14.05.2014

SOMA....



Başın Sağolsun Türkiyəm!














1 Fəsillik Fasilə...



    Neçə vaxtdır fərqinə vardım ki bloguma vaxt ayıra bilməmişəm.Qış bitdi,yaz gəldi artıq yaya gedirik.Mənsə blogumdan uzaq qalmışam.Hərçənd blog yazmağa qərar verəndə əsla yazılarıma qarşı laqeyd olmayacağımı deyirdim.Əslində laqeydlik deyil sadəcə biraz ara verdim- deyib özümü işin içindən çıxarma çabasındayam :) 
   Digər tərəfdən bu qədər müddətdir nə etdiyim haqqında fikirləşsəm önəmli bir şey olmadığını deyəcəm ama çox şeylərin dəyişdiyi dəqiqdir.Zatən həmiş belə olmur mu? 1 il əvvəli soruşsaq " köhnə hamam köhnə tas " deyərik ama hər şey olduğu kimi qalmır.
    Bir çox işlərimi,dərslərimi həll etdim..Yeni bir ikinci işimə başladım.Yenilikləri sevirəm ama yeni şeylərə adaptasiya olmaq mənə çətin və ağrılı gəlir.O da ümid edirəm zamanla düzələcək .Çoxlu film izlədim.Film haqqında postlarım isə qaralama olaraq qalir.Onları da qaydasına salmalıyam.Amma çox təəssüf ki bu ara istədiyim qədər kitab oxuya bilmədim.Kitab oxumaq üçün kitabı çantamda daşıyıb,yolda,avtobusda,metroda kitab oxuyarkən öz dayanacağımı belə buraxan,bir günə bir kitab bitirə bilən mən bu ara kitaba başlaya bilmirəm.Bunu da qaydasına qoymalıyam((
   Qışın soyuqluğunu yola verdik, yaz donumuzu açdı və bloguma qayıtmaq üçün tamamilə canlı hiss edirəm. Yeni fotolar çəkdim)) Növbəti postumu çəkdiyim fotolarla dolduracam))
    Yazı yazmaq üçün çox darıxmışam bu yazını yazarkən anladım...Növbəti postda görüşənədək..

16.02.2014

Do Ga Ni(Silenced)-Səssizlik (2011)...Və Filmdən Sonrakı Səssizliyim



     Bu filmə başlamadan öncə ətrafında bir xeyli dolandım.Üstünə 6 film izlədim.Posterindən və oxuduğum şərhlərdən filmin ağır,dram olacağını bilirdim.Məhz buna görə izləmək üçün risk etmirdim.Amma nə qədər qaça bilərəm ki artıq deyib cəsarətimi topladım,oturdum filmin qarşısına  və play...
     
    Elə ilk dəqiqələrdə filmdəki ağır hava,tünd görüntü gələcəkdə bizi nələrin gözlədiyinin siqnalını verir.Film isə nədən bəhs edir.Kang İn Ho adlı müəllim vaxtilə dərs aldığı professorunun köməyi ilə yaşadığı şəhərdən uzaqda Moojin şəhərinə eşitmə əngəlli uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə rəsm dərsi keçməsi üçün göndərilir.Filmin adının artıq hardan gəldiyi məlumdur.Bir müddət sonra rəsm məllimi məktəbdə nələrinsə qaydasında olmadığı anlayır.Məktəbdə uşaqlar şiddətə və təcavüzə məruz qalır.Kag İn Ho və insan hüquqları qoruma mərkəzində çalışan See Yoo Jin bu hadisələri gün işığına çıxarmağa çalışacaq.Amma bu o qədər asandır mı?
   
       Filmin ən vurucu hissəsi isə hadisələrin yaşanmış real olaylara söykənməsidir.Əslində filmin  gerçəkləri bu cür açıqlığı ilə göstərməsi insanı izləyərkən daha da narahat edir.Bunlar həqiqətən baş verir lakin güc,vəzifə,pul bütün qanunları,ədaləti bərpa edən əsas amildir.Bunun qarşısını almaq isə gücsüzlər üçün çox çətin və əzablıdır.Film insanı qorxudur yəni bir insanın vicdanını satın almaq bu qədər asandır.Demək ki ən zəif nöqtəmiz pul olmuş,vəzifə olmuş,şöhrət olmuş.Məhkəmə binasına girərkən bu yazının üzərinə diqqət çəkilir."azadlıq,bərabərlik,ədalət"..Axı hansı ədalət?film boyu çox əsəbləşdim.Filmi saxladım.Amma bu bütün dünyada baş verən bu cür hadisələri saxlamır.Və buna göz  yumulur.Hansı ədalət?
    
