16.09.2013

Welcome To Dongmakgol-Dongmakgola Xoş Gəldiniz(2005).



    - Köy Lideri! Dal-soo birkaç insan getirmiş! Dağın aşağısından!
+ Nereliler?
- Gel de gör! Kafalarında su kabakları ve ellerinde uzun çubuklar var



   1950-ci ildə Koreya Vətəndaş müharibəsi əsnasında, Üç Şimali Koreya, iki də Cənubi Koreya əsgərinin yolu dağ başında döyüşdən xəbərsiz bir kəndə düşər. Kənddə həmçinin, təyyarəsi düşən bir Amerikan pilot da vardır.Düşmən tərəflər qəsəbə sakinlərinə zərər verməmək üçün  kənddən ayrılana qədər zəruri atəşkəsə gedərlər.Və bu 3 tərəf bir müddət də olsa bu qəsəbədə bir yerdə yaşamaq məcburiyyətində qalacaqlar.



     Dram,komediya,müharibə janrında olan film 2005-ci ildə Cənubi Koreya tərəfindən lentə alınıb.
    Bir film döyüşün,müharibənin gərəksizliyini bu qədər mi gözəl izah edə bilər?Film o qədər sadə şəkildə müharibənin lazımsızlığını vurğulayır ki.Filmdə əslində həqiqətən də yaşananlar əks olunur.Eyni milləttən olan insanlar nəyə görə bir-birlərini öldürməyə məcburdur ki?Filmin əvvəlində əsgərlərdən biri "məni Cənuba döyüşə göndərdilər mən də gəldim" deyir.Müharibə döyüşü başladanlardan başqa heçkimə lazım deyil.Kaş ki dünyada bir birini öldürməyə istəkli bu qədər insan olmasa.



   Filmin əvvəlindəki incə zarafatlar sizi doyunca güldürüb təzəcə gülüş yanağınıza oturacaq ki,filmdə dram ağırlaşır və təbəssümünüz yarda qalır.
    
   Filmdən çıxarılacaq dərs: İnsani duyğuların dini, dili, irqi və rəngi yoxdur.



Amerikalidan necəsən deyə soruşularsa ))

- Masum köylüleri bu işe karıştırmayalım, başka bir yere gidelim!
+ Bize aldırmayın, sorun yok.


+ Hey, yaşlı karı, kımıldama!
- Öyleyse nereye sıçayım?

   Mütləq izlənilməsi lazım olan filmlərdəndir. İMDB 7,7/10

29.08.2013

Happy Birthday To Me :)

   


      21 yaşımın bitməsinə son saat,dəqiqələr qalır.Və nədənsə bu postu paylaşmaq istədim.Hamıdan qaçıb son dəfə 21 yaşımda hisslərimi bölüşmək.Qayıdıb keçən 1 ilimə baxıram və hər gün eynidi dediyimiz halda həyatımda çox şeylərin dəyişdiyini görürəm.Münasibətlər,problemlər,gələcək üçün atılan addımlar.Kaş ki,əgər dediyimiz hallar,peşmançılıqlar çox olur.Amma indi düşünsəm  də heç də təəssüflənmirəm.22ci ilimə keçirəm və özümə bir iki arzum,iradım,məsləhətim oldu))Ən əsası həyatımda gülüşümün əksik olmamasını və əksini doğuracaq səbəblərin olmamasını arzu edirəm.Gələn yaşımda yaxınlarımın,sevdiklərimin həyatında xoş anların şahidi olmaq istəyirəm....Və də yanımda olan hər kəsin daim mənimlə olmağını arzu edirəm.
      Bu qədər məni çağırırlar.Getməliyəm.22 yaşımda görüşərik :))

