edirəm.Və sevdiyiniz insanları qırmamağı.
 Peşman ola bilərəm deyərək etmək istədiyiniz şeylərdən çəkinməyin.Bu il yaxşıca əylənin,özünüzə vaxt ayırın,doğru bildikləriniz sizi yanıltmasın.Doğru yol yoxdur-qısa və uzun yollar vardır və bunun üçün kəsə getməyin.Heç bir yol sizi sürətləndirməz.Sadəcə özünüzə qulaq verin.Yeni dostlar əldə edin.Zəif, sizi yolunuzdan edən dostluqları geridə qoyun.Yaxın dostlarınız onsuzda sizinlə gələcək.
  Diləkləriniz,arzularınız olar olmaz bu əhəmiyyətli deyil.Bu il və ya qalan ömrünüzdə gülümsəmək üçün səxavətli olun.Və gülümsəyəcəyiniz səbəblərin bol olduğu bir il arzu edirəm.Münasibətlərimizdə daha anlayışlı,daha sakit olmağı...
    Uğurlu,xoşbəxt,sevgi dolu,sağlıqlı və istəkləriniz reallaşdırmaq üçün qazanclı bir il olması ümidi ilə. Bayramınız mübarək dostlar...

19.12.2013

Soyuq Əllər,İsti Ürək








     Artıq neçə gündür ki,Tarqovi kimi tanıdığımız Nizami küçəsində "Soyuq əllər,isti ürək" adlı sərgi,yarmarka keçirilir.Səhv etmirəmsə 1 həftə-10 gün davam edəcək olan yarmarkanın sonuncu günləridir(mövzuya qayıdacam)
    Həm yeni il qabağı hədiyyələr baxım,həm də yarmarkaya baş çəkim deyib düşdüm yollara)) Şəhərdə yeni il abu-havasını həmişə sevmişəm.Ümumiyyətlə yeni il ən sevimli bayramımdır.Bilmirəm bəlkə də yeni ümidlər,yeni arzuların reallaşmasına olan inama görədir.Amma sevirəm) İlk öncə yeni il üçün hazırlanmış hədiyyə mağazalarını gəzdim))

   Yeni il gecəsi masa dizaynı üçün əla aksesuarlar var idi.çox sevdim)Balaca yolkalara aşiq oldum))




Bu balaca toppuş şaxtababanın nə olduğunu soruşmadım amma məncə yolka bəzəyi idi))





   Bu yolka isə çoooox yeməli idi)))


Şokolad yolkasııı.Bu yolkadan evimdə istəyirəəmmm))

     Bu sırqalar həqiqətən çox şirin idi.Düzü mənim tərzim deyil amma çox bəyəndim.Əsil yeni il malı))Ən dəhşətlisi isə mən onları heç taxıb baxmadım da(



Sərgiyə keçməmişdən əvvəl kitab mağazalarında nə kimi endirimlər,yeni kitablar var deyib sonuncu olaraq "Ali Və Nino"ya girdim...

  Endirim filan görmədim.Fikirləşirəm daha doğrusu pozitiv yanım ümid edir ki, bayrama qədər hər hansı bir endirim edərlər!
    Burdan əlimi üzüb sərgiyə üz tutdum.





  Sərgi kimsəsiz uşaqlara yeni il qabağı yardım üçün təşkil olunub.Təqdir etdim.Sevindirici haldır.Amma böyük ümidlərlə getdiyim kitab yarmarkası məni çox məyus etdi(
  İlk öncə heçbir endirim yox idi.Düzdür başa düşülən haldır yardım məqsədi ilə təşkil olunan sərgidir amma istədiyim kitabları belə tapa bilmədim.Endirim var mı dedim "yalnız 1manatlıq kitablar var " dedi. Ha? .1-2 kitab seçib stenddən ayrıldım.
   
   Digər stendlərdə isə uşaqların əl işləri sərgilənirdi.Çox sevimli və çox gözəl əl işləri var idi.


40 m. yazısını şəkli əlavə edəndən sonra gördüm))
        Satıcı xala telefonla danışırdı bir onu eşitdim ki dedi günə 5 manat ödəyirik.Yəqin ki stendin günlük yer pulusunu deyirdi))


    Sərgidən ayrılanda artıq hava da yaxşıca soyumuşdu.Və isinmək üçün bir şeylər içmək əla oldu)Günün müzakirəsini etdik,dincəldik və artıq evə getmək vaxtı idi)




     Gözəl  bir gün idi.Sadəcə gəzməyi belə çox sevirəm özdə christmas ərəfələrində))Hər gün iş-dərs insanı yorur.Arada adi gəzmələr çıxmaq, qayğılardan xilas olmaq həm mənəvi həm fiziki rahatladır.
        Hər birinizə xoş, gözəl və bol təbəssümlü günlər dostlar))