       Nəhayət filmin sonu.Film "həyat filmlərdəki kimi xoşbəxt sonluqla bitmir" deyir sanki...
  
    "Mübarizə etməmizə səbəb dünyanı dəyişdirmək deyil, dünyanın bizi dəyişdirməsinə icazə verməmək üçündür"





       Filmdəki rollarını ifa edən uşaqlara isə həqiqətən böyük alqış düşür.Filmi izləyərkən onların filmdən 
sonrakı psixologiyalarını necə bərpa etdikləri mənə çox maraqlıdır.Rollarının haqqını verdilər.






         Filmi isə mütləq izləyin.Heç nəyi dəyişə bilməsək belə....
          İmdB 7.9/10
     

14.01.2014

Ailəm Üçün Şer...The Cranberries-Ode To My Family

    Dinləyərkən o an məni alıb aparan mahnıları sevirəm..Bu gecənin mahnısı The Cranberries-Ode to my family-1994....İndi bu musiqini radioda eşitdim yadıma düşdü. saat 01:55...Sözlərini sevirəm,musiqisini sevirəm,verdiyi hissi sevirəm..



'Cause we were raised to see life as fun and take it if we can 
Çünki biz həyatı əyləncə olaraq görmək və edə biliriksə onu qazanmaq üçün gəlmişik...

    Dinləyin və zövq alın dostlar...

13.01.2014

La Tête En Friche (My Afternoons With Margueritte)-Qəribə dostluq (2010)





     Şübhəsiz Fransız filminin böyük aktyrorlarından biridir Gerard Depardieu.Bir çox rollarda, filmlərdə möhtəşəm aktyorluqu ilə sevilən aktyor bu dəfə balaca Fransa qəsəbəsində yaşayan, kiçik bağçasında məhsul yetişdirib satan,anası ilə uşaqlıqdan problemləri olan və bir gün həyatı bəsit,bulanıq görərkən bir qadının kitabları ilə onu dərk etməyə başlayan Germain Chazes adlı qəhrəmanı canlandırır.Demək olar filmin mövzusunu da danışdım)
  
     Mövzusu baxımından bir o qədər iddialı deyil və rejissor dramı çox ağır tutmadığı üçün çox sadə  və səmimi film alınıb.Marie-Sabine Roger adlı yazıçının eyni adlı romanı əsasında çəkilib.Kitabını oxumağı çox istədim düzü.

       Film bir az durğun keçsə də bir müddət sonra özünü izlətdirməyi bacarır.

 Və bir də filmdən seçdiklərim.




       Germainin kitablardan sonra artıq həyatın bulanıq və bəsit olmadığını anladığı an..


      
      Filmin sonunda Germain Margueritte haqqında şerə bənzər bir şeylər deyir.Mən o hissəni çox sevdim.Ən çox da bu ifadə "Şimdi gitme daha vakit var bekle.Bana yaşamından bir şeyler daha kat".



          
          "Ona şans eseri parkta rastlamıştım. Fazla yer tutmuyordu,tüylü bir güvercin kadardı.. Kelimelerin isimlerin arasında kaybolmuştu,bana sayfaları gözlerimin önünde canlanan kitaplar verdi. Şimdi gitme daha vakit gelmedi gelmedi küçük çiçeğim..Bana kendinden birşeyler daha kat, bana yaşamından birşeyler daha kat.. Bekle ! Aşk hikayelerinde yalnızca aşk yoktur.Bazılarında tek bir seni seviyorum bile bulunmaz, yinede birbirimizi seviyoruz!"

          Film bir o qədər tanınmadığı üçün izləyicisi də çox deyil.Amma buna baxmayaraq bu iki cütlüyün dostluğunu izləməyə dəyər.
         Boş vaxtında səmimi,isti bir film axtarışında olanlar üçün)) IMdb 7.1/10