26.07.2014

Gap Dong-Bunu Sevdim..




          Yox əslində fikrim sevdiyim,möhtəşəm senarisi ilə heyran qaldığım bu drama haqqında yazmaq deyil) Daha doğrusu dramanı təhlil etməyəcəm.Amma izləməyən varsa 1 dəqiqə belə itirmək lazım deyil.Elə indicə başlayın.
        
          Postumdakı əsas məqsəd isə bax bu dialoqu yazmaqdı.Serialın son bölümündə,son dəqiqələrində  seçimlər haqqında etdikləri söhbət....


-Birilərinin çətin qərarlarımı mənim yerimə verməsini istəyərdim.

-İnsan həyatı boyu seçimlər edir.Lakin ironik şəkildə əslində bu seçimlər seçim deyil məcburiyyətdir.Heç kim qərar verməmək azadlığına sahib deyil.

-Doğrudur, elə ya da belə bir seçim etmək məcburiyyətindəyik.Bu da üzləşməyimiz lazım olan bir cəfadır.

-Çətin qərarlar qarşısında asan olanı seçdikcə insan ürəyi mənliyini daha çox unutmağa başlayır.

-Həyatda 100% doğru olan bir cavab yoxdur.Nəyin doğru nəyin yanlış olduğunu ölçmədən qərar vermək isə ağılsızlıq olardı onsuz da.









    

24.07.2014

Qəlbləri Uzaqlaşdıran Məsafə....


      Uzun müddət əvvəl hansısa filmdə  bir dialoqa rast gəlmişdim.Düzü o filmi yada salmaq üçün çox çalışdım amma təəssüf heç cür xatırlaya bilmədim.Bəlkə də mən səhv edirəm.Bu dialoqu çox sevmişdim.İnsanların nəyə görə qışqırdığını səbəbini gözəl izah edir...






       Hindli bir müdriklə tələbələri gəzişərkən Qanq çayının sahilində bir-biri ilə hirslə qışqıran ailə görürlər.Tələbələrinə dönüb " insanlar niyə bir-birləri ilə qışqıraraq danışarlar? " deyə sual verir.Tələbələrdən biri " çünki səssizliklərini qoruya bilmirlər və özlərini itirirlər " deyir.Müdrik " axı hirsləndiyimiz insan yanımızda ikən niyə qışqıraq? O adama demək istədiklərimizi daha alçaq səslə də deyə bilərik elə deyil mi? " deyə təkrar soruşur.
      Tələbələrindən səs çıxmadıqda isə izah etməyə başlayır: " İki insan bir-birlərinə qəzəbləndiyi zaman qəlbləri bir-birindən uzaqlaşır.Bu uzaq məsafədə bir-birlərini səslərini çatdırmaq üçün qışqırmaq məcburiyyətində qalırlar.Nə qədər çox hirslənib qəzəblənsələr aradakı məsafəni azaltmaq üçün bir o qədər çox qışqırırlar. "
    -"Yaxşı,bəs iki insan bir-birini sevərsə necə? "
    -" Bir-birlərinə qışqırmaq yerinə sakitcə danışarlar, çünki ürəkləri bir-birinə yaxındır, arada məsafə ya yoxdur ya da çox azdır."
   - " Yaxşı, iki insan bir-birini daha da çox sevsə necə? "
    -"Artıq danışmazlar, yalnız fısıldaşırlar çünki qəlbləri bir-birlərinə daha da yaxındır, artıq bir müddət sonra danışmalarına belə gərək qalmaz.Yalnız bir-birlərinə baxmaqları kifayət edər.Bax bir-birini gerçək mənada sevən iki insanın yaxınlığı belə bir şeydir. "
    Daha sonra müdrik tələbələrinə dönüb davam edir:
    " Bu səbəblə mübahisə etdiyiniz zaman qəlbləriniz arasına məsafə girməsinə  icazə verməyin.Aranıza məsafə qoyacaq sözlərdən uzaq durun.Əks halda məsafənin artdığı elə bir gün gəlir ki,geriyə dönüb bir-birinizə yaxınlaşacaq yolu  tapmaya bilərsiz. "






         Bəzən qışqırmaq,birilərinin xətrinə dəymək o an üçün bizi sakitləşdirə və ya haqlı olduğumuzu düşündürə bilir.Lakin sonradan yaranan peşmançılıq ağrılı olur.
        Kaşki məsafələri artırmadan peşmanlıq,qəlb qırmadan yaşamağa davam edə bilsək...

      

3.07.2014

Gecikmiş 1 Yaş Yazım :D




       İl boyu həvəslə yayı elə həsrətlə gözləyirəm ki.Min bir plan da qururam bunu bunu edəcəm,filan filan yerlərə gedəcəm.O qədər planı 3 aya necə sığışdırmağın mümkünsüzlüyü var hələ.Amma elə ki yay gəldi inanın etdiyim panların 10 %-ni belə reallaşdıra bilmirəm.Bu hər il belə olur.Ya da tam olaraq yadımda deyil ama məndə ki bu potensial var dəqiq ki hər il belə olur :)) Etrafımda mənə həmişə deyirlər ki,səni bi qaranlıq otağa qoysalar(niyə məhz qaranlq işıqlı olsa da olar məncə ) bir komputer,bir kitabların və çay.Ömrüvün sonuna qədər orda qala bilərsən)).Etiraz edirəm ama məncə də həqiqətənn elədi))Etiraf etmirəm sadəcə))Bu aralar o qədər təmbələm ki, yayda oxuyaram deyib bi türlü oxuya bilmədiyim çoxlu kitablarım,gedərəm deyib hələ də o haqda fikirləşmədiyim yerlərim(Hərçənd işim buna imkan vermir-Bu da bəhanəsi),yazılaram deyib yazılmadığım kursum qalır :( Hələ də edəcəm deyirəm yaza-yaza amma yayın da 1 ayını yola vermiş vəziyyətdəyəm. Hal hazırda Garfielda boyuk sempatiya duyuram)) Ona bənzəməyə başladım ciddi ciddi..
  
     Hətta və hətta o qədər ki blogumun 1 yaşını belə unutmuşam.Artıq burda yaddaşımın və unutqanlığımın qurbanıyam. Keçən il may aylarında blog necə yazılır  mövzusuyla əməlli baş sındırırdım.Etrafımda bezəcəksən, səninki sadəcə adi bir həvəsdir deyirdilər.Mən də çox düşündüm-çünki bi həvəslə başlayıb sonlandıramadığım şeylər çox olur- dinləmədim yaptım bi çılğınlıq  (Aman ne çılğınlıq) :D  Peşmanmıyım?-Əsla.Bəlkə də etdiyim ən ağıllı hərəkət olub( Sanki atomu parçaladım,sanki dünyaya sülh gətirdim  :D)
  
      Danışmağı,söhbət etməyi  çox sevirəm.Gülməyi ən əsas da birilərini güldürə bilməyi.Blogumu sanki qarşımda biriləri var da onlarla söhbət edirmişəm kimi təsəvvür edirəm həmişə.Qısaca blog yazmağı çox sevdim.Və beləcə 1 ili tamamladım.Düzdü deyə bilmərəm ki əla yazıram sadəcə sevirəm və qəlbimdən gələnləri klaviaturamdan yazıya köçürürəm.Özümü bloggerliyimin və blogumun 1 ili tamam olması münasibətilə təbrik edirəm :) ...2ci ilə sağlam addımlarla irəli....