Dinləyərkən o an məni alıb aparan mahnıları sevirəm..Bu gecənin mahnısı The Cranberries-Ode to my family-1994....İndi bu musiqini radioda eşitdim yadıma düşdü. saat 01:55...Sözlərini sevirəm,musiqisini sevirəm,verdiyi hissi sevirəm..
'Cause we were raised to see life as fun and take it if we can
Çünki biz həyatı əyləncə olaraq görmək və edə biliriksə onu qazanmaq üçün gəlmişik...
Şübhəsiz Fransız filminin böyük aktyrorlarından biridir Gerard Depardieu.Bir çox rollarda, filmlərdə möhtəşəm aktyorluqu ilə sevilən aktyor bu dəfə balaca Fransa qəsəbəsində yaşayan, kiçik bağçasında məhsul yetişdirib satan,anası ilə uşaqlıqdan problemləri olan və bir gün həyatı bəsit,bulanıq görərkən bir qadının kitabları ilə onu dərk etməyə başlayan Germain Chazes adlı qəhrəmanı canlandırır.Demək olar filmin mövzusunu da danışdım) Mövzusu baxımından bir o qədər iddialı deyil və rejissor dramı çox ağır tutmadığı üçün çox sadə və səmimi film alınıb.Marie-Sabine Roger adlı yazıçının eyni adlı romanı əsasında çəkilib.Kitabını oxumağı çox istədim düzü. Film bir az durğun keçsə də bir müddət sonra özünü izlətdirməyi bacarır. Və bir də filmdən seçdiklərim.
Germainin kitablardan sonra artıq həyatın bulanıq və bəsit olmadığını anladığı an..
Filmin sonunda Germain Margueritte haqqında şerə bənzər bir şeylər deyir.Mən o hissəni çox sevdim.Ən çox da bu ifadə "Şimdi gitme daha vakit var bekle.Bana yaşamından bir şeyler daha kat".
"Ona şans eseri parkta rastlamıştım. Fazla yer tutmuyordu,tüylü bir güvercin kadardı.. Kelimelerin isimlerin arasında kaybolmuştu,bana sayfaları gözlerimin önünde canlanan kitaplar verdi. Şimdi gitme daha vakit gelmedi gelmedi küçük çiçeğim..Bana kendinden birşeyler daha kat, bana yaşamından birşeyler daha kat.. Bekle ! Aşk hikayelerinde yalnızca aşk yoktur.Bazılarında tek bir seni seviyorum bile bulunmaz, yinede birbirimizi seviyoruz!"
Film bir o qədər tanınmadığı üçün izləyicisi də çox deyil.Amma buna baxmayaraq bu iki cütlüyün dostluğunu izləməyə dəyər.
Boş vaxtında səmimi,isti bir film axtarışında olanlar üçün)) IMdb 7.1/10
Və 2013-cü ili də, başlarkən arzuladığımız mümkün qədər reallaşdırdığımız və reallaşdıra bilmədiyimiz hədəflər,arzularla tamamlayıb 2014-ə yeni inam,ümid,planlarla gedirik.Yeni ildə çox sevməyinizi,çox sevilməyinizi diləyirəm.Hər səhər sağlam bir bədəndə olduğunuzu hiss edərək sevinəcəyiniz il olsun.Özünüz çox sevdiyiniz,güzgüyə baxdığınız zaman gülümsədiyiniz bir il.
İnsanların və həyatın çətinliklərinin bizi,sevdiklərimiz və münasibətlərimizi sınamadığı bir il olsun.Hərçənd bu o qədər də mümkün deyil amma sevdiklərimiz ilə çətinliklərə qarşı inamlar durmağı arzu edirəm.Və sevdiyiniz insanları qırmamağı.