16.08.2013

Şimdi Benimsin-Güneş Demirel




     Böyük ümidlərlə,həyəcan və sevgiylə başladığım kitab təəssüf ki, xəyal qırıqlığına uğratdı.600 səhifəlik kitab böyük bir itki idi.Kitabı bir online kitab mağazasında gördüm və ilk 3 səhifəsini oxuyub almağa qərar verdim.Çünki mövzusu bu gün də öz aktuallığını qoruyan təcavüz və Türkiyənin bir sıra bölgələrində törə adlanan hadisəylə bağlı idi.Həqiqətən  ilk səhifələrdə qəhrəmanın gözündən hadisələri görmək insanı sarsıtdı.Amma təəssüf ki yazıçı bu cür gözəl mövzunu davam etdirməyi bacarmayıb.Ortalara doğru söhbətlər,hadisələr o qədər bəsitləşdi ki.Kitab bir biri ilə əlaqəsiz,sonu olmayan qısa olaylar,məntiqsizliklərlə bol idi.Cümlələr qısa,monoton,sıxıcı.Qəhrəmanların emosiaları,hərəkətləri oxucuya düzgün çatdırılmırdı.Və yazıçıda zamanlama problemi gördüm.Bir paragrafda həm indiki həm də keçmiş zamanda atlamalar edir bu da oxucu üçün yorucu və anlaşılmazdır.Yazıçının yazı üslubunu da başa düşmədim.Bəzən sanki romandan çox şərh yazırmış kimi cümlələrlə rastlaşdım.
    Bu qədər mənfi təəssürat arasında heç mi müsbət bir şey olmaz:)Ola bilərdi ama olmamış yapamamış.

    Kitabın mövzusundan bəhs edim.Baş qəhrəmanlarımız Elif və Fırat ikisi də törə qurbanıdır.Belə ki Elifin qardaşı Diyarbakırda Fıratın nişanlısını sevib qaçırdır.Buna dözə bilməyən Fırat törələrin əmri ilə Elifi qaçırtmalı,Diyarbakıra gətirməlidir.Hansı yolla  olduğu isə məlumdur.Daha sonra etdiyi hərəkətdən peşman olar və vicdan əzabı çəkər bu da azmış kimi Elifə aşiq olar.Elif isə ömrünün sonuna qədər onu bağışlamaq fikrində deyil. Fıratın məhəbbəti,Elifin nifrəti və hadisələr bu cür başlayar.
    
     Daha sonra öyrəndim ki yazıçının ilk kitabıdır.Bəlkə buna görə güzəştə getmək olar.Amma bundan sonrakı hansısa kitabını almadan öncə bir xeyli fikirləşməliyəm :)
   

10.08.2013

Pinhani-Yitirmeden

Sadəcə bu mahnını paylaşmaq istədim.Saata baxıram hal hazırda 02:20 göstərir.Və arxa fonda bu mahnı.




Sevdiklərimizin həmişə qədrini bilsək və bir gün yanımızda ola bilməyəcəklərini xatırlasaq...İnsanıq və biz unudub unuduluruq . Pessimist oldu bu gecə nəsə.

Durup düşünmeye zamanın olur mu ? 
Yitirmeden anlamaz insan 
Sevdiklerin yolun sonunda 
Sarıl her fırsatında o insana 
Arkasından ağlayan olma 
Geri getirmez çok ağlasan da 

Durur, durur belki baş ucunda 
Annen baban kendi çapında 
Abin bile 47 yaşında 
Ömür, ömür sanki bir kara kutuymuş 
Gün gelince herkesin açılmış, 
Ama sorarsan hep geç kalınmış 

Güzel günlerimizin bittiğini sanma 
Belki bir daha böylesi olmaz 
Ama her bi gün güzel aslında 
Yakın durmanın zor olduğu ortada 
Uzak olmak her zaman en kolay, 
Ama en zoru yalnız olunca 


Uyur, uyur belki hep yanında 
İlk sevgilin kendi solunda 
Her hatıra asılı duvarında 
Ömür, ömür sanki bir kara kutuymuş 
Gün gelince herkesin açılmış 
Ama sorarsan hep geç kalınmış



7.08.2013

Fotoaparatım,Mən və Çəkdiklərim :)

Bu aralar getdiyim və olduğum yerlərdə yaman şəkil çəkmək marağına düşmüşəm.Düzü əvvələr sadəcə gördüklərimi çəkirdimsə daha sonra özüm maraqlı ola biləcək şəkillər axtarmağa başladım.Çox da sevdim :) Odur ki, həvəskar olaraq çəkdiklərimi paylaşmaq istəyirəm :)Bəyənməniz ümidi ilə.


Bağda gəzəndə bu kəpənəyi təsadüfən tuttdum.Çox gözəldi)))





Həmişə o günəşi tutmaq istəmişəm :))



Bu foto nəsə mənə vahiməli görünürdü ))



Orda tək duran balıqqulağı çox xoşuma gəlmişdi)



Şəkildə sonradan diqqətimi çəkən dənizdəki cütlük oldu.Təsadüfən alınıb))








Yağışdan sonra  :)




Burdakı Gün batımını çox sevdim))



Və ən sevdiyim şəkil :)