Peşman ola bilərəm deyərək etmək istədiyiniz şeylərdən çəkinməyin.Bu il yaxşıca əylənin,özünüzə vaxt ayırın,doğru bildikləriniz sizi yanıltmasın.Doğru yol yoxdur-qısa və uzun yollar vardır və bunun üçün kəsə getməyin.Heç bir yol sizi sürətləndirməz.Sadəcə özünüzə qulaq verin.Yeni dostlar əldə edin.Zəif, sizi yolunuzdan edən dostluqları geridə qoyun.Yaxın dostlarınız onsuzda sizinlə gələcək.
Diləkləriniz,arzularınız olar olmaz bu əhəmiyyətli deyil.Bu il və ya qalan ömrünüzdə gülümsəmək üçün səxavətli olun.Və gülümsəyəcəyiniz səbəblərin bol olduğu bir il arzu edirəm.Münasibətlərimizdə daha anlayışlı,daha sakit olmağı...
Uğurlu,xoşbəxt,sevgi dolu,sağlıqlı və istəkləriniz reallaşdırmaq üçün qazanclı bir il olması ümidi ilə. Bayramınız mübarək dostlar...
Artıq neçə gündür ki,Tarqovi kimi tanıdığımız Nizami küçəsində "Soyuq əllər,isti ürək" adlı sərgi,yarmarka keçirilir.Səhv etmirəmsə 1 həftə-10 gün davam edəcək olan yarmarkanın sonuncu günləridir(mövzuya qayıdacam) Həm yeni il qabağı hədiyyələr baxım,həm də yarmarkaya baş çəkim deyib düşdüm yollara)) Şəhərdə yeni il abu-havasını həmişə sevmişəm.Ümumiyyətlə yeni il ən sevimli bayramımdır.Bilmirəm bəlkə də yeni ümidlər,yeni arzuların reallaşmasına olan inama görədir.Amma sevirəm) İlk öncə yeni il üçün hazırlanmış hədiyyə mağazalarını gəzdim)) Yeni il gecəsi masa dizaynı üçün əla aksesuarlar var idi.çox sevdim)Balaca yolkalara aşiq oldum))
Bu balaca toppuş şaxtababanın nə olduğunu soruşmadım amma məncə yolka bəzəyi idi))
Bu sırqalar həqiqətən çox şirin idi.Düzü mənim tərzim deyil amma çox bəyəndim.Əsil yeni il malı))Ən dəhşətlisi isə mən onları heç taxıb baxmadım da(
Sərgiyə keçməmişdən əvvəl kitab mağazalarında nə kimi endirimlər,yeni kitablar var deyib sonuncu olaraq "Ali Və Nino"ya girdim...
Endirim filan görmədim.Fikirləşirəm daha doğrusu pozitiv yanım ümid edir ki, bayrama qədər hər hansı bir endirim edərlər! Burdan əlimi üzüb sərgiyə üz tutdum.
Sərgi kimsəsiz uşaqlara yeni il qabağı yardım üçün təşkil olunub.Təqdir etdim.Sevindirici haldır.Amma böyük ümidlərlə getdiyim kitab yarmarkası məni çox məyus etdi(
İlk öncə heçbir endirim yox idi.Düzdür başa düşülən haldır yardım məqsədi ilə təşkil olunan sərgidir amma istədiyim kitabları belə tapa bilmədim.Endirim var mı dedim "yalnız 1manatlıq kitablar var " dedi. Ha? .1-2 kitab seçib stenddən ayrıldım.
Digər stendlərdə isə uşaqların əl işləri sərgilənirdi.Çox sevimli və çox gözəl əl işləri var idi.
40 m. yazısını şəkli əlavə edəndən sonra gördüm))
Satıcı xala telefonla danışırdı bir onu eşitdim ki dedi günə 5 manat ödəyirik.Yəqin ki stendin günlük yer pulusunu deyirdi))
Sərgidən ayrılanda artıq hava da yaxşıca soyumuşdu.Və isinmək üçün bir şeylər içmək əla oldu)Günün müzakirəsini etdik,dincəldik və artıq evə getmək vaxtı idi)
Gözəl bir gün idi.Sadəcə gəzməyi belə çox sevirəm özdə christmas ərəfələrində))Hər gün iş-dərs insanı yorur.Arada adi gəzmələr çıxmaq, qayğılardan xilas olmaq həm mənəvi həm fiziki rahatladır. Hər birinizə xoş, gözəl və bol təbəssümlü günlər dostlar))
"Əgər adamlar başa düşsəydilər ki,beşmərtəbəli binanın altıncı mərtəbəsi ola bilər,onda nə vardı ki..."
Son zamanlar bu filmi çox tez tez xatırlayıram.İstər Shopenin prelyudası istər Əlvida mahnısı istərsə dialoqları ilə yaddaşlarımıza həkk olunub.İlk dəfə Fortepiano müəllimim Shopenin bu prelyudasını mənim üçün səsləndirəndə "aa Təhminə və Zaurrr" demişdim.Daha sonralar isə sevərək dərs programıma götürmüş və imtahanda da ifa etmişdim.
Uşaqlığımdan bu film mənim ağlımda bir qab qovrulmuş şabalıd,cərimə qəbzi vəZaurun anası ilə qalmışdı))
Və filmdən yadımda qalan epizod,dialoqlar..
-Deyir ki arvadım aydan arıdır,sudan duru.İntəhası gözəldir,gözələdə ki həmişə söz qoşarlar..
* * *
-İstedadlı oğlandır
-Deyəsən şəhərdə bütün istedlar sizdə yığılıb
* * *
-Amma onu da deyim ki adamın Allahı var əlindən hər iş gəlir.Bişirsin-düşürsün,yaxşı süfrə açsın.
-Qız üçün ən vacibi budu da...(Bu fikir hələ uzun müddət belə qalacaq.Dəyişilməz qanundur:) )
* * *
-Çünki sən kişi deyilsən
-Əlbəttə,sənin üçün əsil kişi Spartakdı,Muxtardı,bazardakı qəssablardı
-Nə demək istəyirsən?Onlar hamısı yəni mənim aşnam olub?Ürəyin necə istəyir elə də fikirləş amma bil-Kişi məleykəni fahişəyə çevirən deyil, kişi fahişəni məleykəyə çevirəndir!
-Hə mən bunu bacarmadım
-Elə isə rədd ol burdan get.Anan səni gözləyir alçaq! (və şillə)
* * *
-Həyatda hər şeyin axrı olduğu kimi bunun da axrı olur.İnan mənə həyatda ən çılğın ehtiras belə bir gün tükənir.Və əgər kişi ilə qadını ehirasdan başqa heçnə bağlamırsa bu sonra elə bir işgəncəyə gətirib çıxarır ki gəl görəsən.Yox əgər indi ayrılsanız ömrünüzün bu günlərini xoş bir xatirə kimi yad edəcəksiz.
* * *
-Hə Zaur getdi əlimizdən Təhminə
-Mənə Spartak xəbər verdi
-Ölmək istəmirdi,Heç ölmək istəmirdi
-Bu qədər ağrılarının qabağında zarafatından da
qalmırdı.Deyirdi heç kəs məni çirkin qocalmış görməyəcək.Həkimi də bir cavan
oğlan idi,ölümünə 1 gün qalmış təhminə zarafatla dedi ki heyf belə qəşəng
oğlanın qabağında meyidim uzanacaq.
* * *
-Biraz Təhminədən
danış
-Nə danışım axı,Heç elə bil dünyada belə adam yox imiş.Yaxşı
adam idi olduqca mehriban.Səni sevirdi özüdə çox sevirdi.Sənin getməyin ona
böyük zərbə oldu
-Bilirəm
-Elə hey səni xatırlayırdı ölən günəcən
-Nə deyirdi?
-Deyirdi
zaur satdı məni onlara
-Kimə?
-Bilmirəm
deyirdi onlara
-Sağol Mədinə
Sonda isə Təhminə və Zaur filmindən ölümsüz soundtrack...Əlvida